53
kimi dərhal pulu çıxarsın və cibinə qoysun. Və yaxud da
məhsul alarkən mütləq ona toxunmalı və sonra həmin
məhsulu almaq haqqında qərar verməlidir. Bunlar sub-
yektiv səbəblərdir, amma əlbəttə ki, bu faktorlar müəyyən
dərəcədə rol oynayır.
Bu bizim mentalitetimizlə, yəni dəyərlərimizlə bağlı
olan bir məsələdir. Bu stereotiplərin qırılması bir az inkişafa
və zamana bağlı olan məsələdir. zamanı qabaqlamaq üçün
isə müəyyən maarifləndirici işlər aparmalıyıq.
Əlbəttə, digər faktorlar da var ki, bu sahənin inkişafı-
nı ləngidir. Məsələn, təhlükəsizlik məsələləri. Kimsə eşitsə
ki, plastik kartdakı pul oğurlanıb, itibdir, o zaman insan-
lar düşünəcək ki, qoy pul cibimdə olsun. Ona görə burada
aidiyyəti qurumların da üzərinə böyük məsuliyyət düşür.
Bank sektoru, təhlükəsizlik məsələsi, yəni plastik kartla-
rın söykəndiyi sistemlərin dayanıqlığı təmin edilməlidir.
Vətəndaş təhlükəsizliklə bağlı güvənli olmalıdır. Neqa-
tiv hallar olsa da, bunun aradan qaldırılması ilə bağlı
məlumatlar vaxtında cəmiyyətə çatdırılmalıdır.
Çatdırılma xidməti də burada önəmli rol oynayır. Çatdı-
rılma infrastrukturu, xidmətin, malın çatdırılma keyfiyyəti bu
sektora inamı artıra bilər. Dünya praktikasına baxsaq görərik
ki, çatdırılma xidməti həyata keçirən minlərlə şirkət var.
Amma Azərbaycanda bu sahədə fəaliyyət göstərən şirkətlər
yetərincə deyil. Bizdə elə şirkətlər var ki, özü həm məhsul
satır, həm də çatdırılma xidmətini həyata keçirir. Çatdırılma
şirkətlərinin inkişafı, bu sahənin stimullaşdırılması elektron
ticarətin inkişafına, dövriyyəsinə müsbət təsir edə bilər.
Fikrinizcə,
Azərbaycanda
elektron
ticarətin
tənzimlənməsi istiqamətində hansı addımlar atılmalıdır?
Mən düşünürəm ki, ilk növbədə vergi ilə bağlı
məsələlərə aydınlıq gətirilməlidir. Dünya praktikası elədir
ki, bir sıra inkişaf etmiş ölkələr var ki, bu ölkələrdə elek-
tron ticarətin dövriyyəsi milyardlarla ölçülür, həmin ölkələr
bu rəqəmə asanlıqla gəlib çatmayıblar. Bunlar da biz keçən
yolu keçiblər. zamanında bu ölkələrdə böyük güzəştlər
tətbiq olunub, stimullaşdırıcı addımlar atılıb. Məsələn, kre-
dit kartından alış-veriş edənlərin müəyyən məbləği geri
qaytarılırdı. Onlar bu kimi stimullaşdırıcı addımlarla indiki
vəziyyətə gəlib çatıblar.
Hazırda elektron ticarət dövriyyəsi milyardlarla ölçülən
ölkələr bir müddət sahibkarları vergidən azad ediblər. Misal
üçün, beş il sahibkarların vergidən azad olunması ilə bağ-
lı qərarlar qəbul olunub. Müəyyən müddət bu güzəştlər
tətbiq olunandan sonra yenidən vergi tətbiq edilib. Bu
ölkələrdə sahibkarlar elektron ticarətə gəldikdə artıq arxa-
yın idilər ki, rahat şəkildə fəaliyyət göstərəcəklər.
Bir çox ölkələr elektron ticarətin tənzimlənməsi üçün
xüsusi qanunlar qəbul ediblər. Bu qanunlarla elektron
xidmətlərin lisenziyalaşdırılması, təhlükəsizliyin təmin
edilməsi, elektron imzanın tətbiqi, istehlakçıların hüquqla-
rının qorunması və intellektual mülkiyyətin qorunması kimi
məsələlər tənzimlənir. Daha öncə qeyd etdiyim kimi, göm-
rük və vergi xidmətləri ilə bağlı da stimullaşdırıcı addımlar
atılmalı və vətəndaşlar da buna hazırlanmalıdır.
Azərbaycanda elektron ticarət sahəsində barmaqla sa-
yılacaq qədər uğurlu nümunələr var. Necə hesab edirsiniz,
kifayət qədər uğurlu nümunənin olmaması bu sahənin inki-
şafına təsir edirmi?
Əlbəttə, digər sahələrdə olduğu kimi, elektron ticarətdə
də uğurlu nümunələrin olması motivasiyaedici faktor-
lardandır. Təsəvvür edin ki, mətbuatda uğurlu bir yerli
layihədən, illik dövriyyəsinin milyonlar olmasından danı-
şılır, uğur hekayələri yazılır. Sözsüz ki, bu cür nümunələr
elektron ticarət sektorunda yeni layihələrin meydana çıx-
masını, inkişafını stimullaşdırar.
Düşünürəm ki, kimsə qabağa çıxmalıdır, hökumət də
bir neçə belə layihənin inkişafına yaxından dəstək olmalıdır
ki, bu nümunələr digər insanları da stimullaşdırsın. Düz-
dür, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
müəyyən məbləğdə qrantlar ayırır, elektron ticarətlə bağlı
layihələrə dəstək verir. Ancaq görünür, daha çox məbləğlər
ayırmaq lazımdır ki, bu sahə daha da sürətlə inkişaf etsin.
Elektron ticarət platformasının yaradılması da, hesab
edirəm ki, bu sahənin inkişafına təkan vermiş olardı. Misal
üçün, elə bir platforma yaradıla bilər ki, adi fiziki şəxs də,
hüquqi şəxs də bu platformada öz mağazasını aça bilsin,
bu resursdan bəhrələnərək öz biznesini qura bilsin. Bu da
insanları bu sektorda fəaliyyətə motivasiya edə bilər. Qlo-
ballaşan uğurlu layihələrimiz olmasa da, yerli səviyyədə
müəyyən uğurlu layihələrimiz var ki, bu nümunələri də
mətbuat vasitəsilə təbliğ edərək sahibkarları, proqramçı-
ları, bu sektorda öz biznesinə başlamaq istəyən gəncləri
stimullaşdıra bilərik.
Fikrinizcə, iş adamları elektron ticarət sektoruna
sərmayə yatırmaqdan niyə çəkinir? Onları bu sahəyə təşviq
etmək üçün hansı addımlar atılmalıdır?
Bəli, təəssüf ki, bizdə iş adamlarının elektron ticarət sek-
toruna sərmayə yatırması faktlarına az-az rast gəlirik. Bizdə
investorlar daha çox tikintiyə, ticarətin müxtəlif növlərinə
yatırım edirlər. İntellektual biznesə, innovasiyaya, elekt-
ron ticarətə yatırım etmək istəyinə rast gəlmirik. Əlbəttə,
bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var. İş
adamı düşünür ki, yatırım etdiyim sektor bir neçə aydan
sonra gəlir gətirməlidir. İş adamı qısa müddətdə yatırım et-
diyi vəsaiti götürmək düşüncəsindədir. Elektron ticarət isə
uzunmüddətli prosesdir.
Sahibkarlarla iş aparmaq, onları inandırmaq lazımdır ki,
gördükləri elektron resursların arxasında əslində milyardlar
dayanır. Sahibkar görməlidir ki, görünən iş əslində şəkil de-
yil, onun arxasında maliyyə var, resurslar var. “Google” işə
başlayandan 5 il sonra gəlir götürməyə başlayıb. Bizdəki
investorlara desək ki, maliyyə yatırımı edin, 5 il sonra gəlir
götürəcəksən, şoka düşər. Amma iş adamlarını, investorları
inandırmaq lazımdır ki, həmin maliyyə ilə 5 il sonra daha
çox gəlir əldə etmək mümkündür. Bunun üçün dövlət qu-
rumları, vətəndaş cəmiyyəti və media birgə iş aparmalıdır.
Bu sektorla bağlı beynəlxalq ekspertlər dəvət edilməli,
birgə konfranslar təşkil olunmalıdır ki, yerli iş adamları da