Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə96/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   92   93   94   95   96   97   98   99   ...   175
qanun pozuntusundan qorumaq” barədə bəyanat verdi.

 Amma polisə bəyanat yox, sənəd lazımdı ki, Leo Nussim-

baum  rəsmən  Əsəd bəydi,  ya  yox?  Sənədsə yoxdu,  deməli, 

Leo Nussimbaum saxtakarlıq eləyir, qondarma ad altında al-

man ordusuna böhtan atır.

 İşə yazıçı Karl Hoffmann qarışdı, görünür, Verner Şende-

lin təkidlərinə tab gətirməmişdi; “Deutsche rundşau”da “Neft 

qalmaqalları”  adlı  məqalə  dərc  etdirib  Əsəd  bəyi  müdafiə 

elədi: o nə “Şərq yəhudisi”di, nə də müsəlmandı, yox, o şərqli 

asiyalı-yəhudidi, atası Abram Nussimbaum Tiflisdə doğulub, 

bir  neçə  milyon  marka  dəyəri  olan  əmlakı  var;  1922-ci  il 

avqustun 13-də Osmanlı səfirliyinin imamından müsəlmanlığı 

qəbul elədiyi barədə sənəd alıb, elə həmin ilin martında da 

Millətlər  Liqası  qaçqınların  işi  üzrə  Ali  Komissarının 

nümayəndəsi onun Əsəd bəy olduğu barədə sənəd verib.

 Berlin polisisə Əsəd bəy barədə hökm verməyə tələsmirdi...

  Bu  məqamda  məsələyə  Xarici  İşlər  Nazirliyi  də  qarışdı: 

Leo  Nussimbaumdan  şikayət  var  ki,  bu  “Kiyev  yəhudisi”, 



387

“ədəbi dələduz” Şərq ölkələrində Almaniyanın nüfuzunu sar-

sıtmağa çalışır, onun özünə və kitabın bundan sonra yayılma-

sına qarşı ölçü götürülməlidi.

  Verner  Şendel  yenə  əl-ayağa  düşdü:  İttifaqın  adından 

tövsiyə məktubu verdi, üstəlik, bir tövsiyə məktubu da Sənət 

Akademiyası ədəbiyyat şöbəsinin rəhbərindən aldı. Nazirli-

yin müşaviri Kurt Simke sənədlərlə tanış olub tərəddüd ke-

çirdi: kitabı qadağan eləməyə ixtiyarı yoxdu, bu cavan oğlana 

qarşı  da  ehtiyatlı  olmaq  lazımdı,  cəzalandırsa,  naşirlərin 

qəzəbinə tuş gələcək, bəlkə başqa çıxış yolu təklif eləsin?

 “Bəlkə, podpolkovnik fon Parakinin və digər hərbçilərin 

qəzəbinə tuş gələn həmin hissəni çıxarıb kitabı təzədən nəşr 

eləyəsiniz?”

 “Bu barədə düşünmək olar, – Əsəd bəy artıq inamlı görü-

nürdü. – Ədəbi agentimlə bu barədə danışaram”.

 Deyəsən, məsələ bununla da bitdi...

 Amma yox, bu tərəfdən də Berlin İslam İnstitutunun di-

rektoru  Muhamməd  Həsən  Hoffmann  bəyanat  imzalayıb, 

Əsəd  bəyin  İslamı  qəbul  eləməsi,  Azərbaycan  və  Osmanlı 

türcələrini bilməsilə bağlı şübhəsi olduğunu bildirmiş, həm 

də onu “ədəbi fırıldaqçı” adlandırmışdı.

 Bütün bu təhlükələr, şübhələr, təhdidlərsə onu sanki vəcdə 

gətirirdi:  bir  buna  bax,  öz  qüdrətinə  indiyəcən  bələd  deyil-

miş,  ordunu  sarsıda,  ölkənin  xarici  siyasətinə  zərbə  vura 

bilərmiş! Ay səni, Leo!

***


 ...Yeni kitabın adını da razılaşdırdılar: “Qafqazın on iki sirri” 

olacaqdı. Həm cəlbedicidi, həm macəra və avantüra qoxusu 

gəlir;  burda  kütləvi  oxucunun  diqqətini  çəkən  hər  şey  var; 

şübhəsiz,  yenə  qalmaqal  yaranacaq,  qələmlər  işə  düşəcək, 

vəcd dolu yazılarla yanaşı, ittihamlarla da qarşılaşacaq, amma 

daha bunun o qədər də əhəmiyyəti yoxdu, Əsəd bəyin imzası 

məşhurdu, ilk kitabıyla baş verənlərdən sonra, necə deyərlər, 



388

sudan quru çıxıb, həm də, az qala, rəsmi bəraət alıb, qalanı 

yalnız işin xeyrinədi.

  Qafqazsa  Əsəd  bəyin  təxəyyülündə  ağlagəlməz  sirlərlə 

doludu;  məsələn,  hər  bir  gürcünün  çariçayla  yatmaq  haqqı 

varmış, ona görə də Tamara arzu eləyənlərin hamısını yatağı-

na salırmış; xəstənin yatağı başında Quran yandırarlarmış ki, 

sağalsın; kəndlilər təzə doğulmuş körpənin başını elə bağla-

yırlarmış  ki,  böyüyəndə  balqabağa  oxşasın;  Azərbaycanda 

buynuzşəkilli  saç  düzümünü  sevirlər,  bu  da  Böyük 

İsgəndərdən  qalıb;  Bakı  yaxınlığındakı  Atəşgahda  yaşayan 

atəşpərəstlər parslardı, onlar həmin məbəddə seksual məra-

simlər keçirilir; qız uşağı doğulanda boynundan dizlə rinəcən 

nazik Mərakeş dərisindən korset taxır, onu yalnız toy gecəsi 

çıxarırlar;  gözləri  iki  rəngdə  olan  qadınlar  şeytan  sayılır,  o 

cəmiyyətdən tədric olunur; Azərbaycanda inək yarışları keçi-

rilir;  dağlarda  heyvanlarla  cinsi  əlaqə  geniş  yayılıb;  arvadı 

incə  fit  səsilə  istəyini  bildirənəcən  kişi  onu  qucaqlamağa 

cəsarət  eləmir;  əgər  uşaq  ad  qoyulmazdan  əvvəl  ölərsə, 

üstünə qaynar su tökülür, başı da bədənindən ayrılır; Kislo-

vodsk kurortuna yəhudilərin girməsi qadağan olunub... 

 Gözlədikləri kimi də oldu: Berlinin “”Deutsch-Schweizeri-

che  Verlag-Anstalt”  nəşriyyatının  çap  elədiyi  “Qafqazın  on 

iki sirri” kitabının ünvanına “uydurma”, “cəfəngiyat”, “pornoq-




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin