56
EcoVision
MÜSAHİBƏ
İsrail müəllim, “PAŞA Həyat”ın yaradılması və
fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan
“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24
noyabr 2010-cu ildə dövlət qeydiyyatına alınmış və
14 fevral 2011-ci il tarixli lisenziya əsasında həyat
sığortası sahəsi üzrə fəaliyyətə başlamışdır.
“PAŞA Həyat” istehsalatda bədbəxt hadisələrdən
icbari sığorta, həyatın müddətli sığortası, yı-
ğım tərkibli yaşam sığortası, hətta sağalmaz
xəstəliklərdən sığorta və s. əlverişli və maraqlı kö-
nüllü həyat sığortası məhsulları təklif edir. Şirkət
satışları ofisdən birbaşa, onlayn və banklar vasitəsilə
həyata keçirir. Şirkətin regionlarda 2 filialı – “Qərb”
və “Şimal” filialları fəaliyyət göstərir.
“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosu-
nun ilk həyat sığortası iştirakçısıdır.
Sığorta risklərinin etibarlı təkrarsığortası
sahəsində “PAŞA Həyat” yüksək reytinqli aparıcı
beynəlxalq təkrarsığorta şirkətləri olan “GenRE”,
SCOR və s. ilə əməkdaşlıq edir.
Cəmiyyətdə Keyfiyyəti İdarəetmə Sistemi üzrə
Keyfiyyət Komandası, İT platforması əsasında Proq-
ram Təminatının yaradılması üzrə İşçi Qrupu, Strate-
ji Planlaşdırma Qrupu, Məhsulyaratma Qrupu, Tarif
Qrupu, Layihələrin İdarəolunması Qrupu və s. xüsu-
si işçi komissiyalar mövcuddur. Peşəkar və təcrübəli
əməkdaşlardan təşkil olunmuş qruplar və komis-
siyalar cəmiyyətin strategiyası çərçivəsində idarə
heyəti tərəfindən təsdiqlənmiş və onlara həvalə
edilmiş vəzifələrə və səlahiyyətlərə uyğun olaraq
fəaliyyət göstərirlər.
Şirkət özünün sosial məsuliyyətini dərindən dərk
edir, ictimai maraqları daim nəzərə alır və sosial
əhəmiyyətli fəaliyyət aparır.
“PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar
Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları
Assosiasiyası (ARPA), Azərbaycan–Türkiyə İş Adam-
ları Birliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası
(ASK) və Azərbaycan–Amerika Ticarət Palatasının
(AMCHAM) üzvüdür.
Şirkət "TÜV Thüringen" ISO 9001:2008
beynəlxalq keyfiyyət sertifikatına malikdir.
Dostları ilə paylaş: