Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə131/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   127   128   129   130   131   132   133   134   ...   175
(ya da adın) qalması məsləhətdi, heç kəs Elfridanın belə roman 

yazmağına inanmaz. Əsərin nəşrini qət eləyibsə, deməli, son-

ralar  müəlliflik  probleminin  yaranmayacağına  möhkəm 

əmindi. “Şərq məsələləri üzrə ekspert”, bu qədər kitabın müəllifi 

kimi Əsəd bəyin imzası altında nəşr edilməsi məntiqli olardı, 

hər halda, iki novellası üzə çıxıb, amma Elfrida şəksiz bunun-

la razılaşmaz...

 Elə həmin axşam roman haqqında heyranlığını, amma bir 

qədər əl gəzdirməyə ehtiyacı olduğunu, oxucuların diqqətini 

qeyd-şərtsiz  çəkəcəyini  birnəfəsə  söyləyib  frau  Elfridanın 

qərarını gözləyirdi.

 “Lüsi Tal ərinin işlərini davam etdirmək fikrindədi. – Elfri-

da adəti üzrə sirli təbəssümlə, üstəlik, özünə əminliklə, hətta, 

bir  qədər  etinasızlıqla  danışırdı.  –  Onunla  bağlı  məsələləri 




485

mən yoluna qoyacağam, sizin zəhmətiniz də artıqlamasıyla 

ödəniləcək. Əminəm ki, səriştəli işiniz sayəsində ortaya gözəl 

bir əsər çıxacaq”.

 Belə... Deməli, frau Elfrida əlyazmanın başqa adla da olsa, 

özünə məxsusluğunu iddia eləyir, onu da, sadəcə, redaktor 

sayır. Nə olar, indiki halda Əsəd bəyin razılaşmaqdan başqa 

əlacı yoxdu, düşdüyü vəziyyətdən çıxmaq üçün boyun qaçır-

mamalıdı, bəxtinə düşəndən heç imtina da eləyə bilməz.

 “Elə bilirəm ki, bir neçə aya əlyazmanı nəşrə hazır vəziyyətə 

çatdıraram”, – Əsəd bəy dilləndi, həmin anda hiss elədi ki, 

nəsə çox vacib bir şeyi qarşısındakı qadına güzəştə getdi...

 Onda Lüsi Talın Erikayla tanış olduğunu, nə vaxtsa arvadı-

nın  sirlərini  onunla  bölüşdüyünü  bilmirdi.  “O  (Erika)  mənə 



dedi ki, – Lüsi sonralar xatırlayacaqdı, – Əsəd bəylə axırıncı gö-

rüşü əsl filmi xatırladırmış... Əsəd bəy son dəfə Erikayla sağollaş-

maq üçün onunla təkbətək görüşmək istədiyini söyləyib. O razılaşıb. 

Görüşə Əsəd bəy qoca atası və revolverilə gəlib. Əsəd bəy Erikanı 

ona on min dollar və daha artıq məbləğdə pul verməsi üçün şantaj 

eləyib.  Erikanın  atası  çox  varlıydı,  pulu  ondan  almalıydı. Amma 

Erika verdiyi sözə əməl eləməmişdi...” 

 ...Elfridanın verdiyi əlyazmayla “Ölən Şərq” də öldü: daha 

o kitabı qələmə ala bilməzdi, əlində duyğu və düşüncələrinin 

fövqündə olan bir əsər vardı.

  Stalin  haqqında  yazanda  kitabı  kimin  nəşr  eləyəcəyi,  nə 

qədər zəhməthaqqı alacağı barədə fikirləşməmişdi, onda onu 

intiqam almaqdan başqa heç nə narahat eləmirdi; indi ikinci 

dəfəydi ki, bu haqda düşünmürdü, oxuduğu romanın qəhrə-

manları yaxasından əl çəkmir, təkmilləşməyi, bütövləşməyi, 

oxucuya doğru yola çıxmağı tələb eləyirdilər; Leo Əsəd bəy 

də əsərdəki hadisələrə, obrazlara, xarakterlərə öz duyğuları-

nı, görüb-eşidib-bildiklərini artırmaq üçün alışıb-yanırdı.

 Aradabir də Herta Pauliylə görüşür, onunla ünsiyyətdən 

bir az da olsa, təskinlik tapırdı. Herta artıq Nobel mükafatı 

laureatı Berta fon Sutner haqqında “Qəlbin fəryadı: Berta fon 



486

Sutner”  adlı  kitab  üzərində  işləyirdi,  Əsəd  bəyin  qəlbinin 

fəryadını ovutmaq üçün də əlindən gələn hər şeyi eləməyə 

hazır idi. 

 1937-ci ili beləcə qarşıladı...

  Yenə  səhərlər  “Herenhof”  kafesindəki  masası  arxasında 

yerini  tutur,  günortaya  –  kafe  yavaş-yavaş  dolana,  tüstü, 

səs-küy hər tərəfi bürüyənəcən işləyirdi; sonra dostlar-tanış-

lar  yığışır,  hər  günkü  söhbətlərə  başlayırdılar,  Əsəd  bəy  o 

tüstü və səs-küy içində fikri romandakı hadisələrin, obrazla-

rın yanında qala-qala darıxır, axşamlar üzgün halda evə qa-

yıdır,  Erikanın  yoxluğundan  ağrı  duya-duya  yuxuya 

getməyə çalışırdı.

 Əli dinc durmadı, araya bir qədər siyasi məqamlar əlavə 

elədi, Qriqol Robakidzenin “İlan dərisi” romanında oxuduq-

larından, “Şərqdə neft və qan” kitabında qələmə aldığı Dağıs-

tan və İranla bağlı epizodlardan, “Qafqazın on iki sirri” kita-

bındakı  etnoqrafik  qeydlərdən  saldı,  üstəlik,  Qədir  gecəsilə 

bağlı parçanı cüzi dəyişikliklə əlyazmaya əlavə elədi, qəribə 

adət-ənənələr,  Şərqin  qaniçənliyi,  Qərbə  nifrət,  xristianlara 

qarşı qəddarlıq, türklərin səhra adamı olduqları, Qarabağın 

erməni mühitilə əlaqədar düşüncələrini artırdı – əminiydi ki, 

bütün bunlar Avropa oxucusu üçün maraqlı olacaq.

 Hərdənbir fon Ehrenfelslərə baş çəkir, çox şeylərdən danı-

şırdılar. Elfrida əlyazama üzərindəki işlə yenə həmin sirli, bir 

qədər  etinasız  təbəssümüylə  maraqlanırdı:  artıq  Lüsi  Talla 

danışıb, o əlyazma üzərində məşhur Əsəd bəyin işlədiyindən 

məmnun olub, hər şey hazır olan kimi, müqavilə bağlayacaq-

lar.  Əlbəttə,  Lüsinin  Əsəd  bəyə  bel  bağlamadığını,  onu  adi 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin