I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı tibb müəssisənin rəhbərinin (baş direktor, direktor,
baş həkim, rəis) müavininin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən
edir.
2.
Tibb müəssisənin rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis)
müavini vəzifəsinə ali tibb təhsili (geniş profilli və yüksək ixtisaslı tibb
müəssisələrində bu vəzifəni iqtisadi və hüquq təhsili olan mütəxəssis tuta bilər) və
ixtisası üzrə ən azı 3 il iş stajı olan şəxs təyin edilir.
3.
Tibb müəssisənin rəhbərinin (baş direktor, direktor, baş həkim, rəis)
müavini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən, həmin
müəssisənin rəhbərinin rəyi nəzərə alınmaqla yuxarı səhiyyə təşkilatının rəhbəri
tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Tibb müəssisənin rəhbərinin müavini aşağıdakıları bilməlidir:
4.1. Azərbaycan Respublikasının Konstitusiyasını,
Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları;
4.2. sosial gigiyena və səhiyyənin təşkilinin nəzəri əsaslarını;
4.3. tibb müəssisələrinin təsərrüfat və maliyyə fəaliyyətinin təşkilini;
4.4. əhalinin sağlamlıq vəziyyətinin statistikasını və əhalinin sağlamlıq
vəziyyətini xarakterizə edən meyar və göstəriciləri;
4.6. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının və tibbi-
sosial ekspertizanın təşkilini;
4.7. xəstələrin sosial və tibbi reabilitasiyasının təşkilini;
4.8. fəlakətlərdə tibbi xidmətin təşkilinin əsaslarını;
4.9. dövlət sanitariya-epidemioloji nəzarətinin əsaslarını;
4.10. əhalinin dərman təchizatının təşkilini;
4.11. dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını;
4.12. sanitar-maarifləndirmənin təşkilini;
4.13. gigiyenik tərbiyə və sağlam həyat tərzinin təbliğini;
4.14. etik davaranış qaydalarının, tibbi etikanın və deontologiyanın əsaslarını;
4.15. əmək qanunvericiliyinin əsaslarını;
4.17. yanğın təhlükəsizliyi üzrə qaydaları.
Dostları ilə paylaş: