atİB sədri türkiyənin sabiq prezidenti
abdullah Gül ilə görüşüb
28 aprel 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Bir-
liyi İdarə Heyətinin sədri Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə Bakıda keçirilən III Qlobal Forumda iştirak etmək üçün
gələn Türkiyənin sabiq prezidenti Abdullah Gül ilə görüşüb.
atİB sədri “əməyin mühafizəsi sahəsində önləyici
tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək”
mövzusunda konfransda iştirak edib
28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə
əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən "Əməyin mühafizəsi sahəsində
önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək"
mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə
Heyətinin sədri Cemal Yangın iştirak edib.
Konfransda ayrı-ayrı hökumət və qeyri-hökumət qurumla-
rının, xarici şirkətlərin, həmkarlar və sahibkarlar təşkilatlarının
rəhbər şəxsləri, millət vəkilləri, Beynəlxalq Əmək Təşkilatının
(BƏT), işəgötürənlərin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əmək və əhalinin sosi-
al müdafiəsi naziri Səlim Müslümov BƏT tərəfindən dünya
ictimaiyyətinin diqqətini əməyin mühafizəsi məsələlərinə
cəlb etmək üçün 2002-ci ildən keçirilən Ümumdünya Əməyin
Mühafizəsi Gününün bu il "Əməyin mühafizəsi sahəsində
profilaktika mədəniyyətini birgə yüksəldək” devizi altında
keçirildiyini bildirib. Tədbirdə BƏT-in eksperti Valentin Ma-
canu, "Azneft” İB-in Əməyin mühafizəsi şöbəsinin müdiri
Mübariz Şamilov, AHİK-in Əməyin mühafizəsi şöbəsinin rəis
müavini əli Mədətov və digərləri təqdimatlarla çıxış ediblər.
Mövzu ilə bağlı geniş müzakirələrin aparıldığı konfransda
əməyin mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən
|