Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə165/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   161   162   163   164   165   166   167   168   ...   541
II. Vəzifə öhdəlikləri

6. 


Həkim-   radioloq   tibbi   praktikada   tətbiqinə   icazə   verilmiş   müasir 

profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz 

ixtisası üzrə peşəkar səviyyədə  tibbi yardım göstərir.

7. 


Xəstənin müayinəsi planının işlənib hazırlanmasında  iştirak edir, ən qısa 

müddətdə tam və dolğun diaqnostik məlumatlar əldə etmək məqsədi ilə pasiyentin 

müayinəsinin həcm və səmərəli metodlarını dəqiqləşdirir.

8. 


Klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik-laborator 

tədqiqatların məlumatlarına əsasən diaqnoz qoyulmasında iştirak edir.

167



9. 

Zəruri   diaqnostik   tədqiqatı   təşkil   edir   və   ya   müstəqil   surətdə   aparır, 

pasiyentin vəziyyətindən asılı olaraq əlavə müayinə metodlarının zəruriliyini müəyyən 

edir.


10. 

Müalicə-profilaktika   müəssisəsinin   başqa   bölmələrinin   həkimlərinə   öz 

ixtisası üzrə məsləhət yardımı göstərir. 

11. 


Ona   tabe   orta   və   kiçik   tibb   heyətinin   işinə   rəhbərlik   edir,   öz   vəzifə 

öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.

12.

Diaqnostik   və   müalicə   prosedurlarının   aparılmasının,   alət,   aparat   və 



avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik 

tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət 

edilməsinə nəzarət edir.

13. 


Orta   və   kiçik   tibb   heyətinin   ixtisasının   artırılması   üzrə   məşğələlərin 

aparılmasında iştirak edir.

14. 

Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.



15. 

Tibbi   və   digər   sənədlərin   müəyyən   edilmiş   qaydalara   uyğun   olaraq 

vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.

16. 


Sanitar-maarifləndirmə   işini   aparır.   Həkim   etikasının   qayda   və 

prinsiplərinə riayət edir.

17. 

Müəssisə   rəhbərliyinin   əmr,   sərəncam   və   tapşırıqlarını,   eləcə   də   öz 



peşəkar fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra 

edir.


18. 

Qanunvericiliklə   müəyyən   edilmiş   müddətdə   işlədiyi   istiqamət   üzrə 

təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

19. 


Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

20. 


Daxili   intizam,   yanğın   təhlükəsizliyi   və   təhlükəsizlik   texnikası 

qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir.

21. 

Tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə  təhlükə yaradan 



təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan 

qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ 

tədbirlər görür.


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin