azərbaycan və türkiyə hərbi sahədə əlaqələri
daha da genişləndirmək niyyətindədirlər
Martın 4-də Azərbaycan Respublikasının Müdafiə
naziri general-polkovnik zakir Həsənov ölkəmizdə
rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi
Hava Qüvvələri komandanı, ordu generalı Akın
Öztürklə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzƏRTAC-a bildiriblər ki, ordu generalı A.Öztürkün
Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi ke-
çirilib. Protokola uyğun olaraq Hərbi Hava Qüvvələri
komandanı Şərəf Kitabına ürək sözlərini yazıb.
Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən
görüşündə müdafiə naziri general-polkovnik za-
kir Həsənov qonaqları salamlayaraq, Azərbaycanla
Türkiyə arasında əməkdaşlığın dostluq-qardaşlıq
münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin
daim inkişaf etdiyini qeyd edib.
Müdafiə naziri ölkələrimiz arasında hərbi
əməkdaşlıq planına əsasən ötən il Azərbaycanda, ha-
zırda isə Türkiyədə keçirilən Hərbi Hava Qüvvələrinin
birgə təlimlərinin təcrübə toplanılması baxımından
əhəmiyyətini qeyd edərək bu sahədə əlaqələrin daha
da genişləndirilməsini xüsusi vurğulayıb.
Ordu generalı A.Öztürk də dövlətlərimizin
əlaqələrinin qədim tarixi köklərə, mehriban dost-
luq münasibətlərinə əsaslandığını və Türkiyənin
Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.
Sonra Azərbaycan–Türkiyə hərbi əlaqələri və qar-
şılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri
ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Türkiyənin
ölkəmizdəki səfiri İsmail Alper Coşqun iştirak edib.
Dostları ilə paylaş: |