6. Həkim-dezinfeksionist dezinfeksiya tədbirlərinin keçirilməsi üzrə işi təşkil
edir, onun həcmini, ayrı-ayrı obyektlərin dezinfeksiyasının aparılması metodikası və
vasitələrini müəyyən edir.
7. Dezinfeksiya məhlullarının hazırlanmasına, istifadəsinə, aparatların iş vaxtı
dezinfektorlar tərəfindən şəxsi və ictimai təhlükəsizlik qaydalarına və əməyin
mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.
8. Dezinfeksiya işlərinin yerinə yetirilməsinə aid bütün sənədləri tərtib edir.
9. Cari və yekun dezinfeksiyanın keyfiyyətinə nəzarət edir.
10. Nəzarət obyektlərində həkim-epidemioloqla birlikdə dövlət sanitariya
nəzarətinin həyata keçirilməsində iştirak edir.
11 Dezinfeksiya və sterilizasiya rejiminə riayət olunmasında aşkar edilmiş
çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər işləyib hazırlayır.
12. Mərkəzi sterilizasiya bölmələrinin və dezinfeksiya-kamera bloklarının
tikintisi və yenidənqurulması üzərində aparılan xəbərdaredici sanitariya nəzarətinin
həyata keçirilməsində iştirak edir.
13. Obyektiv nəzarət metodunun tətbiqi ilə planlı şəkildə və epidemik
göstərişlər üzrə cari dezinfeksiyanın təşkili və aparılması qaydalarına riayət
edilməsinə, müalicə-profilaktika müəssisələrində və ixtisaslaşdırılmış uşaq
müəssisələrində tibbi təyinatlı məmulatların sterilizasiyasına nəzarəti də həkim-
epidemioloqla birlikdə həyata keçirir.
14. Müalicə-profilaktika müəssisələrinin dezinfeksiya-kamera bloklarına
metodik rəhbərlik və nəzarəti həyata keçirir.
15. Dezinfeksiya şöbəsinin (bölməsinin) epidemioloq köməkçilərinin işinə
metodik rəhbərlik və nəzarəti həyata keçirir, onlar tərəfindən sənədlərin tərtibatının
düzgünlüyünü yoxlayır.
16. Öz ixtisası üzrə ekspertizanı, araşdırma, müayinə, tədqiqat, sınaq, eləcə də
toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərini təşkil edir sanitariya-
epidemioloji rəylər hazırlayır.
17. Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət
yardımı göstərir.
18. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik və nəzarət edir, öz
vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
19. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti
tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə
nəzarət edir.
20. Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak
edir.
21. Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir.
22. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında
və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
23. Sanitariya-maarifləndirmə işini həyata keçirir.
24. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.
25. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə
fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.
25
26. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına,
sanitariya-epidemioloji rejimə riayət edir.
27.Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir;
28. Müəssisə rəhbərinin tapşırıqlarına uyğun olaraq öz ixtisasına aid olan digər
məsələlərin həll edilməsini təmin edir.
29. Mütəmadi olaraq öz ixtisasını artırır.
Dostları ilə paylaş: