135 lərin yaş və bilik səviyyəsinə, şəxsi həyatına uyğun olmalı, onları müstəqil yaradıcı fəaliyyətə
cəlb etməli, maraqlandırmalıdır.
Şagirdlərə yüksək nitq vərdişlərinin aşılanması ana dili tədrisinin son məqsədi oldu-
ğundan oxu və dil dərslərinin hər birində bu sahədə müstəqil aspektdə işin aparılması təmin
edilməlidir. İbtidai siniflərdə ana dilini tədris edərkən şagirdlərin nitq mədəniyyətinin inkişaf
etdirilməsi məqsədi ilə lüğət ehtiyatını zənginləşdirmək, ünsiyyət bacarıqlarını formalaşdır-
maq, ən sadə anlayışları və dil konstruksiyalarını mənimsətmək, şifahi nitqini inkişaf etdir-
mək, yazı texnikası və yazılı nitq, dinləyib-anlama vərdişlərini inkişaf etdirmək üçün müxtəlif
üsul və vasitələrdən istifadə etmək olar. Bunlar, təxminən, aşağıdakılardır:
Suallar və cavablar, dialoqlar (Dialogues), inşalar, əyani vəsaitlər (Visual aids), oyun-
lar, səhnəciklər, improvizasiyalar, nitqlər, mahnılar, müsahibə, bədii ədəbiyyat (poeziya, ata-
lar sözləri, tapmacalar, nağıllar, lətifələr).
İbtidai sinif şagirdlərində nitq mədəniyyətinin müvəffəqiyyətlə inkişaf etdirilməsi
üçün aşağıdakı tələblərə əməl olunmalıdır:
1.
Bütün dərslərdə sinifdənxaric tədbirlər prosesində və tələffüzdə nitq üzrə işə vahid
tələblər verilməlidir; 2. Şifahi nitqin inkişaf etdirilməsi üzrə aparılan işlər yalnız rabitəli nitqin
inkişaf etdirilməsi nöqteyi-nəzərindən verilən çalışmalarla məhdudlaşdırılmalıdır. Bu Azər-
baycan dilindən keçiriləcək hər bir dərslə, dil təliminin bütün sahələri ilə əlaqələndirilməlidir;
3. Nitq mədəniyyətinin inkişafı üzrə işlər təsadüfdən-təsadüfə deyil, ayrı-ayrı mövzuların
öyrənilməsi bir sistem şəklində aparılmalıdır; 4. Nitq mədəniyyətinin inkişafı üzrə iş apa-
rılarkən nitq predmetinin, nağıl olunan mətnin məzmununun, müşahidə obyektinin hərtərəfli
açılmasına diqqət yetirilməlidir. Şagird danışacağı mövzu haqqında aydın təsəvvürə malik
olmalı, onun məzmununu verməyi bacarmalıdır; 5. Nitq mədəniyyətinin inkişafı üzrə iş
aparılarkən mümkün qədər çox vasitələrdən, təlimin müxtəlif metod və priyomlarından
səmərəli şəkildə istifadə olunmalıdır. Şagirdlərdə danışmağa, fikir söyləməyə həvəs oya-
dılmalı, onlarda şən əhvali-ruhiyyə yaradılmalıdır; 6. Şagirdlərin nitq mədəniyyətinin inkişaf
etdirmək üçün əvvəl onların nitqinin xüsusiyyətlərini öyrənmək zəruridir. Bu həmin sahədə
aparılan işləri düzgün planlaşdırmağa və sistemə salmağa geniş imkanlar açır; 7. Şagirdlərin
monoloji nitqinin xüsusiyyətlərini öyrənərkən və inkişaf etdirərkən onların fərdi xüsusiy-
yətlərini, maraq və meyllərini nəzərə almaq lazımdır; 8. Nitqin məzmun və ideyaca zəngin-
liyinə xüsusi diqqət yetirilməli, bu sahədəki işlər şagirdlərin ümumi inkişafının təmin edil-
məsinə yönəldilməlidir; 9. Nitqin rəngarəngliyinə, ifadəliliyinə, obrazlılığına, emosionallığına
xüsusi diqqət yetirilməlidir; 10. Şagirdlərin nitq mədəniyyətinin inkişaf etdirilməsi zamanı
situativ vəziyyət nəzərə alınmalıdır; 11. Ana dili dərslərində nitq mədəniyyətinin inkişafı üzrə
aparılan işlər şagirdlərin idrak fəaliyyətinin inkişafına yönəldilməli, onlara təhlil-tərkib
aparmaq, müqayisə etmək, tədqiq etmək və məntiqi mühakimə yürütmək, öz nitqinə nəzarət
etmək bacarığı aşılanmalıdır.