62
EcoVision
TƏHLİL
2017-ci ildə isə 2 143 mlrd. ABŞ dolları səviyyəsində
olması gözlənilir.
Diaqram 1
Dünya üzrə istehlakçılar üçün e-ticarətin əsas
göstəriciləri
mlrd. ABŞ dolları
Mənbə: Divante Business Services təqdimatları
Dünya üzrə elektron ticarətin paylanmasına görə
Asiya və Sakit okean hövzəsi ölkələri 33,4%, Şimali
Amerika 31,7%, Qərbi Avropa 24,6%, Latın Amerikası
4,2%, Mərkəzi və Şərqi Avropa 3,8%, Orta Şərq və Af-
rika 2,3% paya malikdir. Rəqəmlərdən də göründüyü
kimi Asiya və Sakit okean hövzəsi regionu dünya üzrə
elektron kommersiyanın həyata keçirildiyi ən qabaq-
cıl məkandır.
Onu da qeyd edək ki, e-ticarət vasitəsilə dünya
bazarında ixracat əməliyyatlarında böyük paya ABŞ,
Böyük Britaniya, Skandinaviya ölkələri, Fransa malik-
dir.
Ümumiyyətlə, e-ticarət sahəsində əməliyyatların
həyata keçirilməsində dünyaca məşhur brendlər
içərisində "Amazon", "Uoll-Mart" və "Alibaba" kimi
elektron satış marketləri daha da seçilməkdədir.
Azərbaycanda “Elektron ticarət haqqında” qanu-
nun 2005-ci ildə qəbul olunması bu sahənin hüqu-
qi bazasının formalaşmasına təkan verdi. Buna bax-
mayaraq e-ticarətin inkişafı ölkədə elektron ödəmə
sistemlərinin təkmilləşməməsi səbəbindən növbəti
illərdən başlayaraq mümkün olmuşdur.
Qeyd edək ki, “SilverKey Azərbaycan” şirkətinin
2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq “Visa”
və “MasterCard” tərəfindən xüsusi lisenziya almış
“GoldenPay” adlı elektron ödəmə sistemi qurub,
öz xidmətini dövlət və özəl müəssisələrə təqdim
etdikdən sonra ölkəmizdə e-ticarət formalaşmağa
başlamışdır.
Hal-hazırda Azərbaycanda elektron ticarətin inki-
şafına geniş imkan yaradan onlayn ödəmə sistemləri
formalaşdırılır. Bu istiqamətdə plastik kartların bura-
xılışı, bankomatların yerləşdirilməsi o cümlədən pos
terminalların quraşdırılması ilbəil artırılmaqdadır.
Azərbaycan Mərkəzi Bankının 2015-ci il martın 1-nə
olan statistik göstəricilərinə əsasən ölkəmizdə 6 042
min ədəd plastik kart var. Onlardan 2 447 min ədədi
sosialyönümlü, 1 441 min ədədi əməkhaqların alın-
ması, 1 319 min ədədi kredit və 834 min ədədi də
digər məqsədli kartlardan ibarətdir.
Bununla yanaşı cari ilin 1 mart tarixinə olan sta-
tistik məlumata əsasən, respublikamızda 2 622
bankomat, 77041 ədəd isə pos terminal quraşdırıl-
mışdır. Ölkə üzrə posterminalların 50387 ədədi Bakı
şəhərində, 26 654 ədədi isə regionların payına düşür.
Dostları ilə paylaş: