II.
Vəzifə öhdəlikləri
6. Həkim-gigiyenist sanitariya qaydalarına, gigiyena normativlərinə riayət
edilməsinə, sanitariya-gigiyenik və epidemiya əleyhinə (profilaktik) tədbirlərin təşkili
və aparılmasına nəzarəti həyata keçirir.
8. Əhali arasında xəstələnmənin baş verməsi və yayılmasının səbəbləri və
şəraitini müəyyən edir.
9. Sanitariya-epidemioloji salamatlığın təmin olunmasının məqsədli
proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
10. Sanitariya-epidemioloji salamatlığın təmin olunması sahəsində ərazilərin
sosial-iqtisadi inkişafı proqramlarının layihələri üzrə təkliflərin hazırlanmasında iştirak
edir.
11. Sanitariya epidemioloji ekspertizanı, araşdırma, müayinə, təhqiqat, sınaq,
eləcə də toksikoloji, gigiyenik və digər qiymətləndirmə növlərini həyata keçirir.
12. Əhalinin gigiyenik tərbiyəsi üzrə işi təşkil edir və həyata keçirir.
13. Sosial-gigiyenik monitorinqin aparılmasında iştirak edir.
14. Öz ixtisası üzrə sanitariya-epidemioloji rəyləri hazırlayır.
15. Başqa bölmələrin həkimlərinə gigiyena ixtisası üzrə məsləhət yardımı
göstərir.
16. Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə
öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir.
17. Cihaz və avadanlıqların istismarının düzgünlüyünə, orta və kiçik tibb heyəti
tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə
yardım göstərir.
70
18. Tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak
edir.
19. Öz işini planlaşdırır və iş fəaliyyətinin göstəricilərini təhlil edir.
20. Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında
və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir.
21. Sanitariya-maarifləndirmə işini aparır.
22. Həkim etikasının qayda və prinsiplərinə riayət edir.
23. Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını, eləcə də öz peşə
fəaliyyəti üzrə normativ hüquqi aktları vaxtında icra edir.
24. Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına,
sanitariya-epidemioloji rejimə riayət edir.
25. Mülki müdafiə işlərinin təşkilində və həyata keçirilməsində iştirak edir;
26. Kommunal gigiyena, qidalanma gigiyenası, uşaq və yeniyetmələr
gigiyenası, əmək gigiyenası və ətraf mühitin mühafizəsi, radiasiya gigiyenası üzrə
digər məsələlərin dövlət sanitariya nəzarəti qaydasında həll edilməsini təmin edir.
27. Mütəmadi olaraq öz ixtisasını artırır.
Dostları ilə paylaş: |