1.
Bu vəzifə təlimatı dispetçerin vəzifə öhdəliklərini, hüquq və
məsuliyyətini müəyyən edir.
2.
Dispetçer vəzifəsinə, iş stajına tələb qoyulmadan, müvafiq sahə üzrə orta
ixtisas, eyni zamanda orta tibb təhsili olan şəxstəyin edilir.
3.
Dispetçer Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Dispetçer bilavasitə öz struktur bölməsinin rəhbərinə, onun olmadığı
halda isə müəssisə rəhbərinə və ya onun müavininə tabe olur.
5.
Dispetçer aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını;
5.2. yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini;
5.3. istehsalatın operativ idarə olunması və planlaşdırılması haqqında metodik,
normativ və digər materialları;
5.4. idarə və təşkilatlarda dispetçer (əlaqələndirmə) işinin təşkilini;
5.5. müəssisənin və onun bölmələrinin istehsal güclərini;
5.6. idarə, müəssisə və təşkilatların bölmələrinin ixtisaslaşmasını və onların
arasında istehsal əlaqələrini;
5.7. müəssisədə istehsal anbarlarının işini, nəqliyyat və yükləmə-boşaltma
işinin təşkilini;
5.8. idarə, müəssisə və təşkilatlarda məhsulun istehsal texnologiyasının
əsaslarını;
5.9. idarə, müəssisə və təşkilatların məhsuluna qoyulan texniki tələbləri;
5.10. istehsalın gedişinin tənzimlənməsi və operativ uçotunun təşkili texnikasını
və mexanikləşdirmə vasitələrini;
5.11. iqtisadiyyatın, əməyin təşkilinin əsaslarını;
5.12. istehsalatın və idarəetmənin təşkilini;
5.13. əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və
yanğından mühafizənin norma və qaydalarını bilməlidir.
Dostları ilə paylaş: