Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə185/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   181   182   183   184   185   186   187   188   ...   298
 
 
139 
proseslərinin  müvəffəqiyyətli  olmasına  kömək  etmir.  Materialın  başa  düşülməsi,  yadda  sax-
lanması  və  yada salınması xeyli dərəcədə  yaddasaxlama zamanı tətbiq edilmiş müqayisənin 
xarakterindən asılıdır. Müqayisə yalnız oxşarlığın yaxud fərqin başa düşülməsi ilə məhdudlaş-
dıqda maksimum fayda vermir. Öyrəndiyimiz obyektlə bizə məlum olan hər hansı bir obyekt 
arasında  nəinki  oxşarlığı,  habelə  fərqi  də  başa  düşdükdə  istənilən  nəticəni  əldə  etmək  olur. 
Oxşarlıq və fərqin məhz birlikdə  başa düşülməsi yaddasaxlamanın müvəffəqiyyətli olmasının 
şərtlərindən  biridir.  Buna  görə  də  obyektlər  arasında  ümumiyyətlə,  əlaqə  deyil,  xarakterik 
əlamətlərin müqayisə yolu ilə başa düşülməsi həmin obyektlərin daha yaxşı yadda saxlanma-
sına və yada salınmasına müsbət təsir  edir.  
Dərketmənin müqayisədən asılılığına dair  K.D.Uşinski  belə  yazırdı: “...bu  müqayisə  
edən və fərqləndirən fəaliyyət hər hansı obyekt vasitəsi ilə şüurda nə qədər güclənirsə, dərket-
mə səviyyəmiz də bir o qədər yüksək olacaqdır.  
İndiyə  qədər  deyilənlərdən  aydın  oldu  ki,  müqayisə  ilk  dəfə  cismin  qavranmasında, 
tanınmasında, yada  salınmasında özünü biruzə verir. Müqayisə təfəkkür prosesidir dedikdə, 
başlıca olaraq cisim və hadisələr arasında oxşar və fərqli cəhətlərin fikrən müəyyən edilməsi 
nəzərdə tutulur. Müqayisə  təfəkkürün başqa prosesləri ilə  üzvi  surətdə  elə  bağlıdır ki,  onları 
bir-birindən  təcrid  etmək  mümkün  olmur.  Təfəkkür  proseslərinin  diqqətlə  nəzərdən  keçiril-
məsi  göstərir ki, onların  hər biri müqayisə    ilə, daha doğrusu,  oxşarlıq  və  fərq  əlamətlərinin 
sezilməsi  ilə  vəhdətdə  cərəyan  edir.  Bu  fikrin  həqiqətə  uyğun  olduğunu  nümayiş  etdirmək 
üçün təfəkkür proseslərindən biri olan analizə müraciət edək. Məlumdur ki, analiz hər hansı 
bütöv bir obyekti fikrən tərkib hissələrə və ya əlamətlərə ayırmaqdan ibarətdir. Bütöv bir ob-
yekti tərkib hissələrinə və ya  əlamətlərinə ayırarkən, biz onları bir-birindən fərqləndiririk, bir 
qismini  başqalarından  seçirik.  Odur  ki,  cisimdəki  hissələrin,  yaxud  əlamətlərin  fərqləndiril-
məsi analizsiz mümkün deyildir. Eləcə də cismin analizində onun oxşar və fərqli cəhətlərinin 
müəyyən edilməsi böyük əhəmiyyətə malikdir. Deməli, analiz  bu və ya digər obyektin tərkib 
hissələri və ya  əlamətləri arasındakı fərqin, oxşarlığın sezilməsindən ayrılıqda təsəvvür edilə  
bilməz.  
O.M.Bukreyeva  özünün  namizədlik  dissertasiyasında  haqlı  olaraq  yazır  ki,  analiz  və 
müqayisə bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Onun fikrincə analiz və müqayisə arasın-
dakı  əlaqə  özünü  onda  göstərir  ki,  əvvəla,  analiz  müqayisə  prosesi  üçün  zəruri  olan  şərait 
yaradır;  ikincisi,  cisimlərin  müqayisəsinə  analiz  də  qoşulur,  analiz  vasitəsi  ilə  biz müqayisə 
əlamətlərini  ayırırıq .  
Müqayisə tutuşdurulan obyektlər arasındakı münasibətləri ifadə edir. Bu münasibətlər 
xarici  aləmin  cisim  və  hadisələrindəki  oxşarlıq  və  fərq  formasında  əks  olunur.  Müqayisə 
prosesində sözlər də qıcıqlandırıcı rolunu oynaya bilir. Söz qıcıqlandırıcıları olmasa cisim və 
hadisələrin  fikrən  müqayisəsi  də  mümkün  olmaz.  Sözlər  hətta  müqayisənin  gedişinə  ciddi 
təsir  göstərir.  Lakin  müqayisədə  söz  yeganə  qıcıqlandırıcı  deyil.  Sözlə  yanaşı,  müqayisədə 
başlıca qıcıqlandırıcıları – tutuşdurulan obyektləri də nəzərə almaq lazımdır. Çünki müqayisə 
tutuşdurulan obyektlər arasındakı əlaqə və münasibətləri özündə ifadə edir. Cisim və hadisələr  
arasındakı oxşar və fərqli münasibətlərin müqayisədə əks olunması onun xarakterik xüsusiy-
yətlərindən biridir.  
Müqayisə zamanı oxşar və fərqli əlamətlərin eyni vaxtda sezilməsi də müqayisənin xa-
rakterik  xüsusiyyətlərindən biridir. Bizim şüurumuz müqayisə olunan obyektlərdəki oxşar və 
fərqli əlamətləri eyni zamanda əhatə edir. Oxşar əlamətlərin sezilməsi və fərqli əlamətlərin se-
zilməsi bir-birindən asılı olmayan, müstəqil cərəyan edən proseslər deyldir. İki obyekt arasın-
dakı oxşarlığın  sezilməsi onların arasındakı fərqi sezməyə əsaslandığı kimi fərqli əlamətlərin 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin