II.
Vəzifə öhdəlikləri
6.
Elektrik elektrotexniki işləri həyata keçirir. Sadə əl qurğu və alətlərinin
tətbiqi ilə elektrik işıqlandırmasının sadə hissə və aparatlarını sökür, təmir edir və
yığır.
7.
Elektrik avadanlıqlarının detal və hissələrini təmizləyir, yuyur, silir və
sıxılmış hava ilə qurudur.
8.
Yayma metaldan mürəkkəb olmayan detalları hazırlayır.
9.
Sadə elektromontaj sxemləri olan elektromaşınların və elektrik
cihazlarının detal və hissələrinin birləşmələri, birləşdirici mufta, üçlük və qutuların
qurulması üzrə işləri yerinə yetirir.
Dostları ilə paylaş: |