47
sahibkarlıq fəaliyyətini dəstəkləmək, innovasiya və
elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir in-
frastrukturun inkişafına təkan vermək, kiçik və orta
sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək,
bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən
ibarətdir. Fond İKT sahəsində innovativ fəaliyyətin
stimullaşdırılması və istehsalyönümlü fəaliyyətin
dəstəklənməsi kimi vacib məqsədlərə xidmət edir və
bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının
cəlb edilməsi, bundan səmərəli istifadə olunmasını
həyata keçirir. Fond ölkə iqtisadiyyatında İKT sektoru-
nun inkişafı ilə bağlı real nailiyyətlərin əldə olunması
üçün sərəncamında olan vəsaitlər hesabına müvəkkil
kredit təşkilatları vasitəsilə bu sahədə fəaliyyət
göstərən sahibkarlara aşağı faizli, güzəştli şərtlərlə
kreditlər ayırır, müsabiqə yolu ilə innovativ və tətbiqi
elmi-texniki layihələrin qrant maliyyələşməsini təmin
edir. Yaxın perspektivdə isə müəssisələrin səhmlərinin
və ya digər qiymətli kağızlarının əldə edilməsi yolu ilə
bu müəssisələrə müddətli investisiya qoyuluşları, xa-
rici və yerli investisiyaların cəlb olunması üçün inves-
tisiyaların qorunmasına təminat verilməsi kimi önəmli
instrumentlərin tətbiq olunması imkanları nəzərdən
keçirilir.
Artıq fond tərəfindən iki qrant müsabiqəsi keçirilib
və qaliblər müəyyən olunub. Ümumiyyətlə, qrant
müsabiqələrində kimlər iştirak edə bilər? İstərdik bu
barədə də oxucularımıza məlumat verəsiniz.
Fond İKT sahəsində sahibkarlığı inkişaf etdirmək
məqsədilə yeni yaranan “start-up” şirkətlərə və kiçik
sahibkarlıq subyektlərinə qrantlar şəklində maliyyə
dəstəyini həyata keçirir. Artıq fond tərəfindən elan
olunan 1-ci qrant müsabiqəsi başa çatıb, qalib
layihələrin maliyyələşdirilməsi prosesi isə yekunlaş-
maq üzrədir. Fondun Müşahidə Şurasının qərarı ilə 2-ci
qrant müsabiqəsinin qalibləri müəyyən olunub. Qalib
layihələrin maliyyələşdirilməsi isə yaxın günlərdə baş-
lanacaq. Fondun elan etdiyi qrant müsabiqələrində
Azərbaycan Respublikasının vətəndaşı olan fiziki və
Azərbaycan Respublikasında dövlət qeydiyyatı olan hü-
quqi şəxslər iştirak edə bilər.
Qrant müsabiqəsinə təqdim olunmuş layihələrin
qiymətləndirilməsi hansı meyarlar əsasında aparılır?
Müsabiqəyə təqdim olunmuş qrant layihələri ekspert
və ya ekspertlər qrupu tərəfindən fondun Müşahidə Şu-
rasının müəyyən etdiyi meyarlar üzrə qiymətləndirilir.
Layihələrin qiymətləndirilməsi 12
meyar üzrə aparılır. Hər bir me-
yar üzrə layihəyə 1 və ya 0 qiymət
verilə bilər. 8 və ya daha artıq xal-
la qiymətləndirilmiş layihələrin
maliyyələşdirilməsi haqqında qərar
qəbul etmək üçün fondun Müşahidə
Şurasına təqdim olunur. İlk olaraq
layihə innovasiyayönümlü olmalıdır.
Onun məqsəd və vəzifəsi aydın ol-
malıdır. Ölkədə İKT sahəsinin inkişa-
fına verəcəyi töhfə və kommersiya-
laşdırılma potensialı, yerli və xarici
investorların cəlb olunması ehtimalı
kimi meyarlar müəyyən olunmuşdur. Bütün bu və digər
meyarlarla fondun rəsmi internet səhifəsində (www.ict-
fund.gov.az) tanış olmaq mümkündür.
Əlbəttə ki, bu cür müsabiqələrin keçirilməsi
Azərbaycanda İKT sahəsinin inkişafına, startap hərəkatının
güclənməsinə təkan verir. Bəs fikrinizcə, ölkəmizdə İKT
sahəsində sahibkarlığın inkişaf etdirilməsində yeni ya-
ranan texnoparkların üzərinə hansı öhdəlik düşür və sa-
hibkarlar texnoparkların hansı imkanlarından istifadə edə
bilərlər?
İKT sektorunda beynəlxalq təcrübə və dünya iqti-
sadiyyatında müşahidə olunan inkişaf tendensiyalarını
yaxından izləyən fond bu sahədə fəaliyyət göstərən
milli sahibkarlığın inkişafına xüsusi diqqət göstərir.
Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-
ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar
Parkı (YTP) ölkədə İKT biznesinin inkişafı üçün təməl ol-
maqla bu sahədə fəaliyyət göstərən sahibkarlara yeni
imkanlar açmış oldu. Belə ki, YTP-də fəaliyyət göstərən
rezidentlər 7 il ərzində əlavə dəyər, gəlir, torpaq və əmlak
vergisindən azad olunurlar. Həmçinin İKT sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektləri xaricdən idxal
olunan texnika və avadanlıqlara görə dövlət gömrük rü-
sumundan tam azad olunurlar. YTP-nin filial şəbəkəsinin
bütün ölkə daxilində formalaşdırılması nəzərdə tutulur.
Ölkənin bir çox iri müəssisə və zavodları, həmçinin apa-
rıcı ali məktəblərdə yaradılması nəzərdə tutulan texno-
parklar YTP-nin, bir növ, filialları rolunu oynayacaq. Ölkə
başçısının 27 fevral 2015-ci il tarixli fərmanı ilə YTP-nin
Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar tor-
paq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı
(Mingəçevir YTP) yaradılmışdır. Mingəçevirdə fəaliyyət
göstərən “Kür” Kompüter Avadanlığı zavodu YTP-nin,
bir növ, filialı kimi fəaliyyət göstərəcək. Mingəçevir YTP-
nin yaradılması bu sahədə aparılan siyasətin məntiqi
İ
KT sektorunda beynəlxalq təcrübə və dünya iqtisadiy-
yatında müşahidə olunan inkişaf tendensiyalarını yaxın-
dan izləyən fond bu sahədə fəaliyyət göstərən milli sa-
hibkarlığın inkişafına xüsusi diqqət göstərir. Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli
fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı ölkədə
İKT biznesinin inkişafı üçün təməl olmaqla bu sahədə
fəaliyyət göstərən sahibkarlara yeni imkanlar açmış oldu.