57
2013 və 2014-cü illərin yekunlarına görə "PAŞA
Həyat Sığorta" şirkəti Rumıniyanın nüfuzlu "XPRIMM
Insurance Report" beynəlxalq sığorta jurnalı tərəfindən
əhəmiyyətli nominasiyalar üzrə ardıcıl olaraq iki dəfə xü-
susi beynəlxalq mükafatlara layiq görülüb.
2014-cü ildə “PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın
mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası
üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.
Şirkətin missiyası peşəkar, çevik və etibarlı xidmət
göstərməklə müştərilərin maliyyə sabitliyini və əminliyini
təmin etməkdir.
“PAŞA Həyat” kapitalının səviyyəsinə və biznes
göstəricilərinə görə Azərbaycanın həyat sığortası baza-
rının lideridir. Təsis olunduğu zaman şirkətin nizamnamə
kapitalı 7 milyon manat təşkil edirdisə, fəaliyyətinin ilk
4 ilinin nəticəsi olaraq şirkətin nizamnamə kapitalı 5,75
dəfə artırılaraq, hazırda 40,250 milyon manata çatdırılıb.
Şirkətin biznes hədəfi həyat sığortası sahəsində davamlı
olaraq 40 faizdən az olmayan bazar payına malik olmaqdır.
2015-ci ilin 1 aprel tarixinə şirkətin yığımlar üzrə
bazar payı 44 faiz, aktivləri 106 milyon manat təşkil et-
mişdir. Böyük fəxrlə qeyd etmək olar ki, “PAŞA Həyat” –
aktivləri 100 milyon manatı ötmüş ilk Azərbaycan sığorta
şirkətidir.
“PAŞA Həyat”ın əsas strateji məqsədi – şirkətin inki-
şafını sadəcə birtərəfli böyümə kimi deyil, hərtərəfli və
keyfiyyətli surətdə həyata keçirməkdən ibarətdir.
İsrail müəllim, fikrinizcə, Azərbaycanın sığorta
bazarının inkişafı və mövcud durumu hansı səviyyədədir?
Son 10 il ərzində Azərbaycanın sığorta bazarı özünün
sürətli inkişaf dövrünü yaşayır. Ümumi inkişaf həm insti-
tusional, həm bazarın genişlənməsi, eyni zamanda sığor-
ta şirkətlərinin peşəkarlığının və xidmət mədəniyyətinin
artmasında özünü göstərir. Ölkədə siyasi sabitliyin da-
vam etməsi, həmçinin iqtisadiyyatın ümumi inkişafının
təmin edilməsi əlverişli biznes imkanlarına əsas yaradıb.
Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin
tərkib hissəsi olan maliyyə sahəsinin, o cümlədən sı-
ğorta sektorunun inkişafı mövcud qanunvericilik ba-
zasının genişləndirilməsi və təkmilləşdirilməsi, zəruri
olan icbari sığortalanma bazasının genişləndirilməsi,
sığorta şirkətlərinin sabitliyinin əsası olan kapitallaşma
səviyyəsinin artırılması məqsədilə güzəştlərin nəzərdə tu-
tulması sığorta bazarının liberallaşdırılması istiqamətində
görülən tədbirlərlə dəstəklənir.
Bu sektora dəstək olaraq Azərbaycan Respublika-
sı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti
(DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA)
ölkənin sığorta bazarının inkişafı istiqamətində müxtəlif
layihələr həyata keçirirək daim məqsədyönlü fəaliyyət
göstərirlər.
Hazırda Azərbaycan sığorta bazarı dinamik inkişaf
mərhələsindədir. Bu inkişaf özünü bir daha 2014-cü il
üzrə sığorta şirkətləri tərəfindən yı-
ğılan sığorta haqlarının həcmində
göstərib. Tendensiya yığımların
həcminin durmadan artdığını və ba-
zarın daha da genişləndiyini göstərir.
2014-cü ildə ümumi sığorta baza-
rı davamlı artıma nail olmaqla tarixi
maksimuma çatmış və ölkə üzrə yı-
ğımların illik səviyyəsi artıq 0,5 mil-
yard ABŞ dolları səviyyəsini ötmüş-
dür. Son 4 ildəki artım dinamikasını
nəzərdən keçirsək görərik ki, 2011-ci
ilə nisbətən sığorta haqlarının həcmi
iki dəfə artaraq 213,0 milyon ma-
natdan 2014-cü il üzrə 429,2 milyon
manata çatdırılıb. Bütün yığılan sı-
ğorta haqlarının ölkənin ümumi da-
xili məhsulunda xüsusi çəkisi 2011-ci
ildə 0,41 faiz olduğu halda, 2014-cü ildə 0,73 faiz təşkil
etmişdir.
2014-cü il ərzində həyat sığortası bazarı üzrə yığımlar
105 milyon manat təşkil etmişdir. Həyat sığortasının yeni
inkişaf etməyə başlamasını və qanunvericiliyə əsasən
2011-ci ildən etibarən həyat sığortası sahəsində yalnız
ixtisaslaşmış sığorta şirkətlərinin fəaliyyət göstərdiyini
nəzərə alsaq, xüsusilə qeyd edilməlidir ki, son 4 ildə
Azərbaycanın ümumi sığorta bazarı iki dəfə, o cümlədən
qeyri-həyat sığortası sahəsi 70,2 faiz artdığı halda, həyat
sığortası sahəsi 4,7 dəfə böyümüşdür.
2015-ci ilin 1-ci rübündə də Azərbaycanın həyat sı-
ğortası bazarında artım dinamikası müşahidə edilib və
toplanılan sığorta yığımlarının həcmi 32,3 milyon manat
olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,6
milyon manat və ya 5,2 faiz çoxdur.
Bazarın potensial imkanlarına gəlincə, qeyd etmək la-
zımdır ki, Azərbaycanın sığorta bazarı ölkə iqtisadiyyatının
ən dinamik inkişaf edən sahələrindən biri kimi xarakterizə
olunur. Hər il sığorta şirkətləri tərəfindən bazarda aparı-
lan əməliyyatların həcmi və sığorta məhsullarının sayı ar-
tırılır, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir. Nəticə
etibarilə sığorta məhsulları üzrə göstərilən xidmətlərin
H
azırda Azərbaycan sığorta bazarı dinamik inkişaf
mərhələsindədir. Bu inkişaf özünü bir daha 2014-cü il
üzrə sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının
həcmində göstərib. Tendensiya yığımların həcminin durma-
dan artdığını və bazarın daha da genişləndiyini göstərir. 2014-
cü ildə ümumi sığorta bazarı davamlı artıma nail olmaqla ta-
rixi maksimuma çatmış və ölkə üzrə yığımların illik səviyyəsi
artıq 0,5 milyard ABŞ dolları səviyyəsini ötmüşdür. Son 4 ildəki
artım dinamikasını nəzərdən keçirsək görərik ki, 2011-ci ilə
nisbətən sığorta haqlarının həcmi iki dəfə artaraq 213,0 mil-
yon manatdan 2014-cü il üzrə 429,2 milyon manata çatdırılıb.