türkiyənin Baş naziri azərbaycan
nümayəndə heyəti ilə görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümovun başçılıq etdiyi nümayəndə heyətinin
Türkiyəyə səfəri başlayıb.
Səfərin birinci günü nümayəndə heyəti Ankara-
dakı Heydər Əliyev parkını ziyarət edib. Ümummilli
liderin parkdakı abidəsi önünə tər çiçəklər düzülub,
xatirəsi ehtiramla yad olunub. Sonra Türkiyənin Baş
naziri Əhməd Davudoğlu Azərbaycan nümayəndə
heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında inkişaf
edən hərtərəfli əlaqələrin əhəmiyyətindən danışı-
lıb. Əlaqələrimizin möhkəmlənməsində prezidentlər
İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə
səyləri xüsusi vurğulanıb. Qeyd olunub ki, ikitərəfli
əlaqələrdə əmək bazarı və əhalinin sosial müdafiəsinə
dair məsələlər xüsusi yer tutur.
Türkiyənin Baş naziri diqqətə çatdırıb ki, artıq
on ildən çoxdur əmək və əhalinin sosial müdafiəsi
sahəsindəki hökumətlərarası saziş hər iki tərəfdən
uğurla icra olunur və bəhrəsini verir.
Səlim Müslümov iki ölkənin müvafiq nazirlikləri
arasında sıx əlaqələrin mövcudluğundan bəhs edib.
Bildirib ki, əmək bazarı, məşğulluq, sosial təminat,
əlillərin sosial müdafiəsi, tibbi-sosial eksperti-
za və əlilliyin reabilitasiyası məsələlərində tərəflər
daim bir-biri ilə informasiya mübadiləsi aparır.
Eyni zamanda, vətəndaşlarımızın sosial müdafiəsi
istiqamətində təcrübə mübadiləsi də mövcuddur.
Xüsusilə Azərbaycan tərəfi türkiyəli həmkarlarının
peşə standartlarının hazırlanması və tətbiqi, əmək
münasibətlərində üçtərəfli komissiyanın (dövlət,
həmkarlar ittifaqları və işəgötürənlər) fəaliyyəti, ge-
niş əhatəli tibbi sığorta sisteminin qurulması, işsiz-
lik sığortasının tətbiqi və onun işsiz vətəndaşların
həyatındakı rolu sahəsindəki uğurlarını yüksək
qiymətləndirir. Məlumat verilib ki, bu il ilk dəfə
olaraq azərbaycanlı əlillər reabilitasiya məqsədilə
Türkiyənin Pamukkaladakı tibbi-sosial reabilitasiya
mərkəzinə bərpa müalicəsi məqsədilə göndəriliblər
və bu proses davamlı olacaq. Burada müalicə keçən
azərbaycanlılara yüksək xidmət göstərilib.
Görüşdə Azərbaycanın Ankaradakı səfiri Faiq Ba-
ğırov, Türkiyənin Əmək və sosial müdafiə naziri Faruk
Çelik və digər rəsmi şəxslər iştirak ediblər.
|