Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə91/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   87   88   89   90   91   92   93   94   ...   175
dəftərindən” hekayələri arxada qoyduğu qürbətin ağrı-acıları-

nı əks etdirirdi; hələ qürbətdəki tələbələrin və Mirinin taleyi 

barədə roman qələmə almaq barədə də fikirləşirdi; nə vaxtsa 

çap  olunacağı  ümidilə  tərcümələr  eləyir,  oxuyur,  araşdırır, 

xalq ədəbiyyatından yaddaşında qalanları kağıza köçürürdü. 

Çox vaxt səhəri yazı masasının arxasında açırdı; isti günlərdə, 

aləm  yanıb-qovrulanda  həyət  qapısının  ağzına  çıxır,  daşın 

üstündə oturub fikrə gedirdi. Həmin anlarda xəyalı Şuşadan, 

Aşqabaddan, Kiyevdən, İstanbuldan, Parisdən keçir, ötənləri 

yaddaş aynasında canlandırırdı. 

 Aprelin son günündə Mustafa toyuna dəvət elədi. Bibisi 

qızı Müqəddənisəylə ailə qururdu. Cavanların xoşbəxtliyinə 




365

ürəkdən  sevinə-sevinə  getdi.  Masabəyi  tost  deyib,  belə  bir 

günü  onun  üçün  də  arzulayanda  özünü  çox  naqolay  hiss 

elədi: qırx yaşına çatır, hələ onu cavan sayırlar! 

 Universitetin şərqşünaslıq fakültəsində Azərbaycan və rus 

dillərindən dərs demək fürsəti yarananda sevindi: hər halda, 

mənəvi rahatlığı olacaqdı, buna da çox şükür! 

 O yay həkimin məsləhətilə Kislovodska getməli oldu: ya-

şadığı  məşəqqətli  günlərin  təsiri  özünü  göstərirdi,  mədə-

bağırsaq,  böyrək  ağrıları  başlamışdı,  üstəlik,  gözlərinin, 

ürəyinin sözünə baxmadığını hiss eləyirdi. Evi bacısıyla oğlu-

na  tapşırdı,  çamadanına  pal-paltar,  beş-altı  kitab,  bir  dəstə 

kağız qoyub yola çıxdı.

 O il Aşqabaddakı günlərindən sonra ən xoşbəxt yayı keçir-

di:  əvvəla,  müalicə  nəticə  verirdi,  artıq  ağrıların  azaldığını, 

əsəblərinin  dincəldiyini  hiss  eləyirdi;  ikincisi,  yazı-pozu  işi 

qaydasında  gedirdi,  gündə  bir  neçə  saat  işləyəndən  sonra 

təmiz havada gəzməkdən ləzzət alırdı; üçüncüsü, qadın dost-

ları peyda olmuşdu, zərif məxluqların hələ də maraq hədəfi 

olduğunu duyub, elə bil, xeyli cavanlaşmışdı. Ağ kostyumu, 

ağ köynəyi, qara, köndələn zolaqlı qalstuku, qara ayaqqabısı, 

tünd  boz  plaşı  onu  yaraşıqlı,  cavan  göstərirdi,  çatma  qalın 

qaşları, hələ dən düşməmiş bığı, iri, təsirli gözləri, arxaya da-

radığı,  alın  tərəfdən  azca  seyrəlmiş,  gicgahlardan  bir  qədər 

ağarmış saçı qadınların diqqətini çəkirdi. 

  Bacısı  Qönçənin  evlənmək  barədə  israrlarını  o  günlərdə 

daha tez-tez xatırlayırdı. Bir də düz iyirmi il əvvəl Aşqabadda 

gündəliyinə yazdığı sözlər yadına düşürdü: “Görəsən, o zaman 



olacaq ki, mən də xoşbəxt ailə qurub həyatdan zövq alacağam?”

 O zaman yetişdi...

 Kislovodskdan qayıdandan bir neçə həftə sonra kiçik bacı-

sı  Əzət  Daşkənddən  gəlib  çıxdı.  Uzun  illərin  ayrılığını  göz 

yaşlarıyla  ovudandan,  bəxtsiz  Mir  Abdullanı  yada  salıb 

kədərlənəndən sonra Əzət əl-ayağa düşdü:

 “Yaşın keçir, nəyi gözləyirsən? Evin var, işin var, halal süd 

əmmiş bir Allah bəndəsini də tapaq, ailə yiyəsi ol!”




366

 “Ay Əzət, – Yusif Vəzir gülümsündü, – mənim yaşım ke-

çib,  Qönçənin  oğlu  Nuşirəvanı  böyüdüb  ərsəyə  çatdırsam, 

bəsimdi”.

 “Nuşirəvan böyüyəcək, sən onun dərdini çəkmə, – Əzət 

ərklə dilləndi. – Ağlını başına yığ”.

 Bu söhbətin elə burdaca bitəcəyini gözləyirdi, amma sən 

demə,  bacısının  nə  qədər  inadkar  olduğundan  xəbəri  yox-

muş. Bir neçə həftə də keçdi, bir gün dərsdən qayıdanda Əzət 

onun başının üstünü kəsdirdi:

 “Tapmışam, axır ki, axtardığımı tapmışam”.

 “Kimi tapmısan, ay Əzət, de, biz də bilək...” – Zarafatla 

dilləndi.

 “Sabah görərsən, – bacısının əl-ayağı sevindiyindən yerə 

dəymirdi. – Sabah evə vaxtında gəl, qonaqlarımız olacaq”.

  Yarımaraq-yarıistəklə  qeyri-müəyyən  cavab  verdi.  Bacısı 

da bunu razılığa yozub sevinə-sevinə işinin dalınca getdi.

 Aradan keçən müddətdə bacısının sözləri bir-iki dəfə yadı-

na düşsə də özündə həyəcan-filan duymadı: kimin gələcəyini 

bilmirdi, ortada bir söz verib-söz alma yox idi, hər şeyin bu 

gün  həll  olunacağını  da  fikirləşmirdi;  nə  olar,  gələni  görər, 

sonra bacısına bir söz tapıb deyər, vəssalam.

 Amma evə girib mətbəx masasının arxasında oturmuş qo-

naqları, daha doğrusu, iri, qara gözlü, saçını ortadan tağ ayı-

rıb  boynunun  ardında  toplamış,  dodaqlarında  utancaq 

təbəssüm olan qızı görəndə, elə bil, iqtidarını əlindən aldılar. 

Ana-balaya “xoşgəldiniz” eləyib paltosunu soyundu, şlyapa-

sını götürdü, bacısı cəld onları alıb asılqana keçirdi, arxasınca 

yataq otağına keçdi:

 “Gördün? Su sonası kimi qızdı”.

 “Nə deyim, ay Əzət?” – Gülümsədi. – Pisdi demədim ki?”

  “Onda  o  yan-bu  yan  eləmə.  Məsələni  açmışam.  Geri 

çəkilsən, bu işıqlı dünyada üzünə baxmaram”.

 “Bəlkə, bir az götür-qoy eləyək?” – Çətinə düşmüş kimi 

saçını sığallaya-sığallaya dilləndi.



367

  “Götür-qoy  eləməyə  vaxt  yoxdu,  bir  də  gördün,  sabah 

böyürdən  başqası  çıxdı,  –  Əzət  geri  çəkilmədi.  –  Olacaq, 

vəssalam”.

 Sonra cavab gözləmədən qonaqlarının yanına qayıtdı.

  Pəncərənin  qabağında  dayanıb  küçəyə  baxa-baxa  fikrini 

toplamağa çalışdı: bəlkə, doğurdan da, hər şey belə qəfildən 

olmalıdı?  İllərlə  bu  anı  gözləməmişdimi?  Ortada  təmtəraq-

filan olmasa da, bacısının seçdiyi, ailəsinə, az-çox xasiyyətinə 

bələd olduğu bir Allah bəndəsi var, Allahın məsləhətilə tale 

yoldaşı  olacaqdı.  Belə  bir  vaxtda  bəxtinə  çıxandan  imtina 

eləməyə dəyərdimi?

 Az sonra Əzət qapını açıb onu çağırdı:

 “Mir Yusif, bir bura gəl görüm!”

  Getdi,  bacısı  barmağındakı  nişan  üzüyünü  çıxarıb  qızın 

barmağına taxdı:

  “Bu  gündən  Bilqeyislə  nişanlısınız.  Allah  sizi  xoşbəxt 

eləsin, nəvəli-nəticəli olasınız!”

  Tutulub  qaldı,  ancaq  gülümsəyə  bildi.  Bilqeyis  də  həya-

sından  pörtmüşdü,  başını  yerdən  qaldırmırdı.  Əzət,  sonra 

Qönçə, ardınca Kiçikxanım nişanlıları təbrik elədilər. Üçünün 

də sevincdən gözləri dolmuşdu...

 “Bu da bir qismətmiş, evinizə gəlib, dədə-baba qaydasına 

da əməl elərik...” – Əzət az qalırdı sevindiyindən oynasın...

***

 ...Sonrasını bacısı axşam yerli-yataqlı danışdı: bir neçə dəfə 



paralel  küçədə  yaşayan  qohumları  Camal  bəy  Vəzirovun 

evinə gedibmiş; onun arvadı Əziz xanım da qohum düşürdü, 

münasibətləri çox yaxın idi. Axırıncı dəfə gedəndə Kiçikxa-

nımla qızını Əziz xanımgildə görüb maraqlanır, məlum olur 

ki,  Kiçikxanımgil  də qarabağlıdılar,  vaxtilə  Tiflisə köçüblər; 

Kiçikxanım orda Əsəd bəy Acalova ərə gedib, oğulları Vəlibəy 

və Fərhad, qızı Bilqeyis dünyaya gəlib. Ailə başçısını itirəndən 

bir müddət sonra – altı il əvvəl Vəlibəyi hərbçi kimi Bakıya 




368

dəvət eləyiblər, o da anası və bacısını özüylə gətirib; əvvəl elə 

bu küçədəki üç saylı binada, ardınca Karaulnı döngəsindəki 

altmış saylı binada mənzil kirayələyiblər; sonra daimi yaşayış 

yeri axtarışı onları aparıb Camal bəyin evinə çıxarıb; Camal 

bəyin və Əziz xanımın ailədən xoşu gəlib, mənzillərinin bö-

yük  otağını  arakəsməylə  kəsdirib  ana-balaya  sığınacaq 

veriblər; Bilqeyis məktəb bitirib, üstəlik, gürcü dilini də yaxşı 

bilir.

 Hər şey elə başlandığı sürətlə də davam elədi: adətə əməl 



eləyib  Kiçikxanımgilin  evlərinə  də  getdilər,  şirin  çay  da 

içdilər,  cəmi  iki  həftə  sonra  balaca  məclis  qurub  nikah  da 

kəsdirdilər. Məclisdə Abdulla Şaiqlə Şahzadə xanım, Əziz xa-

nım,  Nurməmməd  Şahsuvarov,  Aslan,  Mustafa,  bir-iki 

müəllim yoldaşı yığışdı.

 Sonra bacısıgil yığışıb getdilər, Yusif Vəzirdən ötrü yeni, 

hələ alışmadığı həyat başladı...

 Həqiqətən, bir söz insanın qərarını, bir hiss həyatını, bir insan-




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin