Elə adamlar var ki, onlarla ünsiyyətdə olandan sonra qəlbinə
qəribə hərarət yayılır, dünyaya tamam başqa gözlə baxmağa başla-
yırsan. Abdulla Şaiq böyük qardaş kimi qolundan tutdu,
güzəranını qaydasına qoymağa kömək elədi: elə o axşam bu-
raxmadı, səhər də açarını alıb Şahzadə xanıma verdi ki, gedib
mənzilə əl gəzdirsinlər, əyər-əskiyini düzəltsinlər; bazar
günü olduğundan onu gəzməyə apardı ki, həm darıxmasın,
həm də Bakının havasına uyğunlaşsın. Çox şeydən danışdı-
lar, Simferropolda, Odessada, Batumda, Konstantinopolda,
Parisdə çəkdiyi ağrı-əzabları nağıl elədi, Abdulla Şaiqdən
Bakı ədəbi-elmi mühitilə bağlı bəzi məsləhətlər aldı, içindəki
səksəkənin tərpənişini onda bir daha hiss elədi.
Qonşuları ona lap xəcalət vermişdilər: qadınların əli dəyən
mənzil az-çox abıra düşmüşdü, üstəlik, artıq yorğan-döşək,
masa örtüyü, pərdə, ən zəruri qab-qacaq vardı, indi babat ya-
şamaq olardı.
Abdulla Şaiq onun minnətdarlıq eləmək cəhdini sezib im-
kan vermədi:
“Bu sözlərə gərək yoxdu, həmişə evində-eşiyində. Qapı-
mız daim üzünə açıqdı. Sabahdan iş məsələsilə də məşğul
olarıq”.
***
Düzdü, işi iki həftə gözləməli oldu. Müraciət elədiyi
yerlərdə “yox” cavabı vermirdilər, amma dəqiq söz də
demirdilər, görünür, ehtiyat eləyirdilər, daha doğrusu,
deyəsən, kimsə yuxarıdan göstəriş verməliydi.
Axır ki, iş məsələsi də həll olundu: yəqin, Abdulla Şaiq
Ruhulla Axundovun yanına getmişdi, ya da zəng eləmişdi.
Bir gün işdən qayıdanda yolunu onun yanından saldı:
358
“Nəylə məşğulsan, Yusif Əfəndi?” – Maraqla masanın
üstündəki kağızlara baxdı.
“Bir çıxış yolu tapılanacan hekayələrimə əl gəzdirərəm ki,
çapa verəm, bəlkə, qələmhaqqı ala bildim”.
“Çıxış yolu tapılıb, – Abdulla Şaiq gülümsəyə-gülümsəyə
ona baxdı. – Sabah gedərsən “Bakı işçisi” kooperativ nəşriy-
yatına, orda səni gözləyəcəklər. – Dərhal da ağzını açmağa
imkan verməyib qolundan tutdu. – Gəl, gəl gedək, bunu bir
balaca qeyd eləyək...”
...O gözəl yaz günlərindən birində qapısını Aslan Vəzirov
və Mustafa Vəkilov döydülər. Gəlişini, evinin yerini hardan
öyrənmişdilər, buna heyrətləndi. Aslan bir qədər sınıxmışdı,
Mustafanın, az qala, ortadan ayırdığı saçları, nazik bığları,
güləş gözləri, ağ yanyaxa köynəyi onu hələ də tələbəyə oxşa-
dırdı.
İsti-isti qucaqlaşdılar, Aslanın gözləri yaşlıydı, dillənə
bilmədi, Mustafa da kədərini çətinliklə ifadə elədi:
“Başınız sağ olsun, Aslan hər şeyi mənə danışdı. Mirinin
ölümünə hələ də inanmaq istəmirəm”.
“Mən də alışa bilməmişəm. Amma bu həqiqətdi”. – Yusif
Vəzir onları oturmağa dəvət elədi.
Mətbəx masasının arxasında əyləşdilər. Ev sahibi pilətəyə
tərəf yönələndə Aslan qolundan yapışdı:
“Sən zəhmət çəkmə, göstər, mən hazırlaram”.
“Aslanın vəziyyətindən xəbərim var, – bilirdi ki, geoloji-
kəşfiyyat idarəsində işləyir, həm də... taleyin gərdişilə Ələsgər
bəy Xasməmmədovun qızı Nuruş xanımla evlənib, – sənin
işlərin necədi?” – Mustafayla üzbəüz oturub soruşdu.
“Hələ ki, Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, həm
dəm Mühüm İşlər üzrə Xalq Məhkəməsində hakiməm, Dövlət
Darülfünunda da dərs deyirəm. Amma komissarlıqdakı
işimdən çıxmaq fikrindəyəm, elmi sahə məni daha çox cəlb
eləyir”.
“Hələ evlənməmisən?” – Yusif Vəzir maraqlandı.
359
“Yox,” – Mustafa başını aşağı dikib susdu.
“Zeynalabdin əmi, uşaqlar necədilər?” – Yusif Vəzir onu
sıxıntıdan qurtarmaq üçün Aslanı söhbətə tutdu.
“Pis deyillər, hamının salam-duasları var. Görsələr, şad
olarlar. Mən də pedaqoji işə keçmək fikrindəyəm, – Aslan
söhbətin yönünü dəyişdi. – Təcrübi iş mənlik deyil, bütün
vaxtımı alır”.
Söhbətləri çay süfrəsi arxasında davam elədi. Paris
günlərini, Mirini, tanışları xatırladılar. Sonra Aslan və Musta-
fa dilə tutub onu restorana apardılar.
...Diplomatik işdən əl çəkib yazı-pozusunun üstünə qayıt-
mış Əbdürrəhim bəyə baş çəkdi, nasaz olduğunu hiss eləsə
də, sağ-salamat gördüyünə sevindi; Konservatoriyanın pro-
rektoru olan Üzeyir bəyin görüşünə yollandı, Parisdən, Cey-
hun bəydən, “Arşın mal alan”ın tamaşasından xeyli söh-
bətləşdilər.
Köhnə dostu Hüseyn Mirzəcamalov özü gəlib çıxdı,
görüşləri də göz yaşları içində keçdi: Şuşanı xatırladılar, dost-
ları, nəzmlə məktublaşmalarını yada saldılar. O vaxt
Kiyevdəki tələbələrin ağsaqqalı sayılan, hörmətlə “dayı” ça-
ğırılan, hamının əlindən tutan, “Hüseyn Camal Yanar”
təxəllüsüylə şeirlər yazan, Məmməd Əminlə yaxın dost olan
Hüseyn indi müəllimlik və tərcüməçilik eləyir, dilə gətirməsə
də, ötən günlərin xiffətini çəkirdi...
Əlbəttə, görüşməli çox adamlar – Kiyevdən tanıdığı,
tələbəliyin acılı-şirinli gülərini bölüşdüyü kəslər – vardı,
amma kimsəni narahat eləmək istəmirdi, həm də bilirdi ki,
hələ Mir Cəfər Bağırovun adamlarının gözü üstündədi...
...Deyəsən, həyatı yoluna düşürdü: evi vardı, işi vardı, xe-
yirxah dostları vardı, yazmalı mövzular vardı, darıxdığı
adamlar vardı...
İyulun əvvəllərində “Azərbaycanı Tədqiq və Tətəbbə
Cəmiyyəti”ndə “Azərbaycan nağıllarının tarixi əsasları” mövzu-
sunda məruzə oxumağa dəvət elədilər. Uzun illər ərzində
360
topladığı materiallar köməyinə çatdı, əhatəli çıxışı hamını
razı saldı.
Kitablarını çapa hazırlayırdı, Kiyevdə qələmə aldığı “Gü-
Dostları ilə paylaş: |