54
EcoVision
ƏSAS MÖVZU
bu sektorun nə qədər gəlirli və potensial olduğunu
görsünlər, məlumatları olsun.
Sahibkar bilməlidir ki, elektron ticarət ona nə
qazandıracaq, bu sahənin hansı üstünlükləri var.
Müəyyən pozitiv mesajlar çatdırılmalıdır ki, sahib-
karlar da bu sahənin inkişafında maraqlı olsunlar.
Düşünürəm ki, sahibkarlarla aparılacaq birinci iş
maarifləndirmə olmalıdır. İkinci təhlükəsizliklə bağlı
təminat olmalıdır. Bu mesajlar verilməlidir ki, sahibkar
da güvənli olsun. Bunlarla yanaşı, öncə qeyd etdiyim
kimi, stimullaşdırıcı vergi güzəştləri, onlayn ödəniş
güzəştləri tətbiq olunmalıdır ki, iş adamları bu sahəyə
maraq göstərsin, investisiya yatırmış olsunlar.
Sahibkarlar görməlidir ki, onlayn ticarətdə işıq
pulu, qaz pulu, su pulu, icarə pulu və digər ödənişlər
yoxdur, hər şey internet üzərindən görülür, o zaman
onlar da bu sektora maraq göstərəcəklər. Bunun üçün
isə maarifləndirici işlər görmək lazımdır.
Osman müəllim, artıq bir neçə ildir Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları Na-
zirliyinin tabeliyində İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu yaradılıb. Fond bu sektorda öz
biznesini qurmaq istəyənlərə dəstək verir, layihələrini
maliyyələşdirir. İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondunun Müşahidə Şurasının üzvü olaraq bu
istiqamətdə görülən işlərlə bağlı nə deyə bilərsiniz?
Bildiyiniz kimi, İnformasiya Texnologiyaları-
nın İnkişafı Dövlət Fondunun əsas prioritetlərindən
biri də elektron ticarət yönümlü startaplara dəstək
verməkdir. Artıq iki qrant müsabiqəsi keçirilib və bir
neçə startapa dəstək verilib. Bəli, hökumət imkanı
daxilində, müəyyən məbləğdə qrant verir. Orada da
bu, prioritetdir ki, yeni başlayan sahibkarlara dəstək
verilsin. Ola bilsin, gələcəkdə bu dəstək daha da
güclənəcək. Düşünürəm ki, Azərbaycanda elektron
ticarətin inkişafı üçün İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondu ilə yanaşı sahibkarlığın inkişa-
fına dəstək verən digər qurumlar, bir çox nazirliklər
də bu sahəyə dəstəyini gücləndirməlidir. Bu qurumlar
sahibkarları maraqlandırmalıdır ki, bu sahədə böyük
biznes var, burada böyük imkanlar, perspektivlər var.
Artıq görürük ki, bir çox
ölkələrdə elektron ticarətin
həcmi milyardlarla ölçü-
lür. Əvvəllər bizdə plastik
kartlar yox idi, problem idi,
amma indi hər kəsdə plas-
tik kart var. Deməli, istəsə,
onlayn ödəniş edərək
müəyyən
xidmətlərdən
yararlana, alış-veriş edə
bilər.
Hesab
edirəm
ki, kompleks tədbirlər
görülsə,
Azərbaycanda
elektron ticarətin poten-
sialı yüksəkdir. Stimul-
laşdırıcı,
motivasiyaedici,
maarifləndirici addımlar atılsa, bir çox ölkələri bu
sahədə qabaqlaya bilərik.
Osman
müəllim,
Sizin
təşkilatçılığınızla
respublikamızda İKT sektorunu inkişaf etdirmək, ən
yaxşı internet və İT layihələrini üzə çıxarmaq, inno-
vativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə
yardım etmək məqsədilə artıq bir neçə ildir “Startup
Azərbaycan” layihəsinin icrasına başlanılıb. İstərdik bu
barədə məlumat verəsiniz.
Artıq üçüncü ildir biz “Startup Azərbaycan”
layihəsini həyata keçiririk. Azərbaycanda elek-
tron biznesin inkişafına dəstək vermək, yeni biz-
nes layihələrinin tanıdılması, layihə müəllifləri ilə
investorların görüşünü təşkil etmək üçün belə
bir layihə həyata keçiririk. “Startup Azərbaycan”
layihəsi çərçivəsində elektron bizneslə məşğul ol-
maq istəyənlərin müsabiqəsi təşkil olunur. Hazırda da
müsabiqə davam edir. Ekspertlərimiz 22 layihəni yox-
layır. Layihə müəllifləri ekspertlər qarşısında təqdimat
keçirirlər. İşin qurulması, maliyyənin əldə olunması və
digər məsələlərlə bağlı məlumat verirlər. Bu layihənin
bir istiqaməti budur. Digər istiqamət isə odur ki, qalib
gələn layihələrin rəhbərlərini investorlarla görüşdürü-
rük. Bizdə qeydiyyatdan keçən investorlar var ki, seçil-
miş layihələrin sahibləri həmin investorlarla görüşüb
öz ideyalarını bölüşürlər. Danışıqlar aparmaq, investi-
siya qazanmaq imkanı əldə edirlər. Bununla yanaşı, öz
biznesini qurmaq istəyən şəxslərə komanda forma-
laşdırmaqda, təqdimatının keçirilməsində köməklik
göstəririk. Onlara ekspert dəstəyi veririk.
Ölkəmizdə elektron ticarət sektorunun potensial
imkanlarının daha böyük olduğuna inanırıq. Ümid
edirik ki, istər vətəndaş cəmiyyəti qurumlarının və
özəl şirkətlərin həyata keçirdikləri layihələr, istərsə
də dövlət dəstəyi nəticəsində Azərbaycanda elektron
ticarət sektoru inkişaf edəcək və bu sahədə də regio-
nun liderinə çevriləcəkdir.
S
ahibkar bilməlidir ki, elektron ticarət ona nə qazandıra-
caq, bu sahənin hansı üstünlükləri var. Müəyyən pozitiv
mesajlar çatdırılmalıdır ki, sahibkarlar da bu sahənin inkişa-
fında maraqlı olsunlar. Düşünürəm ki, sahibkarlarla aparıla-
caq birinci iş maarifləndirmə olmalıdır. İkinci təhlükəsizliklə
bağlı təminat olmalıdır. Bu mesajlar verilməlidir ki, sahibkar
da güvənli olsun. Bunlarla yanaşı, öncə qeyd etdiyim kimi,
stimullaşdırıcı vergi güzəştləri, onlayn ödəniş güzəştləri
tətbiq olunmalıdır ki, iş adamları bu sahəyə maraq göstərsin,
investisiya yatırmış olsunlar.
|