II. Vəzifə öhdəlikləri
5.
Tibb müəssisənin rəhbəri aşağıdakı öhdəlikləri yerinə yetirir:
5.1. müəssisənin fəaliyyətinə rəhbərliyi həyata keçirir, əhaliyə keyfiyyətli
müvafiq sahə üzrə tibbi xidmət göstərilməsini, inzibati-təsərrüfat və maliyyə
fəaliyyətini təşkil edir;
5.2. müəssisənin fəaliyyətinin təhlilini həyata keçirir və onun əsasında işin
forma və metodlarının yaxşılaşdırılması üzrə zəruri tədbirlər görür;
5.3. müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika
metodlarının tətbiqini təmin edir;
5.4. digər müalicə-profilaktika müəssisələri arasında əhalinin müayinə və
müalicəsində ardıcıl və əlaqəli iş prinsipinin tətbiq edilməsini təmin edir;
5.7. müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları,
müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparır, tibbi yardımın
təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata
keçirir;
5.6. müəssisənin illik hesabatını və illik mühasibatlıq balansını təsdiq edir;
5.8. kollektiv müqavilə üzrə işəgötürənə aid öhdəliklərin yerinə yetirilməsini
təmin edir;
5.9. müəssisənin
təşkilati-idarəetmə
strukturunu,
fəaliyyətin
planlaşdırılmasını, işinin forma və metodlarını təkmilləşdirir;
5.10. kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və
istifadəsini həyata keçirir, onların peşə ixtisaslarının artırılması üçün şərait yaradır;
5.11. işçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə
tədbirlər görür;
5.12. qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə
təkmilləşdirmə kurslarında iştirak edir;
5.13. daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və
mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir;
5.14. müəssisənin fəaliyyətini digər səhiyyə qurumları ilə əlaqələndirir.
Dostları ilə paylaş: |