50
Biz onda yenilməz olarıq ki, hər bir oğul vətən harayına qalxa bilsin!
M ü ə l l i f
“Əfsanəvi Alay” və ya “Birinci
Batalyon”
Yuxarıda qeyd etdiyimiz kimi 1991-ci ilin oktyabrından Qarabağ
və ətraf bölgələrdə özünümüdafiə batalyonları yaradılmağa başlanıldı və
eyni zamanda həmin batalyonlar ermənilərlə müharibəyə cəlb edildilər.
Bakıda yaradılan “Birinci Batalyon” və onun şəxsi heyəti Qarabağa
göndərilərək yerli batalyonlarla erməni işğalçılarına qarşı döyüşlərə
başladılar. Bu hərbi hissə əvvəlcə 18110 saylı Motoatıcı Desant hücum
briqadası adlandırıldı. Ayrı-ayrı adlar və nömrələr daşımasına
baxmayaraq, biz bu kitabda həmin hərbi hissəni – öz şərəfli adıyla-
“Əfsanəvi Alay” kimi təqdim edəcəyik.
Əfsanəvi Alayın komanda heyəti:
Hərbi hissə komandiri- polkovnik Zadir Rza
oğlu Rzayev
Qərərgah rəisi-polkovnik-leytenant Süleymanov Zəfərşah
Arxa cəbhə üzrə müavin- polkovnik-leytenant Rəhimov Zakir
Əməliyyat bölməsinin rəisi- polkovnik-leytenant Məmmədov Qəzənfər
Əməliyyat bölm. rəisinin baş köm-si-mayor Əhmədov Süleyman Rəhim o
Əməliyyat bölm. rəisinin baş köməkçisi-mayor Abdullayev Müzəffər
Əməliyyat bölm. rəisinin köməkçisi-leytenant Yusibov Səyad
Yəhya oğlu
Kadrlar bölməsinin rəisi-baş leytenant Fərəcov Rəhim İsmayıl oğlu
Kadrlar bölməsi rəisinin köməkçisi-leytenant Qayıbov İlqar İsmayıl oğlu
Plan təşk. xidməti rəisi-mayor Əsgərov Zeynalabdın Rza oğlu
Rabitə xidməti rəisi-kapitan Fətəliyev Mübariz
Avtomobil xidməti rəisi-leytenant Rzayev Məmmədmirzə
Tibb xidməti rəisi-kapitan Əliyev Əhliman
Pənah oğlu
Topoqrafiya xidməti rəisi-leytenant Qurbanov Vaqif Şaban oğlu
Əşya xidməti rəisi-baş leytenant Mürsəlov Firuz Məmmədəli oğlu
Ərzaq xidməti rəisi-leytenant Abdullayev Natiq Ənvər oğlu
Maliyyə xidməti rəisi-leytenant Hacıyev Qırımxan Əsgər oğlu
Yanacaq xidməti rəisi-leytenant Hüseynov Rafiq
Fərəməz oğlu
Mühəndis xidməti rəisi-baş leytenant Nəcəfov Valeh Qurban oğlu
İdman və fiziki hazırlıq rəisi-leytenant Bəylərov Rauf
Orkestr rəisi-mayor İsmayılov Eduard
Komendant bölüyünün komandiri-baş leytenant Xanbutayev Mübariz
Briqada komandirinin adyutantı-Məmmədov Rəşid
Bununla bərabər hərbi hissənin könüllülərdən ibarət ilk taboru da
yaradıldı və tezliklə döyüş bölgələrinə göndərildi.