22.1. xəstənin narkoza hazırlanması ilə bağlı tədbirlər təyin etmək;
22.2. müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
22.3. pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator
22.4. diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə
22.5. zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün
22.6. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
22.7. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə
rəhbərliyə təkliflər vermək;
22.7. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
22.8. öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda
və müşavirələrdə iştirak etmək;
22.11.müəyyən olunmuş qaydada ixtisas kateqoriyası almaq.
23.
Həkim-anestezioloq-reanimatoloq Azərbaycan Respublikasının Əmək
Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
24.
Həkim-anestezioloq-reanimatoloq aşağıdakılara görə məsuliyyət daşıyır:
24.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
24.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar səviyyədə yerinə yetirilməsinə;
24.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
24.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
24.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
24.6. ona tabe işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
24.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə.
25.
Həkim-anestezioloq-reanimatoloq əmək intizamının, qanunvericilik və
normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən,
təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət
məsuliyyətinə cəlb edilə bilər.
22