Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə132/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   128   129   130   131   132   133   134   135   ...   175
“şərqli fırıldaqçı” saydığını demədi: ona nəticə lazım idi. Həm 

də sadə həqiqəti dərk eləyirdi – istək vardısa, imkan tapılacaqdı, 



iş gedirdisə, nəticə ortaya çıxacaqdı... 

 Görünür, Ömər-Polf ilk ədəbi uğursuzluqdan sonra arva-

dının bu işinə bir qədər inamsızlıqla, hətta, əyləncəylə yana-

şırdı;  ya  söhbətlərinə  qarışmır,  ya  da  qısa  atmacalarla 

kifayətlənirdi:



487

  “Baronessa  Səid,  lütfən  deyərsinizmi,  bizə  qəhvə 

gətirsinlər? Elə bilirəm ki, sizin bu müştərək yaradıcılığınızı 

lazımınca qeyd eləmək lazımdı...”

 Amma o bir həqiqəti nəzərə almırdı: qadınlar iki halda hər 

şeyə qadirdilər: birincisi, nəyinsə uğrunda mübarizə aparanda, ikin-

cisi, artıq itirməli bir şey qalmayanda...

***


 Mübaliğəsiz, Leo Əsəd bəyi o qışdan “Əli və Nino” çıxar-

dı, dayaqları sarsılmış həyatına müvazinət gətirdi, Erikadan 

sonra  boşalmış  ömrünü  mənalandırdı,  uşaqlığı  və 

yeniyetməliyilə  bağlı  xatirələrini  silkələyib  oyatdı.  Ondan 

ötrü gördüyü iş elə-belə iş deyildi, ömrünün o dövrünə verdi-

yi  borcuydu.  Qurban  Səidin  kim  olduğu  barədə  də  cidd-

cəhdlə  baş  sındırmamışdı;  bu  illər  ərzində  əlyazmasının 

taleyilə maraqlanmamışdısa, deməli, başında qəza vardı, ya 

da bəlkə, heç həyatda deyildi.

 Yazın ortalarında işini bitirib baronessa Elfrida fon Ehren-

fels fon Bodmershofa verdi. 

 “Belə bir kitab mənim də planımda var, – dedi, – adını da 

müəyyənləşdirmişəm:  “Sevgidən  bixəbər  kişi”.  Həyatımı 

qələmə almaq istəyirəm, həm də özümə rəhmim gəlmədən...”

 “Çox gözəl fikirdi, – Elfrida məmnun halda dilləndi. – Elə 

indidən mətbuata xəbər ötürmək olar ki, Əsəd bəy yeni əsər 

üzərində işləyir, qoy kitab nəşr olunana qədər oxucular xəbər 

tutsunlar”.

 “Olar”, – Leo-Əsəd bəy razılşdı. 

 Bu fikir ağlına qəfildən gəlsə də, həmin məqamda o kitabı 

doğrudan  da  yazmaq  istədi. Amma  öz  duyğularını  qələmə 

almaq iqtidarında deyildi, görünür, Erikanı unudanacan belə 

də olacaqdı. Başını qatmaq, bu barədə düşünməmək xətrinə 

Rolf Passerin “əl gəzdirmək üçün” verdiyi qovluğu açdı: Ənn-

Mari  Selinkonun  “Mən  bir  çirkin  qız  idim”  romanının  əlyaz-

masıydı.  Nə  olar,  oxuyub  ora-burasını  düzəldər,  naşirə  söz 

verib...



488

 Aprelin iyirmisində Lüsi Tal Elfridayla müqavilə bağladı. 

Əlbəttə, əlyazmanın Lüsinin təklif elədiyi digər adını – “Ölən 

Şərq”i  də  müqaviləyə  salmışdılar,  görünür,  Lüsi  atasından 

nəsə eşitmişdi, həmin ad altında eyni kitabdan söhbət getdi-

yini güman eləyibmiş. Əlbəttə, bu Əsəd bəyin xoşuna gəlmədi, 

amma kitabın çap olunacağından məmnun idi... 

  O  günlərdə  Ehrenfelslərin  evində  kiçik  ziyafət 

düzəltmişdilər, Ömər-Rolfun ad günüydü. Leo Əsəd bəy dos-

tuna çox bəyəndiyi “İslam Şərqi” kitabını aparmışdı. Aftoqraf 

da yazmışdı: “Din qardaşıma salam. Azərbaycanlı Əsəd bəy. Vya-



na. Ad günü münasibətilə. 28 aprel 1937-ci il”. Düzdü, ərəb hü-

rufatıyla Azərbaycan  türkcəsində  yazdığı  sözlərdə  bir  neçə 

xəta buraxmışdı, amma bu ogünkü ovqatını korlamaq iqtida-

rında deyildi. Həm də belə şeylərə fikir verməyə halı yox idi: 

artıq Erikayla bağlı üzüntüləri təzədən başlamışdı. 

  Əslində,  yaddaşını  narahat  eləyənlər  üç  nəfər  idi: Adolf 

Hitler, Benito Mussolini və Erika Lyövendal...

 Hadisələrin gedişindən belə görünürdü ki, fürerin əli gec-

tez Vyanaya çatacaq, burda da yəhudilərin məşəqqətli günləri 

başlayacaq.  Buna  görə  Mussoliniyə  sığınmağı  yeganə  çıxış 

yolu sayırdı, onun rəsmi bioqrafı olmaq iddiasından hələ də 

əl  çəkməmişdi.  Covanni  Centile  bundan  ötrü  var-qüvvəsilə 

çalışırdı, amma hələ Düçenin kabinetindən səs çıxmırdı.

 İyunda təzədən İtaliyaya yollandı, Pima Andreayla görüş-

dü,  Covanni  Centilenin  nəşriyyatına  yollandı,  Düçeyə  vizit 

vərəqinin çatdırılmasını xahiş elədi: “İtaliya hökumətinin başçı-




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin