Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə192/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   188   189   190   191   192   193   194   195   ...   298
 
 
143 
fiə etmək əzmi yaranır, özü də sözdə deyil, konkret işdə, əməldə, fəaliyyətdə doğma yurdun, 
torpağın müdafiəsinə hazır olmaq bacarıq və vərdişlərini formalaşdırır. Mənəvi tərbiyə mək-
təbi  keçən  şagirdlər  özündən  böyüklərə  hörmət  və  ehtiramla  yanaşır,  balacaların  qayğısına 
qalır,  həyatda  yoldaşları  və  digər  şəxslərlə  qarşılıqlı  münasibətlərdə  prinsipial,  ədalətli, 
səmimi, doğruçul, mərd, sadə və təvazökar olur, köməyə ehtiyac duyanlara yardım göstərirlər. 
Milli  dəyərlərin,  milli  adət-ənənələrin  zəruriliyi  mərhum  Heydər  Əliyevin  məruzə  və 
çıxışlarında  həmişə  qürurla  söylənilirdi.  Heydər  Əliyev  gostərirdi  ki,  milli-mənəvi  dəyərlər 
xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Son 
illərdə  xalqımızın  milli  adət-ənənələrinə  biganəlik  halları  haqlı  olaraq  xalqın,  xüsusilə 
ziyalıların  etirazına  səbəb  olmuşdur.  Bu  etiraz  və  narazılıqlar  haqqında  mətbuatda  çıxışlar 
milli-mənəvi dəyərləri qorumaq çağırışına çevrildiyi bir vaxtda mərhum prezident, ümummilli 
liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, görüləcək işlərin perspektivini 
müəyyənləşdirmişdi:  “Fürsətdən  istifadə  edərək,  bir-iki  məsələyə  toxunmaq  istəyirəm.  O  da 
ondan ibarətdir ki, biz öz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqa-
mətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan keçmiş bu mənəvi, 
əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın oz mentaliteti var. Bizim Azərbay-
can  xalqının  mentaliteti  onun  boyuk  sərvətidir.  Heç  vaxt  iki  xalq  bir-birinə  bənzəməz.  Heç 
vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, 
oz tarixi  koklərinə,  əcdadları  tərəfindən  yaradılmış  milli, mənəvi  dəyərlərinə bağlılığı  boyuk 
amildir.  Biz  də  indi  dunyanın  mütərəqqi  mənəvi  dəyərlərindən  istifadə  edərək,  xalqımızın 
mədəni  səviyyəsini  daha  da  inkişaf  etdirərək,  gənc  nəsli  daha  da  sağlam  əhval-ruhiyyədə 
tərbiyələndirməliyik”. 
Azərbaycan  milli-mənəvi  dəyərlərinə  yiyələnməklə  gənc  nəslin  milli  ruhda  tərbiyə 
olunması  məsələsi  Heydər  Əliyev  tərəfindən  əsas  vəzifələrdən  biri  kimi  irəli  sürülmüşdür. 
Dövlət  başçısı  bu  məsələdən  bəhs  edərkən  belə  deyirdi:  “Gənclərimiz  milli  ruhlda  tərbiyə 
olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim 
tariximizi  yaxşı  bilməlidir,  milli  dəyərlərimizi  yaxşı  bilməlidir.  Milli  dəyərlərimizi,  milli 
ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin