228
KAMRAN ƏLİYEV
BƏRDƏ DİYARIM
Çinar kölgə salar hər yolun üstə,
Körpəm mürgüləyər öz qolum üstə,
Xəzər sahilində,qara qum üstə
İllərlə qalaram inciməz canim.
Ey ulu tarixli Bərdə diyarım.
Dağa duman gələr, dağa çən düşər
Qara saçlarıma vaxtsız dən düşər
Nə düşər payıma kədərdən düşər
Adına bağlıdır eşqim,vicdanım
Ey ulu tarixli Bərdə diyarım.
Günəşi açılan səhər gətirər
Bəzi günahsızlar günah gətirər
Bir sevinc gətirər,min ah gətirər
Mən sənə demişəm dinim,imanım
Ey ulu tarixli Bərdə diyarım
Əgər göy axnaşıb,uçsa üstümə,
Dağları,daşları qatıb tüstümə
Əzib düşmənimi, əzib yadımı
Birinci sətirdən sənin adını
Yerin sinəsinə göyün köksünə
Yazar ürəyimdən sızılan qanım
Ey ulu tarixli Bərdə diyarım.
Dostları ilə paylaş: |