Təhsil Şurası Qarabağ həqiqətləri mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi



Yüklə 15.07 Kb.
tarix06.09.2017
ölçüsü15.07 Kb.
Təhsil Şurası Qarabağ həqiqətləri mövzusunda beynəlxalq elmi-təcrübi konfrans keçirdi

Konfransda ABŞ-nın Qarabağ Fondunun icraçı direktoru xanım Diana Kohen Altman da iştirak etdi.

6-7 mart 2015-ci il tarixlərində Azərbaycan Təhsil Şurası Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (BPKİYİ) bu elm ocağı ilə birlikdə “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirdi. Elmi-praktik konfransda Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Təhsil Şurası idarə heyətinin üzvləri BPKİYİ-nun rektoru, professor Asəf Zamanov, ADPU-nun kafedra müdiri professor Mirzəli Murğuzov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şaiq Əsgərov, Qafqaz Universitetinin professoru Erdal Karaman, Böyükağa Mikayıllı, Həqiqə Məmmədova, Aliyə Təhmasib, Samir Mehdizadə, Kəmalə Qədirova, Sevinc Niftiyeva, eləcə də respublikanın qabaqcıl müəllimləri, Qarabağ həqiqətləri mövzusunda araşdırma aparan tədqiqatçılar, təhsil işçiləri iştirak edirdilər. Konfransda ilk olaraq ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqrımdan bəhs edən dərs nümayiş olundu.

Elmi-təcrübi konfransı giriş sözü ilə açan BPKİYİ-nun direktoru professor Asəf Zamanov söylədi ki, Azərbaycan Təhsil Şurasının “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda birgə konfrans keçirmək təklifini məmnuniyyətlə qəbul etdilər. Çünki bu mövzu Azərbaycan üçün böyük əhəmiyyət daşıyan bir məsələdir. Bu gün Azərbaycanin ağrılı yeri olan Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, bu məsələnin həlli istiqamətində Azərbaycan prezidenti cənab İlham Əliyev dünya miqyasında fundamental xarakterili işlər həyata keçirir. Bütün bunlar torpaqlarımızın tezliklə işğaldan azad olunacağına böyük inam verir. Çox yaxşı haldır ki, Azərbaycan Təhsil Şurası müəllimləri bu mühüm mövzu ətrafında birləşdirmək, dünya ictimaiyyətinin diqqətini Qarabağ probleminə yönəltmək kimi əhəmiyyətli bir tədbiri həyata keçirməyi qərara almışdır. Hesab edirəm ki, bu, bizim hər birimizin vətəndaşlıq borcudur.

Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev müəllimlərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir araya gələrək fikir bildirmələri, elmi-tədqiqat xarakterli yazılarla çıxış etmələrinin təqdirə layiq hal olduğunu dilə gətirdi. O, Təhsil Şurasının həyata keçirdiyi elmi-təcrübi konfransın mahiyyətindən, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqrımlardan, ölkəmizə qarşı irəli sürdükləri ərazi iddialarından, işğalçılıq niyyətlərindən bəhs etdi. Söylədi ki, bu gün müəllimlərinin qarşısında Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə, eləcə də gənc nəslə çatdırılması kimi çox mühüm vəzifələr dayanır. Biz düşünürük ki, müəllimlər dərs prosesinin imkanlarından istifadə etməklə bu mühüm vəzifənin öhdəsindən gəlməlidir. Əjdər Ağayev vurğuladı ki, ötən ilin noyabrında Gürsüstanın Kabuleti şəhərində Şuranın təşkil etdiyi Beynəlxalq elmi-təcrübi konfransda da Qarabağ həqiqətlərindən bəhs olunub. İştirakçı müəllimlərimizin Qarabağın tarixi mövzusunda nümayiş etdirdikləri dərslər Gürcüstanlı müəllimlərin marağına səbəb olub. O, ümidvar olduğunu bildirdi ki, bu konfrans Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək. Ə.Ağayev söylədi ki, konfrans materialları ABŞ-da və Azərbaycanda yayılması nəzərdə tutulan Azərbaycan, ingilis, rus dillərində çap olunacaq “Realities of Karabakh” adlı kitabda yer alacaq. Kitabın nəşrinin Təhsil Şurası tərəfindən, yayımının ABŞ Qarabağ Fondu tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonar çıxış edənlər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, İqtisad Universitetinin dosenti Şaiq Əsgərov, professor Mirzəli Murğuzov əsrlər boyunca davam edən erməni məkrnindən, onların təkcə Azərbaycana qarşı deyil, türk dünyasına qarşı tutduqları işğalçılıq siyayəsətindən bəhs etdilər.

Konfransda iştirak edən ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru xanım Diana Kohen Altman “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının metodoloji əsasları” mövzusunda məruzə etdi. O, məruzəsində vurğuladı ki, bu gün Azərbaycan müəllimlərinin qarşısında dayanan ən vacib məsələlərdən biri Qarabağın, mədəniyyəti, incəsənəti, təhsili, ədəbiyyat tarixi, maddi-mədəni irs nümunələri və s. haqqında həqiqətə söykənən gerçəkliyi beynəlxalq ictimaiyyətə çatdırmaq, eyni zamanda bu həqiqətləri dərindən bilən gənclik formalaşdırmaqdır. Yalnız bundan sonra ölkənin haqq səsini dünyaya eşitdirmək mümkündür. Xanım Diana Altman daha sonra Qarabağ Fondunun ABŞ-da Qarabağ həqiqətləri ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs etdi. Söylədi ki, bu layihələr bütünlükdə Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Xanım Diana Kohen Altman konfrans iştirakçısı olan müəllimlərdən Mehriban Məmmədovanın, Sevda Abuzərlinin və digərlərinin suallarını cavablandırdı.

Konfransın ikinci hissəsində tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülviyyə Əjdərqızı, Xəzər Universiteti və Dünya məktəbinin tarix müəllimi Arif İbrahimovun birgə hazırladıqları "Erməniçilik nədir və uydurma erməni soyqırımı" adlı tədris filmi (metodik-praktik) nümayiş olundu. Film konfrans iştirakçıları tərərəfindən maraqla qarşılandı.



Martın 7-də konfrans öz işini bölmələrdə “Ayrı-ayrı fənlərin tədrisində şagirdlərə Qarabağda törədilən faciələrin mahiyyətinin öyrədilməsi”, “Xocalı soyqrımının təlim və tərbiyə işində şagirdlərə izahı”, “Erməni-daşnak qruplarının Qarabağda törətdikləri müharibə qırğınlarının nəticələri”,“Şuşa Azərbaycanın mədəniyyət və ticarət mərkəzi kimi.”,“Şuşa şəhərinin xanlıq mərkəzi kimi yaradılması və inkişafı”,“Şuşalı xanəndələr və musiqi xadimləri”, “Qarabağın mədəniyyət abidələri və mədəniyyət xadimləri”,“Xan qızı Xurşudbanu Natəvanın ədəbi-ictimai fəaliyyəti”, “Mir Möhsün Nəvvabın ensiklopedik dünyası”, “Qarabağda təhsilin təşkili və inkişafı”, “Qarabağ atlarının dünya məşhurluğu”, “Qarabağ – gözəlliklər dünyası”,“Ermənilərin Qarabağa köçürülməsi tarixi sənədlərdə”, “Qarabağda şifahi xalq ədəbiyyatı nümunələri”,“Erməni daşnaklarının Azərbaycanda törətdikləri soyqrımlar” mövzularında müəllimlərin, Qarabağ mövzusunda tədqiqat aparan alimlərin çıxışları ilə davam etdi.
Konfransın sonunda dünya ictimaiyyətinə müraciət-qətnamə qəbul olundu.

Martın 8-də konfrans iştirakçılarından bir qrupu Quba Soyqrım memorial abidəsini ziyarət etdilər.



Təhsil Şurasının mətbuat və ictimaiyyətlə əlaqə mərkəzi


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə