48
EcoVision
ƏSAS MÖVZU
davamı olaraq nəinki paytaxt Bakıda, həmçinin
bölgələrdə də müasir İKT sənayesinin təşəkkül
tapacağı, innovativ startapların, həmçinin sahə
üzrə iri layihələr həyata keçirəcək sahibkarlıq
subyektlərinin ölkədə “bilik iqtisadiyyatı”nın qurul-
masına böyük töhfə verəcəyi şübhəsizdir.
Sahibkarlıq subyektlərinə İKT sahəsinin əsasən
hansı istiqamətləri üzrə güzəştli kreditlər verilir və
bugünə kimi verilən kreditlərin həcmi nə qədərdir?
İnnovativ layihələrin həyata keçirilməsi, yeni
texniki qurğuların yaradılması, İKT məhsullarının
istehsalı, yeni texnologiyaların tətbiqi ilə xidmətlər
göstərilməsi və İKT-nin digər sahələri üzrə fəaliyyət
göstərən sahibkarlıq subyektləri fondun vəsaiti he-
sabına güzəştli kreditlər ala bilərlər. Bunun üçün sa-
hibkarlar müvəkkil kredit təşkilatlarına, yəni fondla
əməkdaşlıq edən banklara müraciət etməlidirlər.
Layihələr bankların mütəxəssisləri tərəfindən
təhlil edilir və müsbət qiymətləndirilənlər fonda
təqdim edilir. Fond isə təqdim olunan layihələrin
ekspertizasını həyata keçirir. Banklar fondun
müsbət qərarını aldıqdan sonra kreditlərin sahib-
karlara ayrılması haqqında son qərarı verir. Sahib-
karlara kredit vəsaiti 10 min manatdan 5 milyon
manatadək 10 ilədək müddətə illik 5 faiz dərəcəsi
ilə verilir. Qeyd etmək istərdim ki, hal-hazıradək
fond tərəfindən İKT sektorunda fəaliyyət göstərən
sahibkarlıq subyektlərinə 4 milyon 600 min manat
məbləğində kredit vəsaiti verilib.
İnformasiya texnologiyaları sahəsində fəaliyyət
göstərən xarici şirkətlərlə əməkdaşlıq hansı formada
aparılır və bu sahədə perspektivlər nədən ibarətdir?
Fond İKT sahəsində beynəlxalq təcrübəni
öyrənmək məqsədilə müxtəlif ölkələrin və nüfuzlu
təşkilatların nümayəndə heyətləri ilə görüşlər ke-
çirir. Fondun əməkdaşları beynəlxalq tədbirlərdə
fəal iştirak edir. Türkiyə, Böyük Britaniya, Finlan-
diya, Macarıstana və Almaniyaya səfərlər təşkil
olunmuş, orada fəaliyyət göstərən analoji fondlar
və təşkilatların təcrübəsinin öyrənilməsi, həmçinin
qarşılıqlı əməkdaşlığın qu-
rulması məqsədilə bir sıra
görüşlər keçirilmişdir. Ko-
reya Respublikası, Çin Xalq
Respublikası,
Birləşmiş
Ərəb
Əmirliklərinin
səfirləri ilə görüşlər ke-
çirilmiş və əməkdaşlıq
əlaqələrinin
qurulması
perspektivləri
müzakirə
olunmuşdur.
Fondun
təşəbbüsü ilə Böyük Bri-
taniyanın MTİ şirkəti
tərəfindən təsis olunmuş
“TransTech Capital” (TTC)
şirkəti ölkənin aparıcı
təhsil və elmi-tədqiqat mərkəzlərində görüşlər
keçirir. Fond bu qurumla Azərbaycanda fəaliyyət
göstərən ali məktəblər və elmi-tədqiqat institut-
ları ilə İKT sahəsində vençur maliyyələşdirilməsini
və texnologiyaların transferini həyata keçirən qa-
baqcıl şirkətlərlə əməkdaşlıq qurmaqda vasitəçilik
edir. Adıçəkilən şirkət bu sahədəki təcrübəsinin
Azərbaycanda tətbiqi və qarşılıqlı əməkdaşlığın
qurulmasında maraqlı olduğunu nəzərə alaraq,
ölkəmizdə elm əsaslı potensialın qiymətləndirilməsi
və potensialı yüksək olan qurumlarda texnolo-
ji transfer mərkəzlərinin yaradılması və inno-
vativ layihələrin maliyyələşdirilməsinin həyata
keçirilməsini təklif etmişdir.
İ
nnovativ layihələrin həyata keçirilməsi, yeni texniki qur-
ğuların yaradılması, İKT məhsullarının istehsalı, yeni tex-
nologiyaların tətbiqi ilə xidmətlər göstərilməsi və İKT-nin
digər sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri
fondun vəsaiti hesabına güzəştli kreditlər ala bilərlər. Bu-
nun üçün sahibkarlar müvəkkil kredit təşkilatlarına, yəni
fondla əməkdaşlıq edən banklara müraciət etməlidirlər.
Layihələr bankların mütəxəssisləri tərəfindən təhlil edi-
lir və müsbət qiymətləndirilənlər fonda təqdim edilir. Fond
isə təqdim olunan layihələrin ekspertizasını həyata keçirir.
49
Fərid müəllim, Azərbaycanda elektron ticarətin ilk
təşəbbüsçülərindən biri kimi ölkəmizdə elektron ticarətin
vəziyyətini necə qiymətləndirirsiniz?
Azərbaycanda elektron ticarətin vəziyyətindən danışı-
rıqsa, düşünürəm ki, buna iki istiqamətdən baxmaq lazım-
dır. Vətəndaşların xarici və yerli e-ticarət portallarından
etdiyi alış-verişə görə vəziyyəti qiymətləndirmək lazımdır.
Əlbəttə ki, xarici elektron ticarət resurslarından edilən
alış-verişin həcmi dəfələrlə çoxdur. Buna əsas səbəb ge-
niş mal çeşidi və qiymətlərin aşağı olmasıdır. Məsələn,
bu gün telefonu internet vasitəsilə Dubaydan alıb Bakıya
gətirmək onu Bakıdan almaqdan ucuz başa gəlir. Düz-
dür, bu zaman mal zəmanətli olmur, amma risk edənlər,
buna önəm verməyənlər kifayət qədərdir. Geyimdə isə
qiymətdən əlavə çeşid də önəmlidir. Xarici saytlarda bu
tip malların çeşidinin sayı-hesabı yoxdur. İnsanlar bir çox
halda kimlərsə tərəfindən seçilib ölkəyə gətirilən və ticarət
mərkəzlərində satılan məhsulları almaqdansa internet
vasitəsilə daha fərqli və nisbətən ucuz məhsulları almağa
üstünlük verirlər. Məsələn, həyat yoldaşım özü və qızımız
üçün alış-verişin 90 faizini xarici e-ticarət portallarından
edir. Yüzlərlə belə ailə tanıyıram. İnternet üzərindən alış-
veriş həm sərfəli, həm də rahatdır.
Elektron ticarət xidməti göstərən yerli saytlarımız
da var. Onların dövriyyəsi beynəlxalq e-ticarət por-
tallarına nisbətən çox cüzidir. Xidmət verən şirkətlər
məhsulsatanlardan daha çox istifadə olunur. Sığorta,
yemək sifarişi, malları real həyatda alıb müştəriyə çatdı-
ran əlaqələndiricilər, səyahət və s. kimi xidmətlərin sayt-
ları daha çox populyardır. Potensial var, amma deyərdim
ki, hazırda yerli e-ticarət resurslarının dövriyyəsi potensial
imkanlardan çox aşağıdır.
Müasir dövrümüzdə şirkətlər öz müştəriləri ilə
münasibətlərini, demək olar, internet vasitəsilə qurur və
xidmətlərini virtual olaraq təşkil edirlər. Fikrinizcə, ölkəmizdə
iş adamlarının elektron ticarətə maraq göstərməməsinin
səbəbi nədir?
Düz deyirsiniz. İnkişaf etmiş ölkələrdə bugün şirkətlər
müştərilərlə münasibətlərini əsasən internet vasitəsilə qu-
rur. Təəssüf ki, bizdə hələ ki elektron xidmətlərin səviyyəsi
belə deyil.
Şirkət rəhbərlərimiz hesab edirlər ki, müştərilər buna
hazır deyillər. İnkişaf etmiş ölkələrdə elektron ticarətdən
istifadə edənlərin əksəriyyətini orta təbəqə təşkil edir. On-
lar daima işdə olan, normal maaş alan və vaxtlarının çox
hissəsini kompüter arxasında keçirənlərdir. Təəssüf ki, bi-
zim bir çox şirkət rəhbərləri bu təbəqənin bizdə az olduğu-
nu və nəzərəçarpacaq dövriyyə yaratmağa qadir olmadı-
ğını düşünürlər. Bir sözlə, belə bir bəhanə gətirilir ki, bizdə
Dostları ilə paylaş: |