Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə178/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   174   175   176   177   178   179   180   181   ...   298
 
 
134 
mik-fizioloji inkişafın zəifliyi uşaqların əhvali-ruhiyyəsini aşağı salır, ətraf aləmə münasibəti 
dəyişir və onun haqqında fikir söyləməyə, bilik əldə etməyə marağı azalır. Altıyaşlıların bir 
qismində eşitmə qabiliyyətinin normal inkişaf etmədiyindən bəzi səsləri – s\ ş, r\ y, r\l, g\d və 
s. – fərqləndirə bilmirlər. Bu da nitqdə bəzi sözlərin qarışdırılmasına səbəb olur.  
1-ci sinif şagirdlərinin təfəkkürü öz konkretliyi, obrazlılığı, qavranan əşyaların müəy-
yən şəraitlə bağlılığı ilə fərqlənir. Təfəkkür cism və hadisələrin mahiyyətini, mühüm əlaqə və 
münasibətlərini əks etdirir. Təfəkkür varlığin insan beynində ümumiləşmiş inikasıdır. O, duy-
ğu, qavrayış və təsəvvürlə, bir sözlə, hissi qavrayışla sıx bağlıdır. Təfəkkür prosesində uşaqlar 
qavraniımış cisimlər qrupuna aid olan ümumi, həm də mühüm cəhətləri ayırır və onları söz-
lərlə ifadə edirlər. 1-ci sinif şagirdlərinin təfəkkürü həm də konkretliyi, əyaniliyi, lakin düz-
gün ümumiləşdirmə qabiliyyətinin olmaması ilə xarakterizə edilir. Cins və növ anlayışını bil-
məmək onlar üçün xarakterikdir.    
Uşaqların təfəkkürünün inkişafı onların nitqlərinin inkişafı ilə qarşılıqlı əlaqədədir. Fi-
kir sözlərlə ifadə olunur. Nitq fikrin varlığıdır. Rabitəli, dəqiq, obrazlı nitqin inkişafı təfəkkür 
inkişafının çox mühüm mərhələsidir.     
Savad  təlimi  dövründə  şagirdlərin  nitqinin  normal  inkişafı  onların  məntiqi  təfəkkü-
rünün inkişafında, nəticə etibarı ilə, oxu yazı vərdişlərinin yaranmasında mühüm əhəmiyyətə 
malikdir.     
Uşaqların  nitqindəki bu və  ya digər xarakterik  nöqsanlar (tıntınlıq, pəltəklik, kəkələ-
mə, yerli şivə xüsusiyyətləri, lüğət ehtiyatlılığının kasıblığı, tavtoloji nöqsanlar və s.) onların 
savada yiyələnmələrinə bir əngəl olur. Belə uşaqlar nitq səslərini düzgün eşidə və tələffüz edə 
bilmədiklərindən  təhlil-tərkib  prosesində  fəallıq  göstərmir,  düzgün  oxumaq  və  yazmaq  vər-
dişinə yiyələnməkdə çətinlik çəkirlər. 
Altıyaşlıların  bir  qismi  müstəqil  mühakimə  yürütməkdə,  öz  fikrini  ardıcıl  mühakimə 
etməkdə çətinlik çəkir, halbuki şifahi nitqin müstəqil mühakimə yürütmə bacarığının inkişafı 
son dərəcə zəruridir. Şagirdlərin nitq mədəniyyətinin  inkişafında bu sadalanan amillərin  nə-
zərə alınması vacib şərtlərdən biridir. “Ona görə də ibtidai siniflərdə nitq mədəniyyətinin inki-
şafı üzərində işin sistemli və məzmunlu təşkili üçün əvvəl onların I sinifdə dərs ilinin başlan-
ğıcında nitq xüsusiyyətləri dəqiq öyrənilməlidir” [6, 357].    
İbtidai sinif şagirdlərinin nitqinin inkişaf etdirilməsində situativ vəziyyətin (nitq mühi-
tinin) yaradılması zərurəti bir metodik vasitə kimi meydana çıxır. Bu zaman şagirdlərdə hər 
hansı bir hadisənin məzmununu, mahiyyətini olduğu kimi nağıl etmək arzusu, həvəsi oyanır. 
Nitq  situasiyası  anlayışına təkcə metodik  anlayış kimi  baxmaq düzgün deyil. Eyni  zamanda 
buna linqvistik anlayış kimi də baxmaq lazımdır. Bu anlayışlar qarşılıqlı əlaqədə olmaqla hər 
ikisi nitq praktikasında, fikri ifadə prosesində meydana çıxır. Lakin bunları (situasiyanı) bir-
birindən  fərqləndirmək  zəruridir.  Linqvstik  anlayış  kimi  nitqdə  xahiş,  əmr,  təsdiq,  rədd, 
kinayə, istehza və s. təsvir olunan ifadə vasitələri qrammatik situasiya yaradır. 
Metodik anlayış kimi isə nitq situasiyasının mahiyyəti ibtidai sinif şagirdlərinin oxun-
muş  materialların,  baxdıqları  şəkillərin  məzmununu,  təbiət  üzərindəki  müşahidələrini,  gör-
düklərini, qarşılaşdıqları hadisələri və s. olduğu kimi, təbii formada həyatdakı danışıq tərzinə 
yaxın şəkildə ifadə etməsindədir. Bundan başqa şagirdlərin öz aralarında danışmaları, söhbət 
etmələri hər dəfə yeni situasiyada baş verir. Nitq situasiyasını təbii və süni situasiya  olmaqla 
iki növə ayırır. Nitq mədəniyyətinin inkişaf etdirilməsi üzrə işlər aparılarkən istər təbii, istərsə 
də  süni  situasiya  prosesində  fikrin  tematikası  müəyyənləşməlidir.  Bunlar  çox  vaxt  tərtib 
olunan  hekayənin  keyfiyyətlə  ifadəsini  təmin  edir,  nitq  inkişafı  sistemindəki  mövqeyini 
müəyyənləşdirir. Mövzular həyatımızın, məişətimizin müxtəlif sahələrini əhatə etməli, şagird-


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin