mənim son mənzilim oldu. Hələ bunu dərk eləməzdən xeyli müddət
əvvəl O içimdən gələn qüdrətli səslə məni çağırırdı: “Mənim ölkəm
o dünya olduğu qədər, həm də bu dünyadı; mənim ölkəm insanın
ruhunu da istəyir, bədənini də, insanın düşündüyü, duyduğu,
gördüyü hər şeyi bürüyür; duası qədər dünya təlaşını, siyasi
əməlləri qədər sevgi həyatını əhatə eləyir, mənim ölkəmin ucu-bu-
cağı yoxdu””.
“İslam mənə gecəyarı evə gurultu-filan salmadan gizlicə
girən oğru kimi gəldi, – Krala dedi, – həm də içəri artıq çıxma-
maq məqsədilə girdi, amma bunu, yəni axırda müsəlman ola-
cağımı dərk eləməyim xeyli çəkdi”.
Kral ona dərhal inandı, hörmət göstərdi, hətta öz
həmsöhbətinə çevirdi. Bütün bunlarsa onun həyatındakı boş-
luğu daha da böyüdüb dözülməz elədi...
“O məni özünə dost sayır, – sonralar yazacaqdı, – vəziyyətimiz
arasındakı fərqsə böyükdu; axı o Kraldı, mənsə sadə bir qəzetçiyəm.
Amma mən də onu özümə dost saymağa cəsarət eləyirəm, ona görə
ki, çünki ən məhrəm sirrlərini mənimlə bölüşür, həm də bunu elə
səxavətlə eləyir ki, başqa yolum qalmır...”
***
Sarayda oturmağı sevmədiyini deyib Zeydlə ölkəni
gəzməyə çıxdı, atla, dəvəylə, piyada gəzdilər, quyu başında,
ağac altında, bədəvi çadırında gecələdilər, qəbilə şeyxlərilə,
kölələrlə, quldurlarla rastlaşdılar, zalımları, məzlumları
gördülər.
350
...Səfər boyu Fələstində baş verənləri xəyalında canlandı-
rırdı. Qüdsün Yaffa darvazaları qarşısındakı qələbəylə baxan-
da nədənsə ona elə gəlmişdi ki, qədim yəhudilərin varisləri
dünyaya səpələnmiş soydaşları yox, indi ərəb adlanan bu
adamlardı. Onda doktor Veysmanın, Sionist Hərəkat Komi-
təsinin rəhbəri Abraham Menahem Mendel Usışkinin soydaş-
larını bura yığıb say üstünlüyü təmin eləməyə çalışmaları
ona qəribə, həm də əxlaqdankənar əməl kimi görünmüşdü:
bu vaxtacan Fələstin barədə oxuduqlarının əksəriyyəti sio-
nistlərin yazdıqları kitablar idi, burda yaşayan beş nəfərdən
dördünün ərəb olduğunu bilmirdi. Bunu Usışkinə deyəndə
görmüşdü ki, bu açıq-aşkar çoxluqla hesablaşmaq fikrində
deyillər, ərəblərin sionizmə qarşı etirazları onlardan ötrü
mənasızdı.
“Burda ciddi ərəb müqavimət hərəkatıyla rastlaşmamışıq,
– o vaxt Usışkin demişdi, – yəni əsaslı hərəkat yoxdu.
Müqavimət kimi gördüklərinizin hamısı, əslində, bir ovuc
qəzəbli təhrikçinin saldığı qara-qışqırıqdan başqa bir şey de-
yil, bu da bir neçə ay, uzaqbaşı bir neçə il ərzində öz-özünə
həll olunub gedəcək”.
Sonra Usışkinin Yəhudi Milli Fondu yaratdığını, hətta
həmin fonda pul toplamaq üçün Albert Eynşteynlə Amerika-
ya getdiyini, İsrail vadisində Kiryat-Anavimdə, Qüds
ətrafında, Ben-Şean rayonunda torpaqların pulla satın alındı-
ğını eşitdi. Ardınca Usışkin Qüdsdə Yəhudi universiteti açıl-
masına da nail oldu – bunu Əfqanıstanda olanda eşitmişdi.
Deməli, on il əvvəl yəhudilərə Fələstində “milli dövlət qurmaq”
vədi verən Belfur deklarasiyası addım-addım həyata keçirilir-
di. O vəddən bir il əvvəl ingilislər Məkkə əmiri Şərif Hüseynə
söz vermişdilər ki, türklərə qarşı mübarizəyə kömək eləsə, Ağ
dənizlə Fars körfəzi arasında müstəqil ərəb dövləti qurulma-
sını təmin eləyəcəklər, amma az sonra fransızlarla gizlicə da-
nışıb Suriya və Livanı onların ixtiyarına verdilər, Fələstinsə
yəhudilərə həvalə olundu.
351
Səyahəti zamanı qəbilə şeyxləri “İslam alimi”ni qonaq
eləməkdən, onun qulluğunda durmaqdan zövq alırdılar.
Muhamməd Əsəd səyahətlərində və görüşlərində qəbilələr
arasındakı narazılıqlardan, çəkişmələrdən də xəbər tuturdu.
Qarşıdurmalar get-gedə çox təhlükəli şəkil alırdı, güman ki,
tədbir görülməsə, daha pis nəticələrə aparıb çıxaracaqdı. Bü-
tün bunlardan Kralın da xəbəri vardı, narahat idi, amma hələ
ki, təsirli tədbirlər də görə bilmirdi.
Gözlənilən hadisələr Muhammad Əsəd səyahətdən qayı-
dandan sonra baş verdi. Nəciddə bir-birinin ardınca qəbilələr
baş qaldırdılar. Əbüləziz bin Səud ordusunu qiyamçıların
üzərinə göndərdi, bununla belə, ərazi böyük, qəbilələrin kiçik
dəstələri cəld və çevik olduqlarından istənilən nəticəni əldə
eləyə bilmədi. Bu itaətsizlik sonrakı – 1929-cu ildə onun
hakimiyyətini sarsıdan böyük mübarizəyə çevrildi.
O qarışıq günlərdə sarayda Muhammad Əsədi sevməyənlər
də ortaya çıxdı: şayiələr gəzirdi ki, o da məşhur Ərəbistanlı
Lourens kimi ingilis casusudu, müsəlman alimi libasına bü-
rünüb qəbilələri bir-birinin üstünə salmaqla, ingilislərə
məlumat ötürməklə məşğuldu. Amma xoşbəxtliyindən
Əbdüləziz bu şayiələrə inanmırdı, görünür, qonağı onun
həqiqi etimadını qazana bilmiş, üstəlik, Şeyx əl-Şəmmari Kra-
lı bütün bunların şayiədən başqa bir şey olmadığına inandır-
mışdı.
Əl-Şəmmarinin qızı Münirəni də ilk dəfə elə o vaxt gördü.
Şeyx dostunun evində on iki yaşlı gözəl bir qızın böyü-
düyündən xəbər tutanda ilk dəfə qeyri-ixtiyari ona cavan, su-
bay kişi gözüylə baxdı. Əlbəttə, aradakı, az qala, on səkkiz yaş
fərq onu narahat eləmirdi, fərdinə çevrildiyi mühitdə
şəraitdən asılı olaraq bu fərq əlli yaş da ola bilərdi. Başlıcası,
Şeyxin məsələyə necə münasibət bəsləyəcəyiydi: əgər
müsəlmanlığı ürəkdən qəbul elədiyinə inanırdısa, islam dini-
ni araşdıran nüfuzlu alim olduğuna inanmışdısa, şüb həsiz,
bu izdivaca “yox” deməyəcəkdi, əksinə, aradakı qohum-
luqdan şad olacaqdı.
352
Əlbəttə, Münirə Elza deyildi, heç zaman da olmayacaqdı.
Elzanı tanıyanda dolub-toxtamış qadın idi, kübar ailədə bö-
yümüşdü, təhsil almış, sənətə yiyələnmiş, səyahətlər eləmiş,
ərə getmiş, uşaq doğmuş, sevgi və xəyanət görmüş, ayrılmış-
dı, otuz səkkiz yaşlı, təcrübəli, hələ təravətini qoruyub saxla-
yan qadın idi. Amma Elzanın ömür möhləti bura qədərmiş:
müqəddəs torpağacan gəlib çıxdı, ziyarətini elədi, sonra işıqlı
dünyayla vidalaşdı. Şeyx əl-Şəmmarinin dediyi kimi, deməli,
Dostları ilə paylaş: |