Məqalənin praktik əhəmiyyəti və tətbiqi. Müqayisə priyomunun tətbiqi ilə bir sıra
idrak vəzifələrini həyata keçirmək mümkündür. Müqayisənin köməyi ilə tutuşdurulan və qar-
şılaşdırılan bir neçə əşyanın obrazı şagird təfəkküründə inikas edir. Oxu materiallarının mə-
nimsənilməsi zamanı müqayisə priyomundan istifadə edərək hadisələrin, obrazların, əlamətlə-
rin müəyyənləşdirilməsi şagirdlərdə idrak və analitik təfəkkürün fəaliyyətini artırır, müstəqil
mühakimə yürütmək bacarıqlarını inkişaf etdirir, mənimsəməni asanlaşdırır.