Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə102/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   98   99   100   101   102   103   104   105   ...   175
sinfinin qəhrəmanlıqlarını vəsf eləyən əsərlər” istəyəcəklər, yaz-

masalar,  adlarına  “mürtəce  burjua  yazıçısı”  yarlığı  yapışdıra-

caqlar – bu da təhlükəli şeydi.

 Elə Hənəfi Zeynallı da hər məqamı gələndə ona kim oldu-

ğunu “xatırlatmağı” özünə borc bilirdi. Bu yaxınlarda haqqın-

da  “C.Əfəndizadə”  imzasıyla  çap  olunmuş  ikibaşlı  tənqidə 

dərhal rəy bildirmişdi: “Zahirən bu qədər “neytral”, əslində isə 

müasir dövrün vəzifələrinə D. (?) Vəzir kimi yabançı olana bundan 

daha ikibaşlı qiymət vermək mümkündürmü?”

  Hənəfi  Zeynallıya  cavab  vermədi,  fikirləşdi  ki,  həyat  ona 



münasibətləri  aydınlaşdırmaq,  üstəlik,  təsadüfi  adamlarla  vaxt 


403

itirmək içün verilməyib, zaman hər şeyi yerbəyer eləyər. Ona 

qəribə gələn bu idi ki, “cığırdaşlar”dan birini – Əbdürrəhim 

bəyi  Proletar  Yazıçılar  İttifaqının  məsul  katibi  seçmişdilər. 

Hərdən yolunu müəlliminin yanından salır, Əbdürrəhim bəy 

də onu zarafatla qarşılayırdı:

 “Zərbəçi müəllim kimi neftdən, onun tarixindən yazmaq 

faydalı işdi, bəs proletar yazıçıların sırasına qoşulmaq barədə 

nə planın var?”

  “Yazıçının  işi  yazmaqdı,  –  Yusif  Vəzir  cavab  verirdi,  – 

amma  gərək  əvvəlcə  proletariatın  həyatıyla  dərindən  tanış 

olam, bunun üçünsə vaxt və vəsait lazımdı”.

  “Həmişə  qəlbinin  səsinə  qulaq  asmış  qələm  sahibinin 

zəmanəyə uyğunlaşması çətindi, – Əbdürrəhim bəy köksünü 

ötürüb gözlərini otağının yeganə pəncərəsindən bayıra dikir-

di. – Təzə nə yazırsan?”

 “Beynimdə bir mövzu var, – Yusif Vəzir sirli təbəssüm lə 

onu  süzürdü,  –  amma  qorxuram  ki,  proletar  əsəri  sayma-

sınlar”.


  “O  ab-havaya  baxır,  –  müəllimi  də  mənalı-mənalı 

gülümsəyirdi, – istədikləri donu geyindirə bilərlər”.

 Əslində, bu xəbərdarlıq idi, Yusif Vəzir onun nə demək 

istədiyini  gözəl  başa  düşürdü.  Levon  Mirzəyandan  ölkənin 

faktiki  rəhbəri  Mərkəzi  Komitənin  birinci  katibi  Ruben  idi, 

Mikayıl Müşfiqin “Oxu, tar” şerilə bağlı məsələ qaldırmışdı 

ki, tar xalqa yaddı. Süleyman Rüstəm də ikibaşlı şeir yazmış-

dı:  “Oxuma  tar,  səni  başa  düşmür  proletar”.  Belə  vəziyyətdə 

qələmindən  çıxan  yazılarda  ağlına  gəlməyən  mənalar  “tapa 

bilərdilər”.

  Bir  tərəfdən  də  “proletar  yazıçılar”  canfəşanlıqla  “ideoloji 



düş  mənlərini” aşkara çıxarıb “ifşa eləməyə” can atırdılar. Elə bu 

yaxınlarda Əliheydər Qarayev Günəşin yenə Şərqdən doğa-

cağı barədə şeir yazmış gənc şairə Nigar Rəfibəyliyə “Madam, 

madmazel və cənab Rəfibəyovlar” adlı məqalə həsr eləmiş, dərhal 

da onun səsinə səs verənlər tapılmışdı: Süleyman Rüstəmin, 




404

Cəfər Xəndanın şeirlərini, Hüseyn Mehdinin məqaləsini oxu-

yub,  Mehdi  Hüseynin  fikirlərinə  Rəsul  Rzanın,  Sabit 

Rəhmanın, Cəfər Xəndanın, Yusif Şirvanın, Seyid Hüseynin 

və imzaları o qədər də tanış olmayan daha bir neçə nəfərin 

şərik olduqlarını öyrənib xəcalət çəkmişdi...

***

  1930-cu  ilin  yayında  Yusif  Vəziri  Neft  İnstitutunda  dərs 



deməyə dəvət eləmişdilər. Götür-qoy eləyib razılaşmışdı... 

 Hələ uşaqlar körpəydilər, yay aylarında onları çoxdan ar-

zuladığı  istirahətə  apara  bilmirdi.  İsti  günlərdə  var-gücünü 

toplayıb  masa  arxasında  oturmağa,  oxuyub-yazmağa,  tər-

cümə eləməyə məcbur idi ki, güzəranını təmin eləsin, ailənin 

əyər-əksiyini  az  da  olsa,  düzəltsin,  dar  gün,  ya  da  istirahət 

üçün bir az pul artırsın. Tez-tez xəyal onu çəkib aparır, çox 

vaxt da “getdiyi” məkan Paris olurdu.

  “Yenə  nə  fikrə  getmisən?”  –  Onu  Bilqeyis  xanımın  səsi 

özünə qaytarırdı.

 “Biçarə Mirini düşünürəm, Bulqu, – Yusif Vəzir gözləri ya-

şarmış halda, titrək səslə dillənirdi, – vəfatından beş il ötdü, 

indi, yəqin, nəşini çıxarıb ümumi qəbirlərin birində basdırıb-

lar,  ruhu  göy  üzündə  incik-incik,  sərgərdan  dolaşır.  İşdi-

şayəd, bir gün yolum Parisə düşsə, baş çəkməyə bir qəbir tap-

mayacağam.  Ona  borcumu  axıra  qədər  verə  bilmədiyimə 

görə elə əzab çəkirəm ki...”

 “Neyləyəsən axı, – Bilqeyis xanım köksünü ötürüb təsəlli 

verməyə  çalışırdı.  –  Çəkdiyin  əziyyətlərdən  sonra  özünün 

sağ qalmağın belə mözüzədi...”

 ...O günlərin birində institutun pilləkənlərini qalxanda ta-

nış sima görüb ayaq saxladı: səhv eləmirdisə, yanından ötüb-

keçən... İbad Əliyev idi. O hara, bura hara? Bəlkə, elə onu ax-

tarmağa gəlib. Səslədi, İbad dönüb ayaq saxladı, sifətinə se-

vinc dalğası yayıldı:



405

  “Sizi  burda  görmək  mənimçün  çox  xoşdu,  –  onun  əlini 

bərk-bərk  sıxdı.  –  İnstitutumuzda  işlədiyinizi  bu  yaxında 

öyrəndim, axtarıb tapmaq niyyətindəydim”.

  “Mən  də  Vətəndə  görüşdüyümüzə  şad  oldum,  –  Yusif 

Vəzir bu təsadüfə doğrudan da sevindi. – Çox istəyirdim ki, 

nə vaxtsa sizi görüb minnətdarlığımı bir daha bildirim”.

 “Nə minnətdarlıq, canım, – İbad etiraz elədi, – elə hesab 

eləyirdim, sizdən ailəmə pul göndərmişəm. Onsuz da tezcə 

çatdırmısınız”.

 “İnşallah, bundan sonra tez-tez görüşərik”, – Yusif Vəzir 

bunu  deyə-deyə  beynindən  keçirdi  ki,  gərək  bir  gün  onu 

evinə də dəvət eləsin.

 “İnşallah, – İbad hörmətlə yol göstərdi. – Buyurun...”

 ...Taledən qaça bilməzsən, alın yazında olan adamlar hətta daha 


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin