46
EcoVision
ƏSAS MÖVZU
Elçin müəllim, “EcoVision” jurnalının suallarını
cavablandırmaq üçün bizə vaxt ayırdığınıza görə
Sizə təşəkkürümüzü bildiririk. İlk sualımız isə belədir:
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu
hansı zərurətdən yarandı?
Azərbaycan Respublikası Prezidentinin 2012-
ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Kon-
sepsiyasında müəyyən edilmiş əsas hədəfə çat-
maq üçün növbəti 10 ildə qeyri-neft sektorunun
inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə
artırılması, İKT sektorunun həcminin 4-4,5 dəfə
genişləndirilməsi, İKT-nin iqtisadi potensialının
gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının
ödənilməsi məqsədi qarşıya qoyulmuşdur. İnfor-
masiya və biliklərə əsaslanan iqtisadiyyatın inki-
şaf etdirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü
yüksək texnologiyalar sektorunun inkişafı, inves-
tisiya cəlbediciliyinin yüksəldilməsi, ölkədə dünya
səviyyəsinə uyğun elmtutumlu və yüksək texnoloji
məhsulların yaradılması və onların tətbiqini təmin
edən innovasiya sisteminin formalaşdırılması əsas
məqsəd kimi müəyyən edilmişdir. Qeyd olunan
hədəflərə çatmaq vasitələrindən biri Azərbaycan
Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli
sərəncamı ilə Rabitə və İnformasiya Texnologiya-
ları Nazirliyinin tabeliyində İnformasiya Texnologi-
yalarının İnkişafı Dövlət Fondunun yaradılması idi.
Fondun əsas məqsədləri hansılardır?
Fondun əsas məqsədi İKT sahəsində dövlət
siyasətinin həyata keçirilməsinə yardım etmək,
Dostları ilə paylaş: