“Kayzerin məhkəməsi”ni tamamlayıb Virekə göndərib arva-
dını yenə yazı makinası arxasında oturtdu: yazmaq, işləmək
lazımdı. Erika onu gəzmək, dincəlmək, həyatdan zövq almaq
üçün dilə tutur, bəzən mübahisələri böyüyüb qızğın atışmaya
çevrilirdi, amma axırda dil tapıb işlərini davam etdirirdilər:
Leo kağızların arasında eşələnir, artistsayağı diktə eləyir, Eri-
ka deyilənləri makinada yazır, üstəlik, redaktəsinə də yardım
göstərirdi.
Son əlyazmanı Verner Şendelə göndərəndən sonra ondan
yenə xəbərdarlıq məktubu almışdı: Əsəd bəy ağlagəlməz
sürətlə işləyir, kitablar arasında, ən azı, bir il fasilə vermək
lazımdı ki, şübhə doğurmasınlar; Şendel həm də onun üçün
Ənvər Paşa, Uorren Hardinq və Böyük Pyotr haqqında kitabların
əlyazmalarını hazırlamışdı, fürsət düşən kimi göndərəcəkdi.
Əsəd bəyisə artıq dayandırmaq mümkün deyildi. Nə olar,
Şendel üçün fasilə verər, amma budur, çamadanında iki
əlyazma var: “Sevgi və neft”, “Manuela”. “Sevgi və neft” novel-
lasının qəhrəmanlarından biri Parisə mühacirət eləmiş iş ada-
426
mı Petros Petrosyan neft satışından öz xeyrini götürən iş ada-
mıydı. Əsəd bəy novellada Avropada “Cənab beş faiz”
ləqəbilə tanınmış erməni milyonçu Qalust Gülbəngyanın pro-
totipini yaratmışdı, gələcəkdə onun haqqında da kitab yaz-
maq fikrindəydi. Həmin novellalara əl gəzdirib, məsələn, Pol-
şada çap etdirmək olar, Vyanada üzə çıxsa, naşirləri narazı
qalarlar.
Dərhal Lodzın “Respublika” nəşriyyatına məktub yazdı,
bu yaxınlarda əsər üçün müraciət eləmişdilər, əlyazmaları
göndərib tərcümə və çapıyla bağlı razılaşdı. Yalnız orda
işlərin sürətlə getdiyinə əmin olandan sonra bir qədər
sakitləşə bildi...
***
Həmin vaxtlarda Erikanın dostları arasında Rene Fülöp-
Miller peyda olmuşdu. Rene Macarıstan ərazisindəki
Karansebeşdə doğulmuşdu, qırx yaşlarında, yaraşıqlı, məşhur
yazıçı, sənət tarixçisiydi, hətta, Əsəd bəyin rəqibi sayılırdı,
Şərq, daha doğrusu, Rusiya tarixi üzrə mütəxəssis idi, kitabla-
rı çap olunmuşdu; “Rasputin: müqəddəs şeytan”, “Bolşevizmin
zəkası və siması”, “Lenin və Qandi” əsərlərini Əsəd bəy oxu-
muşdu, rus teatrı, rus gizli polisi, Lev Tolstoy, Yelizaveta Na-
rışkina-Kurakina barədə kitabları olduğunu bilirdi; oxuduq-
larını bəyənsə də, fikrincə, o kitablarda vacib saydığı şeylər –
macəra, avantüra, sehr, yəni oxucunu cəlb eləyən gözəl yalan-
lar yox idi. Sözarası dediyinə görə, indi XIII Lui və liderlər,
xəyalpərəstlər, kütlələr barədə nəsə yazırdı.
Əslində, onları hər ikisinin Amerikadakı naşiri, “Vikinq”
nəşriyyatının baş redaktoru Ben Hübş Vyanaya gələndə tanış
eləmişdi, sonra Binks və Cey də tanışlığa qoşuldular, ardınca
Rene opera müğənnisi olan arvadı Heddini sıralarına qoşdu.
Hübş gedəndən sonra tez-tez görüşürdülər, amma Amerika-
dan qayıdandan bəri Rene çox vaxt tək, həm də Erika
işləməyən saatlarda gəlirdi, Əsəd bəyin başı sənədləri oxu-
427
mağa, redaktəyə qarışanda onlar qonaq otağında, ya da ey-
vanda qəhvə, yaxud viski içib, siqaret çəkə-çəkə söhbət
eləyirdilər. Beynindən keçirirdi ki, səfeh kişi qadını tərbiyə
eləməyə çalışar, ağıllı kişisə onu öyrətməyə can atar, yalnız müdrik
kişi mümkün olmayan bir işə – onu olduğu kimi sevməyə cəhd
göstərər, ona görə də onların münasibətinə mane olmurdu.
Əsəd bəy 1934-cü ilin son ayında Verner Şendeldən II Ni-
kolay və Leninlə bağlı qovluqlar aldı: Şendel yazırdı ki,
müqavilə üzrə kitablardan çatacaq qonorar hesabına köçürü-
lür, hələ Göbbelsin nazirliyi tərəfdən təhlükə gözlənmir,
naşirlər son rus çarı və Lenin haqqında oxucuların diqqətini
çəkəcək kitablar istəyirlər, amma çox tələsməsin, kifayət
qədər vaxtı var; Keppenhauerdən rus çarı haqqında kitab
üçün yüksək qonorar almaq tələbini yerinə yetirəcək, xanım
Əsəd bəyin rəfiqəsilə bağlı kiçik xahişinə əməl eləyəcək...
Erikasa yenə Nyu-Yorka getmək fikrinə düşmüşdü, ərinin
bütün səylərinə baxmayaraq, fikirindən dönmədi: ailəsi üçün
darıxıb, bir neçə ay onların yanında dincəlsələr, pis olmaz –
axı qayıdanda belə razılaşıblar. İsrarlar dözülməz həddə ça-
tanda Əsəd bəy axır ki, razılıq verdi: nə olar, gedərlər, amma
əvvəla, rus çarı haqqında əlyazmanı mümkün qədər tez ha-
zırlayıb Berlinə göndərmək lazımdı, Hollenin nəşriyyatı
gözləyir, ikincisi, çox orda uzun müddət qalmayacaqlar,
Nyu-Yorkda özünü narahat hiss eləyir, Virekdən başqa ürək
qızdırdığı bir kəs yoxdu.
Erika görünür, səfər xətrinə razılaşdı, hətta qonşularla
ünsiyyəti bir qədər azaltdı, Rene də çox az-az görünməyə
başladı. Demək olar, ay yarımdan sonra əlyazma hazır idi,
Nyu-Yorka bilet də sifariş olunmuşdu. Əsəd bəy “II Nikolay:
Sonuncu çarın yüksəlişi və süqutu” adlandırdığı əlyazmanı
naşirinə göndərib çamadanını yığışdırdı...
Yenə Berlindən Venesiyaya qatarla, Venesiyadan Nyu-
Yorka transatlantik paroxodun birinci dərəcəli kayutunda
getdilər. Yenə Erika ərinin yazacağı kitablardan danışanda
428
coşqun, yataqda yorğun halının şahidi oldu. Əsəd bəy indi
də Lenin barədə danışırdı: gələcək personajı barədə
əlyazmanı, sənədləri, qəzet-jurnal kəsiklərini oxuyur, qeydlər
aparır, işarələyir, çox bəyəndiyi məqamlar olanda özünü sax-
laya bilmirdi:
“Bir buna bax, Eri...”
Erikanın ona qulaq asmağa hövsələsi çatmırdı, xəz yarım-
paltosuna bürünüb göyərtəyə çıxır, yuxusu gələnə qədər vax-
tını keçirməyə çalışırdı. Gözəl şəhərdə, kübar rayonda, impe-
rator sarayı, müqəddəs Stefan kilsəsi və Opera teatrının ya-
nındakı dəbdəbəli mənzillərdə yaşayırlar, pul sarıdan
çətinlikləri yoxdu, amma daha münasibətlərində əvvəl duy-
duqları vəcd, coşqunluq, ehtiras, sevgi yoxdu; aradan cəmi üç
il keçib, Erikanın fəth elədiyi “şahzadə” artıq adiləşib, əvvəlki
cazibəsini və sehrini itirib, üstəlik, çox dəyişib, öz hisslərilə
bacara bilmir.
Nyu-York Əsəd bəydən ötrü darıxdırıcı, Erikadan ötrü
əyləncəliydi. Naşirilə görüşdü, Virekə baş çəkdi, qəzet-
jurnallara müsahibə verdi. Berlinin “Holle” nəşriyyatında rus
çarı haqqında nəşr olunmuş kitabının sorağı artıq okeanın bu
tayına gəlib çatmışdı. “Nyu-York Tayms”ın müxbirinə kitab
barədə danışdı, o da yazdı: “İkinci Nikolayın bioqrafı redaksiya-
mızda oldu: Əsəd bəyin fikrincə, çarı heç kəs başa düşmürdü”.
Vəssalam, bununla da Amerikadan doydu.
Təəccübünə rəğmən Erikanı Vyanaya tez qayıtmaq üçün
dilə tutmalı olmadı, arvadı elə ilk cəhddəcə razılaşdı.
“Əlbəttə, qayıdaq, bizi Vyanada vacib işlər gözləyir”.
Lyövendalların onları mehribancasına yola salmasından
da təəccübləndi, amma ağlına başqa bir şey gəlmədi: görü-
nür, Erika münasibətlərindəki bəzi mətləbləri dərk eləyib,
ərinin istəklərinin əleyhinə getməməyi qərara alıb!
Vyanaya yazın ən gözəl vaxtında çatacaqlar...
Bəlkə, yayı Yunanıstana, ya da Norveçə getsinlər?..
Nə olar, bunu vaxtı çatanda götür-qoy eləyərlər...
Hələ ki, qarşıda uzun dəniz səfəri durur...
|