Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci IL tarixli 70 nömrəli



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/541
tarix02.01.2022
ölçüsü1,29 Mb.
#2253
1   ...   43   44   45   46   47   48   49   50   ...   541
Həkim-ftiziatrın nümunəvi vəzifə

T Ə L İ M A T I

I.  Ümumi müddəalar

1. 


Bu   vəzifə   təlimatı   həkim-ftiziatrın   vəzifə   öhdəliklərini,   hüquq   və 

məsuliyyətini müəyyən edir.

2. 

Həkim-ftiziatr vəzifəsinə baza ali tibb təhsili olan şəxs təyin edilir. 



Elmi-tədqiqat   institutlarının   klinikalarında,   respublika   mərkəzlərində 

(xəstəxanalarda),   klinik   xəstəxanalarda   ali   tibb   təhsili   olan   və   qanunvericiliklə 

müəyyən edilmiş qaydada “ftiziatriaya”   ixtisası üzrə peşə hazırlığı   keçmiş, ixtisası 

üzrə ən azı 2 il əmək stajına malik  şəxs təyin edilir. 

3. 

Həkim-ftiziatr   Azərbaycan   Respublikasının   qüvvədə   olan 



qanunvericiliyinə uyğun olaraq tibb müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin   və 

vəzifədən azad edilir.

4. 

Həkim-ftiziatr   bilavasitə   şöbə   müdirinə,   onun   olmadığı   halda   isə   tibb 



müəssisəsinin rəhbərinə və ya onun müavininə tabe olur.

5. 


Həkim-ftiziatr aşağıdakıları bilməlidir:

5.1.  Azərbaycan   Respublikasının   Konstitusiyasını,   Azərbaycan 

Respublikasının   səhiyyə   haqqında   qanunvericiliyinin   əsaslarını;   səhiyyə 

müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;

5.2.  xəstəxana   və   ambulator-poliklinik   müəssisələrində,   təcili   və 

təxirəsalınmaz hallarda əhaliyə müalicə-profilaktika və dərman  yardımının təşkilinin 

əsaslarını;

5.3.  öz   ixtisası   üzrə   profilaktika,   diaqnostika,   müalicə   və   reabilitasiyanın 

müasir metodlarını;

5.4.  ftiziatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı 

məsələləri;

5.5.  öz   ixtisası   üzrə   qüvvədə   olan   normativ   hüquqi   və   təlimat-metodik 

sənədləri;

5.6.  tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını;

5.7.  əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını və tibbi-sosial 

ekspertizanın aparılması qaydasını;

46



5.8.  dispanserizasiyanın  əsaslarını, prinsip və metodlarını;

5.9.  tibbi   sığorta   şəraitində   səhiyyə   müəssisəsinin   və   tibb   işçilərinin 

fəaliyyətinin təşkilati-iqtisadi əsaslarını; 

5.10.  həkimlərin   etik   davranış   qaydalarının,   tibbi   etika   və   deontologiyanın 

əsaslarını; 

5.11. insan bədəninin üzv və sistemlərinin funksional vəziyyətinin klinik və 

laborator diaqnostikasının ümumi prinsip və əsas metodlarını; 

5.12.  təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını; 

5.13.  sanitar-maarifləndirmənin əsaslarını; 

5.14.  daxili   əmək   intizamı   qaydalarını;   əməyin   mühafizəsi,   təhlükəsizlik 

texnikası, istehsalat sanitariyası və yanğına qarşı mühafizə qayda və normalarını.  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   541




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin