50
EcoVision
ƏSAS MÖVZU
“elektron vərdişlər” yoxdur. Amma mən bununla razı
deyiləm. Hesab edirəm ki, elektron xidmətlərdən
istifadə vərdişləri olan təbəqəni yaratmaq lazımdır və
bu, mümkündür. Çünki son illərdə ölkəmizdə plastik
kart istifadəçilərinin sayı xeyli artmışdır. Bu baxımdan
problem yoxdur.
Gəlin kommunal xidmətlərə, mobil operatorla-
ra və ya bank kreditləri ilə bağlı ödənişlərə baxaq.
Bugün əhalimiz təxminən 7 portalda bu şirkətlərə
ödənişlərini öz telefonları və ya kompüterləri vasitəsilə,
heç bir yerə getmədən, bank kartları vasitəsilə rahat
şəkildə edə bilərlər. Düzdür, bu, tam olaraq elektron
ticarət sayılmır, amma bu ödənişləri onlayn etməyi
vərdiş edənlər həm də məhsul və digər xidmətlərin
onlayn həyata keçirilməsində maraqlı olan potensial
istifadəçilərdir. Bu tip ödənişlərin qeyd olunan por-
tallarda etdiyi dövriyyə ümumi dövriyyənin 5-7 faizini
təşkil edir. Bizdə 93-95 faiz insanlar təqaüd və maaş
kartlarında olan pulu bankomatdan çıxarıb nağd
şəkildə bu tip ödənişlərini edirlər. Kinoya bileti tez-tez
almamaq olar, amma kommunal ödənişi mütləq ən
azı ayda bir neçə dəfə etməlisən. Deməli, kommunal
ödənişi onlayn ödəməyə alışmış şəxs sabah kinoya da
bileti onlayn alacaq.
Bəs niyə insanlarımız nağd ödənişə onlayn
ödənişdən daha çox üstünlük verirlər? Rahat, sərfəli
və təhlükəsiz olmasına baxmayaraq, onlayn ödəniş
etmirlər?
Mən deyərdim ki, buna əsas səbəb bu sahədə az
maarifləndirmədir.
Bu tip ödənişlərin rahat, sərfəli və təhlükəsiz ol-
duğunu daha öncə qeyd etdiyimiz həmin yeddi por-
taldan başqa, demək olar ki, təbliğ edən yoxdur.
Elə bilirsiniz amerikalılar onlayn ödənişlər olmadan
öncə hazır şəkildə oturub onun göydən düşməsini
gözləyirdilər? Amerikada onlayn ödənişləri qəbul
edən şirkətlər də, kartları müştərilərə paylayan bank-
lar da öz müştərilərini maksimum şəkildə bu imkan-
lar barədə maarifləndirirdilər. Banklar kartlardakı
məbləğləri sığortalayır, riskləri sıfıra endirir, ödəniş
qəbul edən şirkətlər isə əlavə inisiativlərlə adamları bu
tip ödənişlərə yönləndirirdilər. Deyin görüm nə vaxt-
sa ölkəmizdə olan hansısa bankın, mobil operatorun
ödənişlərin bu növünü geniş miqyasda təbliğ etdiyini
görmüsünüzmü? Onlayn ödənişlər mobil operatorla-
ra pulları qəbul etmənin ən sərfəli yoludur. Bu, sərfəli
olsa da, onlar bunu çox da təbliğ etmirlər. Müştərilərə
onlayn ödəniş etdiklərinə görə əlavə dəqiqələr, əlavə
internet paketləri kimi hədiyyələr verilsə və bu, düzgün
şəkildə tətbiq olunsa, sizcə, insanlar bu tip ödənişlərə
üstünlük verməzmi? Razılaşarsınız ki, bu yeddi portalın
hamısının birlikdə marketinq büdcəsi istənilən mobil
operatorun
büdcəsindən
yüz dəfə kiçikdir. Burada
ən maraqlı məqam odur ki,
onlayn ödənişləri bir dəfə
edən məcbur qalmasa, nağd
ödəniş etmir. Bu da bəhs et-
diyimiz elektron vərdiş. İndi
bu vərdişə yiyələnmiş insa-
na istədiyiniz digər xidməti
onlayn
sata
bilərsiniz.
Şirkətimizə məxsus Hesab.az
portalında bəlli bir qədər in-
san olduqdan sonra sığorta
və kinoteatr biletlərinin satı-
şını təşkil etdik. İndi bu yeni
xidmətlərin dövriyyəsi ildə 4-5 dəfə böyüyür. Deməli,
problemi əhalidə axtarmaq lazım deyil. İnsanları elek-
tron ticarətə hazırlamaq, bazar yaratmaq lazımdır.
Dostları ilə paylaş: