III. Hüquqlar
18.
Laboratoriya müdirinin aşağıdakı hüquqları vardır:
18.1. laboratoriyanın işçiləri üçün icrası məcburi olan sərəncamlar vermək;
18.2. laboratoriyanın kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək;
18.3. laboratoriyanın işçilərinin həvəsləndirilməsi və tənbeh edilməsi üzrə
rəhbərliyə təkliflər vermək;
18.4. laboratoriyanın fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər
vermək;
18.5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
18.6. laboratoriyanın işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda
və müşavirələrdə iştirak etmək;
18.7. müəyyən olunmuş qaydada ixtisas dərəcəsini almaq.
19.
Laboratoriya müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
20.
Laboratoriya müdiri aşağıdakılara məsuliyyət daşıyır:
20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə;
20.3. maddi, maliyyə və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə
edilməsinə;
20.4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi
və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə;
20.5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin
aparılmasına;
8
20.6. laboratoriyanın fəaliyyəti barədə statistik və digər informasiyanın
müəyyən olunmuş qaydada təqdim edilməsinə;
20.7. laboratoriyanın işçiləri tərəfindən nizam-intizam qaydalarına riayət
edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə;
20.8. fövqəladə hallar şəraitində laboratoriyanın işə hazırlığına görə məsuliyyət
daşıyır.
21.
Laboratoriya müdiri əmək intizamının, qanunvericilik və normativ-
hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |