Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə183/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   179   180   181   182   183   184   185   186   ...   298
 
Редаксийайа дахил олуб: 20.04.2015 
 


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 
 
 
137 
Müqayisə priyomu əsasında məzmunун  
mənimsədilməsinin psixoloji əsasları 
 
Рюйа Щаъыйева 
БГУ-нун маэистранты 
Е-маил: 
ройа.щаъыйева@рамблер.ру
 
 
Ряйчиляр: пед.ц.е.д., проф.А.Н.Рящимов 
                пед.ц.ф.д., дос.С.А.Рящимова 
 
Açar sözlər: müqayisə, şagird, təfəkkür, idrak, qavrama 
Ключевые слова: сравнение, ученик, мышление, познание, восприятие 
Key words: comparison, pupil, thinking, cognition, perception 
 
Düşünmək üçün görmək, müşahidə etmək, qavramaq lazımdır, şüurlu müşahidə etmək 
və qavramaq üçün düşünmək, müqayisə etmək, təhlil etmək  lazımdır. Şagird cismi, hadisəni 
sadəcə  olaraq  görməli,  eşitməli  və  yadda  saxlamalı  deyildir.  O,  yadda  saxlamaq  istədiyini 
başa  düşməli,  öyrəndiyi  cisim  və    hadisələrdəki  oxşarlıq  və  fərqi  aşkara  çıxarmalı,  onları 
ümumiləşdirməlidir.  Deməli,  xarici  aləmin  cisim  və  hadisələrini  dərk  etmək  üçün  insanın 
malik olduğu bütün psixi proseslər dialektik  vəhdətdə cərəyan edir. 
Müqayisənin  psixoloji  əsaslarının  təhlili  həm  psixologiya  elminin  özü  üçün,  həm  də 
təlim  prosesində  müqayisə  priyomundan  istifadə  etməyin  metodikasını  işləyib  hazırlamaq 
üçün  böyük    əhəmiyyətə  malikdir.  Xarici  aləmin  cisim  və  hadisələri  arasında  oxşarlıq  və 
fərqin  dərk  edilməsi  başlıca  olaraq  insanların  praktiki  fəaliyyəti  prosesində  baş  verir.  Buna 
görə  də  insanda  müqayisə  etmək,  fərqləndirmək  qabiliyyətinin  inkişafı  belə  onun  əmək 
fəaliyyətindən, fəaliyyətinin xarakterindən çox asılıdır. 
 Deməli, müqayisə etmək qabiliyyəti insanın fəaliyyətindən, onun fəaliyyətinin xarak-
terindən asılıdırsa, onda müqayisə qabiliyyətini inkişaf etdirmək üçün şagirdləri əməli işə qoş-
maq, müqayisə tələb edən şərait yaratmaq, onları müqayisə üzərində işlətmək lazımdır. Psixo-
logiya elminin görkəmli nümayəndələrindən A.A.Smirnov yazır: ”Mübaliğəsiz demək olar ki, 
mövcud olan hər şey bir-birinə oxşayır və  ya fərqlənən cisimlərin,  yaxud hadisələrin müqa-
yisəsi yolu ilə dərk edilir. Cisim və hadisələri yalnız bir-biri ilə müqayisə etdikdə adam ətraf 
mühitdə düzgün mövqe seçmək, cisimlərdəki  oxşarlığa eyni  münasibət  göstərmək və həmin 
cisimlərdəki fərqlərə uyğun olaraq müxtəlif cür  hərəkət etmək imkanı əldə edir. 
Müqayisə  maddi  varlığın  cisim  və  hadisələri  arasındakı  obyektiv  münasibətlərinin, 
oxşar  və  fərqli  əlamətlərinin  aşkara  çıxarılması  prosesidir.  Müqayisə  zamanı  adam  qavrayış 
səviyyəsindən yüksəklərə qalxmaq, nəzəri fikirlər söyləmək imkanı əldə edir. O, nəinki qav-
ranılan, habelə qavranılması bilavasitə mümkün olmayan əlamətləri də dərk edə bilir. Müqa-
yisənin köməyi ilə tutuşdurulan və qarşılaşdırılan bir neçə əşyanın obrazı şagird təfəkküründə 
inikas  edir.  Təfəkkürdə  öncə  əşyaların  əlamətləri  differensiasiya  edilir.  Sonra  isə  oxşar  və 
fərqli hissələr ümumiləşdirilir, inteqrasiya aparılır.  
Müqayisə insanın bütün idrak prosesləri ilə əlaqədardır. Oxşarlıq  və  fərqin  sezilməsi 
nəinki qavrayışla qırılmaz surətdə bağlıdır, o, yaddasaxlama və yadasalmanın da ayrılmaz ün-
sürüdür. Cisimlərin ümumi, oxşar əlamətləri ilə yanaşı, fərq əlamətləri də təsəvvürün yaran-
masına  təsir  göstərir.  Müqayisə  yalnız  oxşarlığın,  yaxud  yalnız  fərqin  başa  düşülməsi  ilə 
məhdudlaşdıqda maksimum  fayda  vermir.  


Бакы Гызлар Университети                                                                     Elmi əsərlər 2015/2 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin