43
Bizim insan resursları ilə bağlı hədəfimiz “Yüksək
Göstəriciləri, Güclü İstedadları və Liderliyi, İşinə Həvəsli,
Fərqli və Əhatəli Vahid Mədəniyyətli Komanda kimi Son
Dərəcədə Bacarıqlı Seçilmiş İşəgötürən Olmaqdı”.
Bizim 2015-ci il hədəflərimiz:
•
Liderlik Qabiliyyəti
•
Müxtəliflik və Əhatəlilik
•
Sağlamlıq və Təhlükəsizlikdir.
Biz biznes qurmaq istəyinin insanları yetişdirmək
istəyindən asılı olduğuna inanırıq. Şirkət üçün doğru
əməkdaşlar tapmaq çox vacibdir, lakin iş bununla bitmir.
İnanırıq ki, istedad vacibdir, lakin kifayət deyil, liderliyin
inkişafı 2020 və daha uzaq hədəflərimizin əsas açarıdır,
odur ki, biz liderliyin inkişafına yönəlmişik. Bizim funksi-
onal və liderlik bacarıqlarının inkişafı təlimlərimiz var. Biz
əməkdaşlarımızı böyük diqqətlə dəyərləndirir və onların
hər biri üçün individual inkişaf proqramları tərtib edirik.
Üzərində işlədiyimiz digər bir istiqamət müxtəliflikdir.
Belə ki, şirkətimiz daxilində “Qadınlar Klubu” təsis et-
mişik və bu klubun əsas məqsədləri qadın əməkdaşların
bacarıqlarının artırılması və şirkət daxilində qadın sayının
çoxaldılmasıdır. Bundan əlavə, sağlamlıq və təhlükəsizlik
iş fəaliyyətimiz üçün çox mühüm əhəmiyyət kəsb edir.
Biz hər bir iclasımızı təhlükəsizlik mesajı ilə başlayırıq
və mən də daxil olmaqla, hər şöbədən nümayəndələrin
olduğu aylıq sağlamlıq və təhlükəsizlik iclasları keçiririk.
Fikrinizcə, iş həyatında uğurun sirri nədədir? Uğurlu
iş adamı olmaq üçün hansı keyfiyyətlərə malik olmaq
lazımdır?
Düşünürəm ki, uğurun tərifindən asılı olmayaraq,
bütün uğurlu iş adamları üçün eyni olan çoxlu sayda
ümumi xüsusiyyətlər var. Əlbəttə ki, doğru zamanda
doğru yerdə olmaq əsas amildir, lakin bununla bərabər,
uğura doğru yolda atılmalı olan bəzi addımlar var.
Ən əhəmiyyətli addım pozitiv olmaqdır. Mənfi təsirli
mühitdən özümüzü gözləməliyik, uğursuzluğa deyil,
hər zaman ancaq müvəffəqiyyətə köklənməliyik. İd-
mançı olaraq deyə bilərəm ki, uğur bir marafondur,
yaxın məsafəyə qaçış deyil. Ona görə də hədəfə çat-
mayana qədər təslim olmamalıyıq. Ən mühüm sərmayə
insanın özünə qoyduğu sərmayədir. Yenə özümdən
nümunə gətirməli olsam, "Coca-Cola"da işə başladığım
ilk ildə özüm üçün bir neçə hədəf qoymuşdum. Xarici
dil öyrənməyi, magistratura təhsili
almağı, texniki mövzulara aid fərqli
təlim proqramlarında iştirak etməyi
və nəhayət, dünyanı gəzərək müxtəlif
mədəniyyətli insanlar tanımağı fərdi
inkişaf planım olaraq təyin etmişdim
və növbəti illər ərzində bu plana sa-
diq qalaraq tətbiq etməyə başladım.
Və bugünə kimi də hədəfimdən ya-
yınmadım. Hələ Antarktidada olma-
sam da, digər bütün qitələrdəki 74
ölkəyə səyahət etmişəm. Hədəfim
2020-ci ilə kimi bu rəqəmi 100-ə qaldırmaqdır. Yeni
coğrafiyaları tanımaq, insanlarla ünsiyyətə girib, dünya-
nın dörd bir tərəfində dostluqlar qurmaq bir insanın özü
üçün edə biləcəyi ən böyük sərmayədir, zənginlikdir.
Bir iş adamı olaraq özünün yeni işini, biznesini qur-
maq istəyən gənclərə nə tövsiyə edərdiniz?
Bir insanın xarakterində sahibkarlıq ruhunun olması
vacibdir. Ancaq yalnız bu keyfiyyət uğurun açarı deyil.
Hər zaman düşünmüşəm ki, sevdiyin işi görməlisən.
Digər bir amil isə səbirdir, çünki əksər halda uğur tezliklə
əldə olunmur. Müəyyən bir səviyyəyə nail olana qədər
iş başında olmaq vacibdir. Adətən uzaq məsafədən
nəzarətlə və ya öhdəlikləri başqa bir rəhbərin üzərinə
atmaqla görülən işlər uğurla nəticələnməz. Öz işi-
ni qurmaq istəyən hər kəsə araşdırmanın və inkişafın
əhəmiyyətini başa salaraq, hədəflərini yalnız yaşadığı
bölgə və coğrafiya ilə deyil, qlobal ölçüyə görə təyin
etmələrini tövsiyə edirəm.
Azərbaycanda iş adamlarını bir araya gətirən ATİB
kimi birliklərin önəmi nədən ibarətdir və ATİB-in gələcək
fəaliyyəti ilə bağlı hansı tövsiyələriniz var?
İşgüzar birliklər yalnız maliyyələşdirməyə, iş yerləri
sayının artırılmasına və özəl müəssisələrlə bağ-
lı qərarların qəbul edilməsinə deyil, həmçinin şəxsi
bizneslə bağlı sosial siyasətə də dəstək olmaqla mü-
hüm əhəmiyyət kəsb edirlər. Könüllülər tərəfindən ya-
radılaraq, peşəkar menecerlər tərəfindən idarə olunan
bu birliklər fəaliyyət göstərdikləri ölkələrdə iqtisadi,
siyasi və sosial strukturları inkişaf etdirən əhəmiyyətli
təşkilatlara çevrilmişlər. Dayanıqlı iqtisadiyyatı olan
digər bütün ölkələr kimi, Azərbaycanda da fərdi sa-
hibkarlar ümumi maraqlarını hökumət, parlament və
başqa dövlət və yerli hakimiyyət orqanları, ümumilikdə
cəmiyyət qarşısında təmsil etməlidirlər. ATİB bu sada-
lanmış tərəflərin birləşmə nöqtəsidir.
Bizi bütün başqa birliklərdən fərqləndirən xüsusi
keyfiyyət şirkətlərin ATİB ilə tərəfdaş olmaq həvəsidir.
Gələcəyi qarşılamaq üçün ATİB-i Azərbaycanda
yeni, pozitiv işgüzar mərkəzli körpülər qurmağa doğru
dəyişək.
B
ir insanın xarakterində sahibkarlıq ruhunun ol-
ması vacibdir. Ancaq yalnız bu keyfiyyət uğurun
açarı deyil. Hər zaman düşünmüşəm ki, sevdiyin işi
görməlisən. Digər bir amil isə səbirdir, çünki əksər hal-
da uğur tezliklə əldə olunmur. Müəyyən bir səviyyəyə
nail olana qədər iş başında olmaq vacibdir. Adətən uzaq
məsafədən nəzarətlə və ya öhdəlikləri başqa bir rəhbərin
üzərinə atmaqla görülən işlər uğurla nəticələnməz.