Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə184/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   180   181   182   183   184   185   186   187   ...   298
 
 
138 
Müqayisə priyomunun səmərəli surətdə tətbiqində başlıca məqsəd, obyektiv aləmin ci-
sim və hadisələrini, onların əlaqə və münasibətlərini şagirdlərə şüurlu surətdə dərk etdirmək-
dən  ibarətdir. 
Oxşarlıq və fərqin sezilməsi  duyğuların  əmələ  gəlməsi  və cərəyan  etməsi  üçün tələb 
olunan  idrak  amillərindən  biridir.  Duyğu  ilə  müqayisə  arasındakı  əlaqəni  səciyyələndirərkən 
K.D.Uşinski göstərirdi ki, duyğu elə fərqləndirmə deməkdir, müqayisənin məhsuludur, müqa-
yisə və fərqləndirmə mümkün olmayan yerdə nə duyğu, nə də şüur mümkündür. Duyğu pro-
sesinə  müqayisənin  qoşulması  duyğunun  konkret,  müəyyən  və  daha  aydın  olmasına  kömək  
edir. 
Gündəlik həyatımızda qavradığımız obyekt bizim üçün ya tamamilə yeni  olur, ya da 
bizə  tanış  gəlir.  Obyekti  təkrar  qavradıqda  bizə  elə  gəlir  ki,  bu  qavrayış  əvvəlki  qavrayışın 
eynidir. Həqiqətdə  isə, obyekt eyni olsa da qavrayış eyni olmur. Çünki, obyektin təkrar qav-
ranılmasında sonrakı qavrayışla həmin  obyektin əvvəlki qavrayışı arasındakı oxşarlıq və fərq 
ifadə  olunur.  Qavrayış    bu  yolla  təkmilləşir  və  daha  dolğun  olur.  Göründüyü  kimi,  eyni  ob-
yektin təkrar  qavranılması həmin obyekt haqqında təsəvvürə də əsaslanır. Qavrayış üçün  tə-
səvvürün böyük əhəmiyyəti vardır.  
 Beləliklə,  qavrayış    prosesində,  o  cümlədən  tanıma  prosesində,  mahiyyət    etibarı  ilə 
oxşarlıq və fərqli əlamətlərin sezildiyinə şübhə ola bilməz. Şüurun  müqayisə etmək qabiliy-
yəti olmazsa, adam qavradığı obyektin tamamilə yeni, yaxud  artıq tanış bir obyekt olduğunu 
söyləyə bilməz. Deməli, duyğularda  olduğu  kimi, qavrayışda da canlı dialektika vardır. Duy-
maq və qavramaq üçün müqayisə etmək və tutuşdurmaq lazımdır; müqayisə etmək və tutuş-
durmaq üçün isə duymaq və qavramaq vacibdir. Bu o deməkdir ki, qavrayış və müqayisə psi-
xoloji cəhətdən eyni zamanda baş verir. Qavrayışın  mahiyyətini  təhlil  edərkən, K.D.Uşinski  
yazırdı: “Daha sonra qavrayışın  mahiyyətinə  nüfuz  etdikcə  biz  elə  bir  mühüm  amil  oldu-
ğunu  gördük  ki, bunsuz qavrayış cərəyan edə bilməz. Həmin amil ondan ibarətdir ki, sezmək 
üçün şüurumuz tutuşdurmaq və  qarşılaşdırmaq, yəni müqayisə etmək imkanı əldə  etməlidir. 
Professor L.V.Zankov yadasalma ilə müqayisənin ayrılmaz olduğunu  özünün “Hafizə  
problemi  və  didaktika  məsələləri”  adlı  məqaləsində  çox  inandırıcı  şəkildə  sübut  etmişdir. 
L.V.Zankov şagirdlərə bir neçə həndəsi fiqur təqdim etmişdir. Fiqurlar sıra ilə elə düzülmüş-
dür  ki,  şagirdlər  onları  müəyyən  qaydada  qruplaşdıra  bilsinlər.  Şagirdlərə  tapşırılmışdır  ki, 
fiqurları hansı ardıcıllıqdadırsa, həmin ardıcıllıqda yadda saxlasınlar. Uşaqlar yadda saxlayar-
kən  fiqurlar  arasındakı  həm  oxşar,  həm  də  fərqli  cəhətlərə  fikir  vermişlər    ki,  onları  həmin 
ardıcıllıqda yada sala bilsinlər. Formasına görə ayrı-ayrı fiqurlarda daha çox təəssürat oyadan 
oxşarlıq  yadasalmada  üstünlük  təşkil  etmişdir.  Uşaqlar  fiqurları  formasına  görə  təsəvvürdə  
canlandırmışlar. Buna görə də tələb edilən ardıcıllıq pozulmuşdur.  
Şagirdlərin qarşısında fiqurları sadəcə olaraq yadda saxlamaq vəzifəsi qoyulduqda  ya-
dasalma  tamam  başqa  cür  cərəyan  etmişdir.  Bu  halda  şagirdlər  fiqurların  düz  və  ya  əyri  
xətlərdən ibarət olduğuna tamamilə laqeyd olmuşlar. Onlar hər bir fiqurun yalnız surətini öz 
yadlarında saxlamağa çalışmışlar. Məlum olmuşdur  ki, ümumi formasına  görə  oxşar fiqurlar  
bir-birinin  arxasınca  yada  salınmışdır;  halbuki  təqdim  edilmiş  fiqurların  sırasında  oxşar 
fiqurları bir-birindən  ayıran başqa fiqurlar da vardır. 
Göründüyü  kimi,  yada  salma  prosesində  fərqin  olmasına  baxmayaraq,  oxşarlıq  və 
fərqin  sezilməsi öz işini görmüşdür. Yadda saxlanılan obyektlərin daha çox təəssürat oyadan 
oxşar və fərqli əlamətlərinin sezilməsi yadasalmaya  həlledici təsir göstərir. 
Müqayisəni materialın daha yaxşı başa düşülməsi və yadda saxlanmasına kömək edən 
priyom  kimi  qiymətləndirərək,  tədqiqatçı  göstərir  ki,  heç  də  hər  cür  tutuşdurma  hafizə 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin