T Ə L İ M A T I
I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı həkim-parazitoloqun köməkçisinin vəzifə öhdəliklərini,
hüquq və məsuliyyətini müəyyən edir.
2.
Həkim-parazitoloqun köməkçisi vəzifəsinə, iş stajına tələb qoyulmadan,
“sanitar-feldşer” ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin edilir.
3.
Həkim-parazitoloqun köməkçisi Azərbaycan Respublikasının qüvvədə
olan qanunvericiliyinə uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və
vəzifədən azad edilir.
4.
Həkim-parazitoloqun köməkçisi bilavasitə həkim-parazitoloqa olmaqla,
müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Həkim-parazitoloqun köməkçisi aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini, epidemiologiya və immunologiya
xidmətini tənzimləyən normativ hüquqi aktları;
5.3. sanitariya qaydalarına, normalarına və gigiyenik normativlərə riayət
olunmasına nəzarət metodlarını;
5.4. sanitariya-epidemioloji müəssisələrin və onların bölmələrinin fəaliyyətini
tənzimləyən əsas təşkilati-sərəncamçı sənədləri;
5.5. fəlakətlərdə tibbi xidmətin əsaslarını;
5.6. əmək qanunvericiliyinin əsaslarını, daxili əmək intizamı qaydalarını,
əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: