1.
Bu vəzifə təlimatı ailə həkiminin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Ailə həkimi vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir.
3.
Ailə həkimi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Ailə həkimi bilavasitə şöbə müdirinə, onun olmadığı halda isə tibb
müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Ailə həkimi aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını; səhiyyə
müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.2. öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın
müasir metodlarını;
5.3. ailə həkimliyi xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə
bağlı məsələləri;
5.4. öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik
sənədləri;
5.5. tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;
5.6. əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial
ekspertizanın aparılması qaydasını;
5.7. dispanserizasiyanın əsaslarını, prinsip və metodlarını;
5.8. tibbi sığorta şəraitində səhiyyə müəssisəsinin və tibb işçilərinin
fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını;
5.9. həkimlərin etik davranış qaydalarının, tibbi etika və deontologiyanın
əsaslarını;
5.10. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və
laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını;
5.12. təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını;
5.13. sanitar-maarifləndirmənin əsaslarını;
5.14. daxili əmək intizamı qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik
texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.
Dostları ilə paylaş: