Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə186/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   182   183   184   185   186   187   188   189   ...   298
 
 
140 
sezilməsi də oxşar əlamətlərin sezilməsinə əsaslanır. Deməli, müqayisə prosesində əksliklərin 
canlı vəhdəti, oxşarlığın  sezilməsi ilə fərqin sezilməsi birliyi özünü göstərir.  
Buradan belə bir nəticə çıxarmaq düzgün olmaz ki, fərqli və oxşar əlamətlər müqayisə 
prosesində eyni dərəcədə aydın və dəqiq sezilir. Bir sıra amillərdən asılı olaraq bəzən oxşar-
lığın sezilməsi, bəzən də fərqin sezilməsi üstünlük təşkil edir. Oxşarlığın sezilməsi üstünlük 
təşkil etdikdə bizə elə gəlir ki, nəzərdən  keçirdiyimiz obyektlər arasındakı fərq şüurumuzda 
əks olunmur. Fərqli əlamətlərin sezilməsi üstünlük təşkil etdikdə is, əksinə, bizə elə gəlir ki, 
müqayisə  edilən  cisimlər  arasındakı  oxşarlıq  şüurumuzda  əks  olunmur.  Lakin  bu,  bizə  belə 
gəlir. Belə bir görünüş isə gah oxşar əlamətlərin, gah da fərqli əlamətlərin sezilməsinin üstün-
lük təşkil etməsi ilə əmələ gəlir.  
İnsanın idrak fəaliyyəti proseslərinin təhlili göstərir ki, onların hamısı: duyğu, qavra-
yış,  təsəvvür,  təfəkkür  və  başqaları  oxşarlıq  və  fərqli  əlamətlərin  sezilməsi  ilə  labüd  olaraq 
müşayiət edilir. Buna görə də oxşarlıq və fərqin sezilməsi bütün psixi proseslərin tərkib ünsü-
rüdür,  bütün  psixikanın,  psixi  fəaliyyətin  canıdır.  Duyarkən,  qavrayarkən,  təsəvvür  edərkən 
mühakimə  yürüdərkən  psixikamızın  yönəlmiş  olduğu  obyektlər  arasındakı  oxşarlıq  və  fərqi 
bu və ya digər dərəcədə sezirik. Cisim və hadisələrdəki oxşarlığın psixi proseslərdə sezilməsi 
həmin proseslərin bir-birindən  ayrılmaz olduğunu göstərir. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin