1.
Bu vəzifə təlimatı şöbə (bölmə) müdirinin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Şöbə (bölmə) müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il
iş stajı olan şəxs təyin edilir.
3.
Şöbə (bölmə) müdiri Azərbaycan Respublikasının qüvvədə olan
qanunvericiliyinə uyğun olaraq tibb təşkilatı rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Şöbə (bölmə) müdiri bilavasitə tibb təşkilatının rəhbərinə və ya onun
müavininə tabe olur.
5.
Şöbə (bölmə) müdiri aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan
Respublikasının
Konstitusiyasını,Azərbaycan
Respublikasının səhiyyə və əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində
tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını;
5.2. müvafiq peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri;
5.3. əməyin təşkili prinsiplərini;
5.4. tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını;
5.5. təsərrüfat və əmək müqavilələrinin icrası qaydasını;
5.6. əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını;
5.7. ilkin uçot-hesabat sənədləşdirməsinin aparılması qaydasını;
5.8. etik davranış qaydalarının, tibbi etikanı; peşəkar ünsiyyət psixologiyasını;
5.9. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: