Xəstələri tibbi göstərişlər üzrə stasionar və bərpaedici müalicə üçün
11.
Pasiyentlərin ambulator şəraitində və gündüz stasionarında müalicəsini
təşkil edir və həyata keçirir.
12.
Hamilə qadınların və körpə uşaqların, o cümlədən yenidoğulmuşların
müəyyən olunmuş qaydada patronajını həyata keçirir.
13.
Müəyyən olunmuş qaydada epidemiya əleyhinə tədbirləri və
immunoprofilaktikanı təşkil edir və həyata keçirir.
14.
Pasiyentlərin tibbi göstərişlər üzrə sanator-kurort müalicəsinə
göndərilməsinin zəruriliyi barədə rəy verir.
15.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının
aparılmasında iştirak edir və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlayır.
17.
Sosial müdafiə orqanları ilə birlikdə əhalinin sosial müdafiəsiz qrupları –
tənhalar, ahıllar, əlillər, xroniki xəstələr və qulluğa ehtiyacı olanlar üçün ailəyə tibbi-
sosial yardımı təşkil edir.
18.
Orta və kiçik tibbi heyətin fəaliyyətinə rəhbərlik edir, ailə təbabəti
prinsipi üzrə ilkin tibbi-sanitariya yardımını həyata keçirir.
19.
Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.
20.
Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, peşəkar səviyyədə
və vaxtında icra edir.
21.
Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə
təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır;
22. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir;
23.
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına, sanitariya-epidemioloji rejimə riayət edir. Tibb müəssisəsinin
fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına
qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin
vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görür.
Dostları ilə paylaş: