sədrinin müavini Cem Becel iştirak etdi.
35
atİB sədri azərbaycanlı tələbələrin “Çanaqqala 100”
tvit aksiyası aksiyasında iştirak etdi
Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universieti
tələbələrinin təşkilatçılığı ilə genişmiqyaslı tvit aksiyası keçiri-
lib. Ölkənin 10 ali təhsil müəssisəsindən 5 minə yaxın tələbənin
cəlb olunduğu aksiyanın keçirilməsində məqsəd aktiv istifadə
etdilən Twitter sosial şəbəkəsi vasitəsilə 24 aprel qondarma
erməni soyqrımına qarşı böyük ifşa tədbirini həyata keçirmək
və Çanaqqala zəfəri kimi qeyd olunan tədbirlərə dəstək
göstərməkdir.
Aksiyada Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB)
İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.
Aksiya Türkiyənin Çanaqqala vilayətində müxtəlif ölkələrin
dövlət və hökumət rəhbərlərinin iştirakı ilə qələbənin 100
illiyinə həsr edilmiş təntənəli mərasimlə paralel keçirilib.
"#Canakkale100” açar sözü vasitəsilə yayımlanan statuslar-
da Çanaqqala zəfərinin tarixi, erməni yalanları, Azərbaycan xal-
qına qarşı törədilən cinayətlər barədə informasiyalar paylaşılıb.
Açar sözünün gün boyu aktiv saxlanılması məqsədilə tələbələrin
sosial şəbəkələrdə paylaşımı növbəli şəkildə təmin edilib. Aksi-
yaya Türk dünyasının müxtəlif ölkələrindən çoxlu sayda tələbə
birlikləri və qeyri-hökumət təşkilatları dəstək verib.
Dostları ilə paylaş: