lıqlar tapa bilərik, amma məncə, bunlar ən əsas məsələlərdir.
elektron ticarət ən sürətlə böyüyən sahələrdən biri olmazdı.
51
məsələ elektron xidmətlər portalımız olan Hesab.az-dır. Bu
günlərdə onun re-brendinqini edəcəyik. Məqsədimiz bura-
da çoxlu xidmət təqdim etməkdir. Bu, səyahət məhsullarının
satışından tutmuş hazırda populyar olan kommunal
ödənişlərə qədər xidmətləri əhatə edəcək. Biz artıq başqa
ölkələrdə də Hesab.az kimi portal yaratmağı planlaşdırı-
rıq. Hesab.az-la bağlı plan və yeniliklər çox olacaq. Növbəti
iki illə bağlı planlarımız var və zamanla istifadəçilərimiz bu
yeniliklərin şahidi olacaq.
Plastik kart istifadəçilərini narahat edən məsələlərdən
biri də onlayn ödəmələr zamanı qarşıya çıxa biləcək
təhlükəsizliklə bağlı problemlərdir. “GoldenPay” ödəniş
sistemlərinin təhlükəsizliyi nə dərəcədə etibarlıdır?
Ölkəmizdə onlayn ödəmə xidməti verən bütün
şirkətlərdə, habelə “GoldenPay”də təhlükəsizlik məsələləri
qlobal standartlara cavab verir. Bu işi onsuz da başqa
şəkildə etmək olur. Biz hamımız müəyyən vaxtdan bir
“Visa” və “MasterCard” tərəfindən tez-tez audit olunuruq.
Ümumiyyətlə, onlayn ödəmələr zamanı kart informasiya-
sının oğurluğu mümkün bir şey deyil. Kart informasiyasını
daxil etdiyiniz zaman sadəcə saytın real olub-olmadığına
əmin olun. Əvvəllər eşitmədiyiniz, güvənmədiyiniz və ya
haqqında Google-da və s. heç bir normal məlumat çıx-
mayan saytlarda kart informasiyasını daxil etməmək la-
zımdır. Bundan əlavə, kartınızda 3D təhlükəsizlik xidmətini
aktivləşdirmək çox məsləhətdir. Bunun üçün banklara
müraciət etmək lazımdır.
Kart informasiyaları real həyatda oğurlana bilir. Adətən
kart məlumatlarının oğurluğu bank və ya prossesinq
mərkəzinin əməkdaşları və ya bank sisteminin sındırılma-
sı zamanı oğurlanır. Bankomatlarda skimmer sistemi qoy-
maqla və ya real həyatda istifadə zamanı ehtiyatlı olmaq
lazımdır. Ümumiyyətlə, kartda pul saxlamaq pul kisəsində
saxlamaqdan daha təhlükəsizdir. Məsələn, pul kisəsi itdi-
yi zaman bütün pulları itirə bilərsiniz. Kartı isə bloklatmaq
mümkündür. 3D təhlükəsizlik sistemini aktivləşdirməklə
onlayn ödənişlərdə tam təhlükəsizliyə nail olmaq olar.
Oxucularımıza bundan qorxmamağı tövsiyə edirəm. Bu
gün onlayn ödənişlərin dünya üzrə dövriyyəsi milyard-
lar, ölkəmizdə isə 15-20 milyon AzN arasındadır. Baş
verən problemlər isə bu rəqəmlərin yanında qəpiklər
səviyyəsindədir.
Elektron ticarət zamanı məhsul və xidmətlərin
vaxtında çatdırılması da bu sahənin inkişafına təsir edən
əsas amillərdəndir. Ölkəmizdə çatdırılma xidmətlərinin
inkişaf etdirilməsi üçün hansı addımların atılmasını
zəruri hesab edirsiniz? Necə hesab edirsiniz, elektron
ticarət şirkəti bu xidməti öz üzərinə götürməlidir, yoxsa
ayrıca bu sahədə fəaliyyət göstərən peşəkar şirkətlərlə
əməkdaşlıq etməlidir?
Məncə, bu sarıdan heç bir problem yoxdur. Şirkət
özü biznes planına və ya imkanlarına əsasən ya kuryer
xidmətindən istifadə edə və ya öz kuryerlərini saxlaya bilər.
Elektron ticarət inkişaf etdikcə bu tip xidmətlər də inkişaf
edəcək. Hazırda bu məsələdə heç bir problem görmürəm.
Fərid müəllim, elektron ticarət alıcıya və bu xidmətləri
təşkil edən tərəflərə hansı üstünlükləri verir?
Alıcı üçün ən böyük üstünlük rahatlıq, çeşidlilik,
qiymətlər və məhsullar barədə yalnız real həyatdakı kimi
satıcının verdiyi məlumatla deyil, digər insanların da
fikirlərini öyrənmək, məhsulları rahat şəkildə müqayisə
etmək kimi imkanların təklif edilməsidir.
Satıcı isə xərclərini azalda və bazarını birdən-birə qlobal-
laşdıra bilər. Detallara getsək, çoxlu xırdalıqlar tapa bilərik,
amma məncə, bunlar ən əsas məsələlərdir. Ümumilikdə
bu növ ticarətin üstünlükləri olmasaydı, bu gün elektron
ticarət ən sürətlə böyüyən sahələrdən biri olmazdı.
Ölkəmizdə onlayn ticarəti inkişaf etdirmək üçün dövlət,
iş adamı və vətəndaşın üzərinə hansı öhdəliklər düşür?
Dövlət olaraq yerli elektron ticarəti vergidən azad edə
bilsəydik, yaxşı olardı. Bu, çox çətindir, başa düşürəm. Bun-
dan süni istifadə edilməməsi üçün proses və mexanizmlər
qurmaq lazımdır.
Vacibdir ki, iş adamları onlayn ödəniş və xidmətləri
daha çox həm tətbiq, həm də təbliğ etsin. Əvvəlki sualda
haqqında danışdığım telekom operatorları ilə artıq onlayn
ödəmələrin təbliği barədə bəzi işlər gedir. Ümid edirəm ki,
danışıqlar uğurlu alınacaq.
Vətəndaşları isə onlayn ödəniş və xidmətlərdən
çəkinməməyə, vaxtlarına qənaət etməyə çağırıram. Bu
sahədə maariflənsinlər. Onlayn ödənişlər və elektron
ticarət artıq həyatımızın bir parçasına çevrilib və onsuz da
bundan qaçmaq mümkün deyil. Vərdişlərini nə qədər tez
dəyişsələr, daha çox rahat olarlar.