Бакы Гызлар Университети Elmi əsərlər 2015/2
142
Gənc nəslin milli ruhda tərbiyə olunması
Könül Salıfova
BQU-nun magistrantı
E-mail: konul.salifova@mail.ru
Rəyçilər: ped.ц.e.d., prof. L.N.Qasımova
ped.ц.e.d., prof. İ.H.Cəbrayılov
Açar sözlər: тərbiyə, milli-mənəvi tərbiyə, mənəvi dəyərlər, mədəniyyət, mənəvi
keyfiyyətlər, əxlaq,
milli adət-ənənə
Ключевые слова: воспитание, национально-духовное воспитание, духовные
ценности, культура, духовные качествы,
поведение,
национальные обычие
Key words: дecency, national and spiritual decency, moral values, culture, spiritual
qualities, ethics,
national traditions
Ümummilli liderimiz Heydər Əliyev bir sıra çıxış və nitqlərində milli-mənəvi dəyər-
lərimizin qorunmasını və gələcək nəsillərə çatdırılmasını dönə-dönə tövsiyyə etmişdir. Böyük
öndərimizin bu tövsiyələri müəllimlərin qarşısında mühüm vəzifələr qoymuşdur.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir
ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin
yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi də-
yərləridir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməli-
dir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu
məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyət-
lərinə mühüm əhəmiyyət verilməlidir. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf
etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mə-
nada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uy-
ğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, millimənəvi dəyərlə-
rimizə istinad edərək həyata kecirir. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçi-
rilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsil-
lərə çatdırılması üçün böyük zəmin yaradır.
Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin
istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azər-
baycan xalqı azad və süveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-
əxlaqi
dəyərlərinə, tarixinə qayıdır, demokratik olkələrin təcrubələrindən istifadə edir.
Hər bir şagird vətənimizin layiqli vətəndaşı, xalqınının gələcəyini düşünən, sabahının
qurucusu olan, yüksək əxlaqa və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yetişmə-
lidir.
Müasir Azərbaycan gənclərinin həyatında milli dəyərlər və mənəvi keyfiyyətlər mü-
hüm əhəmiyyət kəsb edir. Respublikamızın orta ümumtəhsil məktəblərində ibtidai sinif şa-
girdləri ilə təşkil edilən sinifdənxaric tədbirlər vasitəsilə xalqımızın tarixi keçmişini, milli kö-
künü, ədəbiyyatını, mədəniyyətini dərindən öyrətmək üçün onlarda böyük maraq yaradıl-
malıdır.
Mənəvi tərbiyə üzrə ailədə və məktəbdə aparılan məqsədyönlü işlər uşaq və yeniyet-
mələrdə yurtsevərlik və vətənpərvərlik hisslərini daha da qüvvətləndirir, onlarda vətəni müda-