III. Hüquqlar
18.
Həkim-diyetoloqun aşağıdakı hüquqları vardır:
18.1. Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması
taktikasının müəyyən edilməsində iştirak etmək;
18.2. müalicə-diaqnostika prosesinin təkmilləşdirilməsi, özünün əmək
fəaliyyətinin təşkilinin və şərtlərinin yaxşılaşdırılması üzrə rəhbərliyə təkliflər vermək;
18.3. öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət
etmək, sərəncamlar vermək və onlardan dəqiq icra tələb etmək, onların
həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;
18.4. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını
və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;
18.5. öz işi ilə bağlı məsələlərin müzakirə olunduğu elmi-praktik konfranslarda
və müşavirələrdə iştirak etmək;
18.9. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq.
19.
Həkim-diyetoloq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun
olaraq bütün əmək hüquqlarından istifadə edir.
IV. Məsuliyyət
20.
Həkim-diyetoloq aşağıdakılara görə məsuliyyət daşıyır:
20.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata
keçirilməsinə;
20.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-
hüquqi aktların vaxtında və peşəkar seviyyədə yerinə yetirilməsinə;
20.3 daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası
qaydalarına riayət edilməsinə;
20.4. qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər
xidməti sənədlərin vaxtında və keyfiyyətli rəsmiləşdirilməsinə;
20.5. öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş
qaydada təqdim edilməsinə;
20.6. ona tabe olan işçilərin nizam-intizam qaydalarına və vəzifə öhdəliklərinin
yerinə yetirilməsinə;
20.7. tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan
təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan
qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ
tədbirlər həyata keçirilməsinə
33
21.
Həkim-diyetoloq əmək intizamının, qanunvericilik və normativ-hüquqi
aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq
dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb
edilə bilər.
Dostları ilə paylaş: |